Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə93/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

Bildirişlər


1. Ziddiyyətli danışıq kafirlərin məntiqsizliyini göstərir.

2. Düşmən bir böhtanla kifayətlənmir. (Onlar zərbə vurmaq üçün bütün yollardan istifadə edirlər. Əks-təbliğat, ardıcıl böhtanlar düşmənin əsas iş üsullarındandır.)

3. Düşmən nə qədər böhtan atsa da, daxilən tərəddüddədir.1

4. Müşriklər də möcüzəni peyğəmbərlik üçün şərt sayırlar.

5. Xalq hiss üzvləri ilə qavranan möcüzə istəyindədir.

● Ayə 6:


﴿مَا آمَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا أَفَهُمْ يُؤْمِنُونَ﴾

Bunlardan öncə həlak etdiyimiz bütün varlıqlar (bu sayaq möcüzə istədilər, amma istəkləri yerinə yetəndə) iman gətirmədilər. Yoxsa bunlarmı iman gətirəcək?!”



● Ayə 7:


﴿وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ﴾

(Ey peyğəmbər!) Biz səndən öncə yalnız vəhy etdiyimiz kişiləri (peyğəmbər olaraq) göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.”



Nöqtələr


Ötən ayədə kafirlər “bu şəxs sizin kimi bəşərdirmi” deyə soruşurdular. Bu ayədə Allah-təala buyurur: “Nəinki bu peyğəmbər, bütün əvvəlki peyğəmbərlər insanlar idi, onlara vəhy olunurdu.” Bəli, elçinin insan nəslindən olması onun peyğəmbərliyi ilə zidd deyildir.

Müşriklər kitab əhli ilə yaxşı münasibətdə olduqlarından Allah-təala onlara buyurur: “Kitab əhlindən soruşun.”

Zikr (kitab) əhlindən sorğu və mütəxəssisə müraciət ağılın tələbidir. Ayədə “zikr əhli” deyərkən yəhudi və məsihi alimləri nəzərdə tutulmuşdur. Rəvayətlərdə tövsiyə olunur ki, çıxış yolu tapmadıqda Peyğəmbər (s) Əhli-beytinə (ə) müraciət edin. Bu böyük insanlar “zikr əhlinin” kamil nümunələridirlər.

İslam Peyğəmbəri (s) buyurur: “Nə alim sükut etsin, nə də cahil sorğudan çəkinsin.”2


Bildirişlər


1. Küfr və inadkarlıq olan yerdə Allahın qəzəbi qaçılmazdır. Bu, ilahi bir sünnədir. (İman bəşər cəmiyyətinin hifzi və davamı üçün səbəbdir.)

2. Tarixə ibrət gözü ilə baxaq.

3. Bütün peyğəmbərlər kişi cinsindəndirlər.

4. Bütün peyğəmbərlərə vəhy edilmişdir, onların elmi vəhy qaynağındandır.

5. Sorğu-sual dinin tövsiyəsidir.

6. İnsan məsələni anlamaq məqsədi ilə sual verməlidir.

7. Mütəxəssisə müraciət etməsək, həqiqi bilik əldə edə bilmərik.

8. Etiqadi və dini məsələlərdə həqiqətə çatanadək axtarış aparaq.

9. Suallara cavab almaq üçün alim yaxında olmalıdır.

10. Elm əhli olmaq yox, zikr əhli olmaq mühümdür. (Bir çox alimlər Allahdan qəflətdədirlər.)

11. Bir işə başlamaq üçün mütəxəssis olmaq lazımdır. Səthi məlumat, təqlidlə nəticə əldə etmək olmaz.

12. Xalqa yol göstərmək zikr əhlinə vacibdir. Əks-təqdirdə sorğu-sual göstərişi səmərəsiz olar.



● Ayə 8:


﴿وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ﴾

Biz onları yemək yeməyən cisimlər yaratmadıq. Onlar əbədi deyildilər.”



Nöqtələr


Rəhbərin müvəffəqiyyət rəmzlərindən biri budur ki, o, “rəftarlarından ibrət götürülsün” deyə insanlar arasında və insanlar kimi olsun.

Bildirişlər


1. Peyğəmbərlər maddi və insani ehtiyaclar baxımından başqalarından fərqlənmirlər.

2. Peyğəmbərlərin mələk olması istəyi yersiz istəkdir.

3. Yemək və ailə həyatından uzaqlıq Allah və ilahi dinlərin tələbi deyil.

4. Ölüm hamını əhatə edir, hətta peyğəmbərlər də əbədi deyil.



● Ayə 9:


﴿ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاء وَأَهْلَكْنَا الْمُسْرِفِينَ﴾

Sonra Biz onlara verdiyimiz vədə vəfa qıldıq. Onlara istədiyimiz hər kəsə nicat verib, israfçıları həlak etdik.”



Nöqtələr


Bu ayə ilə Peyğəmbərə (s) təsəlli verilir. Bildirilir ki, Biz möminlərə verdiyimiz vədə vəfa qılırıq.

Bildirişlər


1. Allahın peyğəmbərlərə verdiyi qələbə vədi qətidir.

2. Allah peyğəmbərlərə nicat verəcəyini və müxalifləri məhv edəcəyini onlara vəd etmişdir.

3. İlahi cəzalar öz əməllərimizin nəticəsidir.

4. İsraf məhvə zəmin yaradır. Bütün israfçıların sonu puçdur.



● Ayə 10:


﴿لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ أَفَلَا تَعْقِلُونَ﴾

Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin üçün xəbərdarlıq var. Yoxsa düşünmürsünüz?!”



Nöqtələr


“Zikrukum” sözü ya xəbərdarlıq vasitəsi, ya da izzət səbəbi mənasını bildirir. “Zikr” sözünün şərafət və şöhrət kimi lüğət mənaları da var.1

İmam Kazim (ə) bu ayə haqqında buyurur: “Fihi zikrukum,” yəni kitabda zikr olunmuşdur ki, peyğəmbərdən sonra imama itaət olunur.”2 Yəni peyğəmbərdən sonra imama itaət sizin üçün izzət və şərəfdir.


Bildirişlər


1. Kitab və qanun Allah tərəfindən insan üçün inkişaf və oyanış vasitəsidir.

2. Quran yüksək mövqe, uca məqama malikdir.

3. Səmavi kitabın nazil olmasının bir səbəbi də insanlara xəbərdarlıq və onlara kəramət bəxş etməkdir.

4. İnsanın keçmişi, bu günü və gələcəyi Quranda xəbər verilir.

5. Ərəb qövmü və Hicaz məmləkəti Quranın bərəkəti ilə əziz və məşhur olmuşdur.

6. İnsanlar dərindən düşünsələr, hökmən vəhy və səmavi kitaba əl açarlar.

7. İnsanların inkişaf üçün fitri meyllərindən istifadə edək. (Xoş xatırlanmasını istəyən insan Allahın uyğun buyruğunu nəzərə almalıdır: “Adınız qalsın deyə sizə kitab göndərdik.”)

8. Peyğəmbərlərin təkzibi düşüncəsizlikdir. Çünki Quran maarifi əqlə uyğundur.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin