● Ayə 54:
﴿كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى﴾
“(Həm özünüz) yeyin, (həm) heyvanlarınızı otarın. Əlbəttə bu işlərdə düşüncə sahibləri üçün nişanələr var.”
● Ayə 55:
﴿مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَى﴾
“Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytarar və növbəti dəfə ondan xaric edərik.”
Nöqtələr
“Nuhyə” sözünün cəm forması olan “nuha” sözü “nəhy” kökündən olub, saxlamaq mənasını bildirir. “Ulin-nuha” dedikdə ağıl və düşüncə sahibləri mənası nəzərdə tutulur. Bu səbəbdən də insanı azğın istəklərdən çəkindirən ağıl “nuhyə” adlandırılmışdır.3
Əziz Peyğəmbərdən (s) “ulin-nuha” təbiri haqqında soruşulduqda həzrət buyurdu: ”Onlar gözəl əxlaq sahibidirlər, ata-analarına yaxşılıq edirlər, fəqirlərə, ehtiyaclı qonşulara, yetimlərə yardım əli uzadırlar, aclara qida verirlər, yer üzündə sülh və asayişi möhkəmləndirirlər, başqaları yuxuda olan vaxt namaz qılırlar.”1
Həzrət Əli (ə) namazın səcdələrini bu ayəyə işarə sayaraq buyurur: “Birinci səcdənin mənası budur ki, Pərvərdigara, mən öncə torpaq idim. Başı səcdədən qaldırmaqla bildirilir ki, məni torpaqdan Sən yaratdın. İkinci səcdənin mənası budur ki, Sən məni torpağa qaytararsan. İkinci səcdədən qalxma isə belə mənalandırıla bilər: Sən qiyamət günü məni növbəti dəfə torpaqdan dirildərsən.”2
Bildirişlər
1. Nəbatat aləmi də məqsədli yaradılmışdır.
2. Nəbatat aləminin rəngarəngliyi ehtiyacların müxtəlifliyi ilə əlaqədardır.
3. Dördayaqlılar (mal-qara) insan üçün yaradılmışdır.
4. Maddiyyat sizi Allah zikrindən uzaq salmasın.
5. İnsanın yaranış qaynağı və maddəsi torpaqdandır.
6. Təbiət haqqında düşüncə allahşünaslıq yollarından biridir.
7. Ağılın varlığından daha mühüm olan, ondan istifadə və ona itaətdir.
8. İnsan torpaqda dəfn olunmalıdır.
9. Məad cismanidir.
● Ayə 56:
﴿وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَى﴾
“Həqiqətən, Biz bütün ayə və möcüzələrimizi ona (Firona) göstərdik. Amma o, təkzib və imtina etdi.”
● Ayə 57:
﴿قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَا مُوسَى﴾
“(Firon) dedi: «Ey Musa! Sən öz sehrinlə bizi torpağımızdan çıxarmağamı gəlmisən?!»”
Bildirişlər
1. Allah-təala fironlar üçün də höccəti tamamlayır, yetərli dəlillər gətirib bəhanəyə yer qoymur.
2. Bəzi inkarçılara bir möcüzə bəs edir. Firon kimi zalım hakimlərə isə çoxsaylı möcüzələr göstərmək lazım gəlir.
3. İnsanın qəlbi və ruhu xəstələndikdə heç bir dəlil onu qane edə bilmir.
4. İnadkar insan İblis kimidir. “Bəqərə” surəsinin 34-cü ayəsində şeytanın inadkarlığı qeyd olunur.
5. Zalım hakimlər çıxılmaz vəziyyətə düşdükdə insanların müxtəlif hisslərindən, vətən sevgisindən sui-istifadə edib, onları təhrik edirlər.
6. İlahi insanlara qarşı böhtan və sui-zənn zalım hakimlərin üslublarındandır.
● Ayə 58:
﴿فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِّثْلِهِ فَاجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهُ نَحْنُ وَلَا أَنتَ مَكَانًا سُوًى﴾
“(Firon davam etdi,) biz hökmən sənin üçün oxşar bir sehr göstərərik. Aramızda bir vaxt müəyyənləşdir, onu pozmayaq. Hamar və hamı üçün eyni uzaqlıqda olan bir məkan seç.”
● Ayə 59:
﴿قَالَ مَوْعِدُكُمْ يَوْمُ الزِّينَةِ وَأَن يُحْشَرَ النَّاسُ ضُحًى﴾
“(Musa) dedi: «Sizə verilən vəd zinət (bayram) günü, insanların bir yerə cəm olacağı günorta vaxtıdır.»”
● Ayə 60:
﴿فَتَوَلَّى فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَى﴾
“Firon döndü (məclisi tərk etdi). Bütün məkr və hiyləsini toplayıb yenidən gəldi.”
Nöqtələr
Həzrət Musanın ən yaxşı işlərindən biri bu oldu ki, milli bayram gününü məqsədli və ilahi bir günə çevirdi. Həmin gün bütün sehrbazlar Musanın möcüzəsini görüb əqidələrini dəyişdilər.
Bildirişlər
1. Təhqir, böhtan, mühüm hadisələri adi göstərmək zalım hakimlərin qaydasıdır.
2. Bəzən insan daxilən puçluq hiss etsə də, özünü qüdrətli və qətiyyətli göstərir.
3. Düşmənə də vəd verdikdə ona vəfa qılın.
4. Ədalət və insaf düşmənə münasibətdə də yaxşı sayılır. (Hamı üçün eyni uzaqlıqda olan məkan seçildi və kimsəyə imtiyaz verilmədi.)
5. Asudə vaxtlardan səmərəli istifadə edin.
6.Əgər doğru yola çağırış gözəl şəkildə, xalqın ürəyincə olsa daha çox təsir göstərər.
7. Bayram günü məsələsi tarixi keçmişə malikdir.
8. Məntiqi və azad söhbətlər xalqın gözü qarşısında aparılmalıdır.
9. Təbliğdə zaman və məkan ünsürlərini yaddan çıxarmayaq. (Xalqın asudəliyi, yaxında olması, havanın işıqlığı və lətafəti kimi səciyyələr Musanın təbliğatında bir yerə cəmlənmişdi.)
10. Haqq düşmənləri ilkin fürsətdə haqqa qarşı fitnə-fəsad yaratmağa çalışırlar.
Dostları ilə paylaş: |