Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə92/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   88   89   90   91   92   93   94   95   ...   113

Nöqtələr


Sual: Məgər “qəflət” dedikdə bir şeyə diqqətsizlik, “arxa çevirmək” dedikdə isə bir şeyi görüb ondan üz döndərmək nəzərdə tutulursa, bu iki təbir ayədə yanaşı necə işlənmişdir?

Cavab: Qəflət və diqqətsizlik iki növdür:

a) Xəbərdarlıqla aradan qaldırılan qəflət;

b) Arxa çevirməklə sonuclanan qəflət. Yəni qafil şəxs özünü yatmış göstərib çağırışa cavab verməyən kəs kimi ayılmaq istəmir.

İnsanların əksəri məad və Qiyamət hesabından qəflətdə olduğu üçün Allah bu qəfləti bütün xalqa aid edir. Əlbəttə ki, bütün hallarda insanların bir qismi istisnadır. Hazırkı surənin 97-ci ayəsində insanlar qəflətdə olduqlarını öz dilləri ilə etiraf edirlər.


Qiyamət günü hesab məsələsinə bir baxış


Ayələrdən müəyyən nəticələr çıxarılır:

1. Bütün insanlar sorğu-suala çəkilər.2

2. Bütün əməllər hesaba çəkilər.3

3. Bütün hallar nəzərdən keçirilər.4

4. İnsanın hər bir bədən üzvü sorğuya çəkilər.5

5. İlahi nemətlər haqqında soruşular.1

6. Bütün işlər - harada olur olsun, nə ölçüdə olur olsun - səhnəyə gətirilər.2

Öncə namaz haqqında soruşular. Gənclik, ömür, qazanc yolu, xüsusi ilə rəhbərlik və vilayət kimi mühüm məsələlərin hesabı aparılar. Elə bircə bu yetər ki, Allah özü hesab aparsın.3


Bildirişlər


1. Xalqla hesab aparılması qəti bir məsələdir.

2. Qiyamət və hesab vaxtının uzaq olmasını düşünməyək.

3. Hesab bütün insanlara aiddir.

4. Nizam və hesab kamil həyat şərtləridir. (İnsan təsadüfən yaranmayıb, məqsədli şəkildə vücuda gətirilib.)

5. İnsanların diqqətini cəlb etmək üçün bəzən sərt və hədələyici halda danışmaq lazım gəlir.

6. İnsanlar qiyamət sorğusundan qəflətdə olsalar da bu sorğu özü onların sorağınca gəlir.

7. Etinasızlıqdan doğan qəflət təhlükəlidir.

● Ayə 2:


﴿مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ﴾

Onlara Rəbbləri tərəfindən vaxt yeni bir xəbərdarlıq gəldisə, onu eşidib (yenə) əylənməyə başladılar.”



Nöqtələr


Allah kəlamının qədim və ya hadis (yeni) olma məsələsi abbasilər dövründə ortaya atılmış mövzulardandır. Bu mövzuda xeyli mübahisələr aparılmışdır. Uyğun mövzunun formalaşdırılmasında məqsəd, çox güman ki, xalqı zalım hakimlərlə qarşıdurmadan yayındırmaq olmuşdur. Şübhəsiz ki, Quran mahiyyətcə Allah elmindən qaynaqlanır və qədimdir. Peyğəmbərə nazil olan sözlər isə hadis (yeni) sayılır. İstənilən bir halda bu sayaq mübahisələr fərd və cəmiyyətin hansısa problemini həll etmir. İmamlarımız da bu sayaq mübarizələrdən çəkinmişlər.4

Bildirişlər


1. İlahi xəbərdarlıqlar davamlıdır və təkrarlanır.

2. Xəbərdarlıq və tərbiyə bir-biri üçün şərtdir.

3. Quran zikr səbəbidir.

4. Xəbərdarlıqda yenilik bir dəyərdir.

5. Dinləmək və anlamaq bəs etmir, qəbul və əməl etmək də lazımdır.

6. Qəflət və həqiqətdən kənarlaşmaq mənasız işlərə sövq edir.

7. Vəhy və ilahi zikrdən uzaq həyat oyun-oyuncaqdan başqa bir şey deyildir.

● Ayə 3:


﴿لَاهِيَةً قُلُوبُهُمْ وَأَسَرُّواْ النَّجْوَى الَّذِينَ ظَلَمُواْ هَلْ هَذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ﴾

Halbuki onların qəlbləri (mənasız şeylərə) məşğuldur. Zülm edənlər məxfi şəkildə pıçıldaşırlar ki, «görən bu şəxs sizin kimi bir bəşərdir? Halbuki sehrə doğru getdiyinizi görürsünüz.»”



Bildirişlər


1. Mənasız işlərə məşğulluq insanın diqqətini qiyamət sorğusu kimi mühüm məsələlərdən yayındırır.

2. Azğın insanlar öz azğınlığına don geyindirirlər.

3. Nə qədər ki, qəlb Allah zikrindən uzaq düşməyib, insan ilahi ayələri əyləncə saymır.

4. Peyğəmbərin müxalifləri gizlində qurğu qurur, möcüzələri sehr-cadu sayırlar.

5. Kafirlər həqiqətləri ört-basdır etməklə özlərinə və ətrafdakılara zülm edirlər.

6. Zalımların peyğəmbərlərə böhtan atması peyğəmbər məktəbinin zülmə qarşı çıxdığını göstərir.

7. Peyğəmbərlər xalq arasında çox sadə bir həyat yaşamışlar.

● Ayə 4:


﴿قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالأَرْضِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

(Peyğəmbər) dedi: «Mənim Rəbbim göydə yerdə olan bütün söhbətlərdən xəbərdardır. O, eşidən biləndir.»”



Bildirişlər


1. Peyğəmbərlər fitnə-fəsad və böhtanlarla qarşılaşdıqda Allaha təvəkkül edirlər.

2. Düşmənlər öz fitnə-fəsadlarında məxfiliyi gözləsələr də, Allah hər şeyi bilir, Onun üçün gizlin və aşkar eynidir.

3. Allahın elminə diqqət insanı fitnə-fəsaddan və gizli qurğulardan çəkindirir.

● Ayə 5:


﴿بَلْ قَالُواْ أَضْغَاثُ أَحْلاَمٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الأَوَّلُونَ﴾

(Kafirlər) dedilər: «(Məhəmmədin gətirdikləri vəhy yox,) qatışıq yuxulardır. Ola bilsin ki, dediklərini özündən uydurur. Bəlkə o bir şairdir. (Əgər doğru deyirsə,) əvvəl göndərilənlər kimi, o da bizim üçün möcüzə gətirsin.”



Nöqtələr


“Əzğas” dedikdə toplum, “əhlam” dedikdə isə yuxu mənaları anlaşılır. “Əzğasu əhlam” təbiri isə qatmaqarışıq yuxular mənasını bildirir.

Kafirlər İslam Peyğəmbərindən (s) Musa və İsanın möcüzələrini gözləyirdilər. Əsl məqsədləri isə göstərişlərdən boyun qaçırmaq idi. Əslində möcüzə seçimi xalqın istəklərindən yox, ilahi hikmətdən asılıdır.



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin