Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə64/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   60   61   62   63   64   65   66   67   ...   113

Bildirişlər


1. Məada inamsızlıq günaha don geyindirmək və ibadətdən qaçmaq üçün bir yoldur.

2. Ölümdən sonrakı həyata inamsız yanaşmaq və insanların yenidən diriləcəyinə şəkk bir dövr və ya bir qrupa aid hadisə deyil.

3. Məad cismanidir. Yəni insanın cismi torpaqdan xaric olunar.

4. Məad məcburidir. Yəni bu iş insanın istəyindən asılı deyil.

5. İlkin yaranış məlum olduğu halda məada şübhəli baxış təəccüb doğurur.

6. Məadın–ölümdən sonrakı həyatın qəbul olunması üçün bir nöqtəyə diqqət bəs edər: İnsan öncə yox idi, sonradan xəlq olundu.

7. Məadı inkar edənlərin heç bir dəlili yoxdur. Onlar sadəcə qiyaməti mümkünsüz sayırlar. Quran isə bu mövzu ilə bağlı dəlillərə istinad edir.

8. İnsanın heçdən yaradılması onun ölümdən sonra çürümüş sümüklərdən yaradılmasından daha çətin görünür.



● Ayə 68:


﴿فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا﴾

And olsun Rəbbinə, Biz onların hamısını şeytanlarla birlikdə (qiyamətdə) səhnəyə gətirəcəyik. Sonra onları diz çökmüş halda cəhənnəm ətrafına düzəcəyik.”



Nöqtələr


“Cisiyya” sözü ya “casi” sözündən olub, mühakimə üçün diz çökmüş şəxs və ya “cəsvə” sözündən olub dar, sıxılmış torpaq mənasını bildirir. Bu, ən pis oturuş növüdür.

Allah-təala Quranın bir çox yerlərində Öz məxluqlarına, qiyamətlə bağlı isə Öz müqəddəs zatına and içmişdir.1


Bildirişlər


1. Qiyamətlə bağlı xəbərdarlıqlara ciddi yanaşaq. Qiyamət mühakiməsi labüd bir hadisədir.

2. Allah məadı qəbul etməyən kafirlər qarşısında Öz peyğəmbərinə təsəlli verir.

3. Küfrə uğramaqda şeytan insana çiyin yoldaşıdır. (İnsanların şeytanlarla birlikdə qiyamət səhnəsinə gətirilməsi onların eyni cür düşünüb, həmkarlıq etmələridir.)

4. Cəhənnəm kənarında dayanış cəhənnəm cəzasından fərqli bir işgəncədir.

5. Qiyamətdə azğınlar çox ağır vəziyyətdə olar. Cəhənnəm ətrafında şeytanlarla birlikdə diz çökmüş, zəlil vəziyyətdə dayanmaq ağır işgəncədir.

● Ayə 69:


﴿ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَنِ عِتِيًّا﴾

Sonra hər dəstədən Rəhmana qarşı daha çox asi olanı ayıracağıq.”



● Ayə 70:


﴿ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَى بِهَا صِلِيًّا﴾

Həmin vaxt onlardan cəhənnəmdə yanmağa kimin daha çox layiq olduğunu bilərik.”



Nöqtələr


“Şiə” sözü həm bir şəxsə ardıcıllar, həm də eyni bir əqidə ətrafında toplananlar mənasını bildirir. “İtiyya” sözü asilik, azğınlıq mənasını ifadə edir. “Siliyya” dedikdə isə od qalamaq, odda yandırmaq və oda salmaq mənaları nəzərdə tutulur.

Bildirişlər


1. Günahkarlar qiyamətdə seçilib dəstələrə ayrılar. (Rəhman Allah qarşısında daha çox tüğyan qoparanlar daha şiddətli əzab görərlər.)

2. Günahkarlar (xilafkarlar) üç zümrədir: şəxsən günah edənlər, başqalarının günah işinə vasitə olanlar, ətrafdakıların günahı ilə razılaşanlar. Aydın məsələdir ki, hər üç zümrənin günah və cəzası fərqlidir.

3. Bütün rəhmətlər Allahdan qaynaqlansa da, insan Allah qarşısında tüğyan qoparır.

4. Cəhənnəm əzabı hesablı və dəqiq nizama malikdir. Bu dəqiqlik və seçimə Allahın elmi zamindir.

5. Cəhənnəmin müxtəlif təbəqələri var. Günahın böyük-kiçikliyindən asılı olaraq, cəzalar fərqlənir və Allah hər bir cəza mərtəbəsindən xəbərdardır.

● Ayə 71:


﴿وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا﴾

Sizlərdən cəhənnəmə daxil olmayan kəs yoxdur. Bu, Rəbbin tərəfindən olan qəti bir hökmdür.”


Nöqtələr


“Təfsire-Təbəri”də yazılır: Bir gün Abdullah ibn Rəvahə xəstə halda ağlayırdı. Zövcəsi də ona qoşulmuşdu. Abdullah soruşdu: “Sən nə üçün ağlayırsan?” Zövcəsi dedi: “Sən ağladığın üçün.” Abdullah dedi: “Məni ağladan Allah-təalanın” hamınız cəhənnəmə daxil olarsınız” buyruğudur. Mən bilmirəm ki, oraya düşdükdən sonra xilas olacağam, yoxsa yox?”

Bu ayə Sirata aid ayə və rəvayətlərlə yanaşı mənalandırılmalıdır. Sirat cəhənnəm üzərindən salınmış körpüdür. Kimi asta, kimi iti - bütün insanlar bu körpüdən keçəsidirlər. Həmin vaxt bəziləri cəhənnəmə düşəsidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bütün insanlar cəhənnəmə daxil olar. Amma cəhənnəmin odu möminlərə zərər toxundurmaz. Necə ki, od həzrət İbrahimə təsirsiz idi.” Hamının cəhənnəmə daxil olacağını bildirən ayə ilə möminlərin cəhənnəmdən uzaq olduğunu bildirən ayələr arasında ziddiyyət yoxdur.1 Çünki cəhənnəmə daxil olan möminlərə Allahın lütfü sayəsində od zərər vurmaz.

Düşünmək olar ki, giriş dedikdə cəhənnəmə daxil olmaq yox, ötüb keçmək nəzərdə tutulmuşdur. Həzrət Musa haqqında deyilir: “Mədyən suyunun kənarına varid oldu.” Amma Musa suya daxil olmadı. (İmam Sadiq (ə) buyurur: “Əgər bir şəxs filan tayfanın suyuna varid oldu” deyirsə, suya daxil olmaq yox, suya çatmaq nəzərdə tutulur.2

Ayədə “sizlərdən” deyərkən, ötən ayədə haqqında danışılan şeytanın tərəfdarları nəzərdə tutulur. Nicat tapan müttəqilər küfr və şirkdən nicat tapanlardır. Yəni şeytanın bütün havadarları cəhənnəmə daxil olsa da, kafirlər və müşriklər orada qalar, şirk və küfrə batmamış günahkarlar isə nəhayət cəhənnəmdən qurtularlar.

Bildirişlər


1. Qiyamət və onun mərhələləri hesablanmış və dəqiqdir.

2. Allahın qəti və labüd sünnələri və proqramları var.



● Ayə 72:


﴿ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوا وَّنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا﴾

Sonra təqva əhlini (cəhənnəmdən) xilas edərik zalımları diz çökmüş halda orada boşlayarıq.”



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin