Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə95/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   91   92   93   94   95   96   97   98   ...   113

Nöqtələr


“Qəzf” dedikdə uzaqdan sürət və qüvvətlə atmaq mənası anlaşılır. “Dəmğ” sözü başa dəyib beynə təsir göstərən zərbə mənasını bildirir.

“Vəyl” dedikdə əzab və məhv mənaları anlaşılır. Bu söz əzaba layiq olunduqda işlədilir.3


Bildirişlər


1. Haqqın batilə qələbəsi Allahın iradəsi və varlıq aləminin məqsədli olduğunu göstərən bir əlamətdir.

2. Haqq batillə müdafiə mövqeyindən davranmamalıdır.

3. Batilin məhvi ilahi sünnədir.

4. Haqq batilə qalibdir.

5. Haqqın cəbhədə hüzuru ilə batil məhv olur.

6. Batillə mübarizədə sürət, qüdrət və məqsədyönümlülük prinsiplərinə riayət olunmalıdır.

7. Batil yarımcan buraxılmamalı, tam surətdə məhv edilməlidir.

8. Haqq qalası, batil gedəsidir.

9. Batil hökumət Allahın verdiyi möhlət qanununa əsasən bir neçə gün yaşayır. Sonda isə təqvalılar və haqq əhli iqtidara çatır.

10. Vay olsun yaranışı oyuncaq sayanlara!



● Ayə 19:


﴿وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ﴾

Göylərdə yerdə varsa Ona məxsusdur. Onun yanında olanlar (mələklər) Ona ibadətdə təkəbbür göstərməz, yorulub dayanmazlar.”



● Ayə 20:


﴿يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ﴾

Onlar gecə-gündüz süstlük göstərmədən Onu paklığına görə öyərlər.”



● Ayə 21:


﴿أَمِ اتَّخَذُوا آلِهَةً مِّنَ الْأَرْضِ هُمْ يُنشِرُونَ﴾

(Kafirlərin) yerdən seçdikləri tanrılar ölüləri dirildərmi?”


Nöqtələr


Məcazi malikiyyətdə (adi həyatda) insan ağasına yaxınlaşdıqca onu daha az saya salır, bəzən bu yaxınlıqdan arxayınlaşıb xətaya da yol verir. Həqiqi malikiyyətdə isə (Allah-bəndə münasibətlərində) insan öz məbuduna yaxınlaşdıqca daha çox ibadət edir.1

“Nəhcül-bəlağə”nin birinci xütbəsində mələklər haqqında deyilir: “Mələklərdə yuxu, unutqanlıq, yorğunluq və qəflət yoxdur.”


Bildirişlər


1. Varlıq aləminin həqiqi maliki yalnız Allahdır. (Əgər Onun hökmü altındayıqsa, bəndəlik vəzifələrimizə əməl edək.)

2. İbadət və bəndəlik təkcə insana aid deyil.

3. Mələklərdən uzaqlığın kökü təkəbbürdür.

4. Allahın bəzi məxluqları Ona yaxın məqama çatar.

5. İbadətdən uzaqlığın kökü təkəbbürdür.

6. İbadət insanı mələklərlə bir cərgəyə qatır.

7. Xoşhallıq ibadətin dəyərini göstərir.

8. Mələklər yatmır.

9. Davamlılıq ibadətə dəyər verir.

10. Batil əqidələri sual altına alaq.



● Ayə 22:


﴿لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ﴾

Əgər göylərdə yerdə Allahdan başqa məbudlar olsaydı, hər ikisi (göy yer) dağılardı. Ərşin Rəbbi olan Allah Ona aid edilən sifətlərdən pakdır.”



Nöqtələr


Bir neçə müəllif tərəfindən yazılmış kitaba diqqət və nəzər salsaq, onun müxtəlif cümlələri və hissələrinin üslubu arasında fərqlər görərik. Kitab böyüdükcə uyğun ziddiyyət də artır. Ola bilsin ki, eyni bir fikri müxtəlif şəxslər təsadüfi olaraq eyni bir tərzdə ifadə etsinlər. Amma varlıq aləmi kimi böyük bir kitabda mütləq uyğunluq və nizamı yalnız vahid Allah yarada bilər.

Sual: Əgər Allah varlıq aləmindəki prosesləri nizamlayırsa, nə üçün müəyyən ziddiyyətlər var?

Cavab: Əvvəla, nəzərdə tutulanları ziddiyyət adlandırmaq düzgün deyil. Bu növ təzadlar qayçının və tərəzinin bir-birinə zidd gedən iki tərəfi kimi eyni bir işə xidmət göstərir. Məsələn, yuyulmuş paltarın suyunu sıxmaq istəyən insanın əlləri bir-birinə zidd istiqamətdə hərəkət edir. Məqsəd isə birdir.

Hişam ibn Həkəm İmam Sadiqdən (ə) soruşdu: “Allahın birliyinin dəlili nədir?” Həzrət buyurdu: ”Varlıq aləmindəki tədbirlər arasındakı bağlılıq, yaranışın kamil olması Allahın birliyinin dəlilidir.”1

Bu ayə hər bir iş üçün xüsusi tanrı müəyyənləşdirənlərə cavabdır.

Bildirişlər


1. Yaradanın birdən çox olması mümkünsüz işdir.

2. Göylərin və yerin Rəbbi birdir. Müşriklər isə göy üçün ayrı, yer üçün ayrı Rəbb nəzərdə tuturlar.2

3. Bir işi bir neçə nəfərin idarə etməsi ziddiyyət və fəsad yaradır.

4. Batil söz yada salınarkən “sübhanəllah” deməklə Allahı paklığına görə öymək lazımdır.

5. Allahın təsbihi (pak sayılması) kor-koranə takrarlanmamalı, agahlıq, dəlil və məntiqə əsaslanmalıdır. (Öncə dəlil göstərildi ki, varlıq aləmində iki müdiriyyət olsa, fəsad yaranar, sonra Allaha təsbih deyildi.)

● Ayə 23:


﴿لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ﴾

O (Allah), gördüyü işə görə sorğuya çəkilməz. Amma onlar (insanlar) sorğuya çəkiləsidirlər.”



Nöqtələr


Quranda dəfələrlə bəyan olunmuşdur ki, insan gördüyü işlərə görə cavabdehlik daşıyır. “Hicr” surəsinin 92-ci ayəsində oxuyuruq: “And olsun Rəbbinə ki, bütün xalq sorğuya çəkiləcək.” Digər bir ayədə buyurulur: “Onları dayandırın, sorğuya çəkilməlidirlər.3 İstənilən bir halda Qiyamət günü insandan onun düşüncəsi, niyyətləri, gəncliyi, ömrü, qazancı, xərci, rəhbər seçimi, böyüklərə itaəti haqqında sorğu-sual aparılacaq.

Sual: Necə olur ki, “Ər-rəhman” surəsinin 39-cu ayəsində “Heç bin cin və ins sorğuya çəkilməz” buyurulur?

Cavab: Qiyamətin müxtəlif səhnələri var. Hər səhnənin öz xüsusi şəraiti var. Məsələn, bir dayanacaqda insanlar onlara ünvanlanan suallara cavab verə bilirlər. Amma digər bir dayanacaqda onların ağzı möhürlənir, bədən üzvləri şəhadət verir.

Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin