Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə26/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   22   23   24   25   26   27   28   29   ...   107
İzahatın deduktiv metodu məlumatın genişləndirilmə­si­nin əsas metodu hesab edilir və ümumidən xüsusiyə hərəkəti nə­zərdə tutur.

Ritorikada (və fəlsəfədə) bu metod əvvəllər edilən ümu­miləşdirmənin təsdiq edilməsi üçün axtarış metodu kimi müəy­yənləşdirilir. Bu metodun əsasında insanlar tərəfindən müşa­hi­də edilən nizama, qanunauyğunluğa nəzarətin dərk olunması da­yanır, yəni onları prinsipcə empirik cəhətdən yoxlamaq olar. Başqa sözlə, danışan söylədiyi mülahizəyə görə məsuliyyət da­­şı­yır; belə ki, əgər zərurət yaranarsa, o, söylədiyi ümumi mü­la­hi­zənin düzgünlüyünü təsdiq edəcək, bir sıra hadisələri (və ya, heç olmazsa, bir hadisəni) misal göstərməyə hazır olma­lıdır.

Deduktiv metod uzun müddət ən «nüfuzlu» metod sayılır­dı. Belə ki, o, çox vaxt ümumiyyətlə, düzgün nəticəçıxarmanı tə­min edən metod kimi nəzərdən keçirilirdi. Buna görə də for­mal məntiqi hətta deduksiya nəzəriyyəsi, daha doğrusu, ümumi hokmlərin konkret hallarda tətbiq edilə bilən xüsusi hökmlərə döndərilməsini nəzərdə tutan nəzəriyyə kimi başa düşülürdü.

Antik dövrdə deduksiyadan çox geniş şəkildə istifadə edi­lirdi. Beləliklə, əsas hissənin bölməsi kimi izahata gəldikdə isə, daha məqsədəuyğun kompozisiyalardan biri kimi məhz məlumatın sonrakı gedişində bir sıra xüsusi faktlar ilə öz təs­diqini tapan bəzi ümumi mülahizələrin müzakirəsinə (bütün­lüklə və ya qismən) aparıb çıxaran kompozisiya hesab edilirdi. Bu faktlar isə bütövlükdə mülahizəyə və ya onun hissələrinə aid olur. Danışan sanki bu yolla dinləyicilər qarşısında ümumi mü­lahizəni nə üçün başqa cür deyil, məhz belə şəkildə formulə etməsinə dair hesabat verir.

Deduktiv metodun üstünlüyü digər baxımdan da diqqəti cəlb edirdi. Belə ki, ümumi mülahizə yalnız birmənalı şəkildə fikri növbəti faktlara yönəltmirdi, həm də müəyyən mənada din­ləyicilərin faktları danışanın gözü ilə görməsi üçün şərait yaradırdı. Bundan başqa, deduktiv metodla işləmək açıq kom­munikativ strategiya ilə işləməyi nəzərdə tuturdu: danışan «nə­yə işarə etdiyini» və ya, daha dəqiq desək «nəyə işarə etmək istə­diyini» lap əvvəldən dinləciyə bildirirdi.

İzahat metodu kimi deduksiyada məlumatın «detektiv» yolla qurulması, öz əksini tapırdı ki, belə qurulmada səbəblər­dən (səbəbdən) nəticəyə deyil, nəticədən səbəblərə (səbəbə) doğru istiqamətlənirdi. Bütün bunlar isə son nəticədə audito­riyanın diqqətini daha yaxşı cəlb edirdi.

«Holmsonun ardınca getmək» intellektual, «qurbanın ardın­ca getmək» isə emosional proses idi. Deduktiv metoddan istifadə etmək öz qarşısına məntiqi məsələ (ümumi hökm şək­lin­də) qoymaq və onu həll edərək sevinmək deməkdir.

Məsələn, mən belə bir mülahizə yürüdürəm: «Bütün qəşəng qızlar «El Vital» şampununa üstünlük verirlər». Bu za­man mənim əlimdə «sübut» kimi heç olmazsa bu şampuna üstün­lük verən bir qəşəng qız olmalıdır. Əsk halda mən, yəqin ki, belə mülahizə söyləmərəm və dinləyici də bütün bunları bil­diyindən mənim «sübutumun» (bir və ya bir neçə) təqdim edil­məsini gözləyir. Mən isə dinləyicinin bu ümidlərinin boşa çıxmasına imkan verə bilmərəm: əlində «El Vital» şampununu tutmuş Nastasya Kinskini onların qarşısına çıxarmaq bu məsə­lədə ən güclü arqument olardı və yəqin ki, dinləyiciləri mənim mülahizəmin doğruluğuna tamamilə inandırardı.

Amma izahatın deduktiv metodunun səciyyəvi cəhət­lə­rindən biri odur ki, ondan istifadə edilərkən «əsas dəlillər» ən axırda təqdim edilir: mən auditoriyaya ümumi mülahizə ilə de­yil, məhz bu «əsas dəlil» ilə təsir göstərirəm. Və əgər hətta din­ləyici ümumi mülahizəni «unutsa» belə, o, əlində «El Vi­tal», tutan Nastasya Kinskini (deyək ki, o, onu qəşəng hesab edir) həmişə «xatırlayacaq». Mənim isə əsas məqsədim elə bu idi. Başqa sözlə, deduktiv metod məlumatın predmetini şəxssiz formadan şəxsi formaya salır: ümumi mülahizə xüsusi müla­hizəyə və ya «mənim üçün nəzərdə tutulan mülahizəyə» çev­rilir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin