Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə27/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   23   24   25   26   27   28   29   30   ...   107
İzahatın induktiv metodu tam nitqin strukturunda xüsu­sidən ümumiyə yüksəlməni nəzərdə tutur.

Ritorikada (və fəlsəfədə) bu metod səbəbin əvvəlcədən seçilməsi petitito prinsipi kimi müəyyən edilir, daha doğrusu bu metod ilə bir sıra xüsusi hallara (və ya, heç olmazca, bir xü­susi hala) əsaslanaraq nizam və qanunauyğunluq aşkar edilir.

İnduksiya metoduna əsaslanan izahat hər şeydən əvvəl xüsusi halın mötəbərlik tələbinə cavab verməlidir. Yeri gəl­mişkən qeyd edək ki, xüsusi halın mötəbərliyinə dair çox vaxt onun təkrarlanmasına (müəyyən şəraitdə həmişə və ya adətən n dəfə baş verən), daha az hallarda isə onun sintetiklik dərə­cəsinə (n1, n2, n3 və s. sintezi olur) görə mühakimə yeridilir.

Məsələn, mən A qəşəng qızın «El Vital» şampununa üstün­lük verdiyini, B qəşəng qızın «El Vital» şampununa üstün­lük verdiyini və C qəşəng qızın «El Vital» şampununa üstün­lük verdiyini bilərək, mən ehtimal edə bilərəm ki, ümu­miyyətlə, bütün qəşəng qızlar «El Vital» şampununa üstünlük verir. Və ya Nastasya Kinski kimi qəşəng qızın «El Vital» şam­­pu­nuna üstünlük verdiyini bilərək də belə bir mülahizə söyləyə bilərəm.

Başqa sözlə, izahatın induktiv metodu tətbiq edilərkən «xüsusi» mülahizə ön plana çıxır, sonra isə bu mülahizə «ümu­mi» mülahizəyə çevrilir.

Əgər deduktiv metod məlumatın strukturunu aydınlaşdır­maq üçün detektiv prinsipə üstünlük verirsə, induktiv metod son nəticədə xüsusən «qurbanlarının dalınca hərəkət» edən «qorxulu varlıq»ların davranışının əsasını təşkil edir; məsə­lənin əvvəlcə bir, sonra digər, onun ardınca isə üçüncü hissəsi diqqət mərkəzinə gəlir. Məlumatın belə strukturu «emosional iştirakı» tələb edir – intellektual gözətçi, bir qayda olaraq, fəaliyyət göstərmir.

Deduktiv və induktiv izahat metodları əslində həm də müəy­yən mənada bir-birinə nəzarət edirlər: bu mənada de­duk­siya və induksiya bir-birini tamamlayır və dünyanı təhrif edil­miş şəkildə təsvir etməkdən qoruyur.

Deduksiya metodu induksiya metoduna nisbətən audi­to­riyada daha güclü mübahisə doğura bilər, çünki induk­si­ya me­todu heç olmazsa, ümumiyyətlə desək, «siz nəyə əsa­sən bu qa­nu­nauyğunluğu formulə edirsiniz?» sualını istisna edir. İnduk­tiv yolla formulə edilən qanunauyğunluq tənqidə məruz qala bilər, amma deduktiv yolla formulə edilən qanunauyğunluğu isə artıq təqdimat mərhələsində sadəcə olaraq qəbul etməzlər.



Analoji metod (və ya analogiya metodu) ayrıca metod və ya induksiyanın variantlarından biri kimi xarakterizə olunur, amma istənilən halda yaxşı öyrənilən obyektin analizi zamanı aşkar edilmiş qanunauyğunluğu daha az öyrənilən obyektə də şamil etmək məqsədilə faktların, hadisələrin, proseslərin və s. müqayisəsini nəzərdə tutur. Yaxşı öyrənilən obyekt bu halda «nümunə» və ya «model» kimi qiymətləndirilir. Analogiya yu­nan­cadan tərcümədə «uyğunluq, oxşarlıq» deməkdir.

Bu metod məlum olanın əsasında naməlum olanı öyrən­məyə imkan yaradır. Düzdür, bu yolla əldə edilən nəticələr mö­təbər deyil, amma həqiqətə uyğundur. məhz yunanlarda be­lə bir atalar sözü var idi: «Hər bir müqayisə oxşayır».

Amma bununla belə bu metod ritorikada izahın həddin­dən artıq aktiv metodlarından biri kimi geniş yayılıb. Bunun əsas səbəbi bu metod ilə əldə edilən nəticələrin inandırıcı olma­sıdır.

Aydındır ki, naməlum olanı məlum olan ilə müqayisə əsa­sında izah etmək daha asandır. Nə qədər oxşasa da analo­giya bəzən obyektə dair onun uzun-uzadı təsvirinə nisbətən daha çox məlumat verə bilər.

Çünki yaxşı analogiya adətən obyektin ən mühüm əlamə­ti­ni göstərir. Təsadüfi əlamətə əsaslanan analogiya əslində səhv nəticəyə aparıb çıxarır: belə analogiya lap əvvəldən ana­logiya kimi qəbul edilmir, çünki məsələn, A obyekti ilə B obyek­tinin ümumiyyətlə, bir-biri ilə müqayisə ediləcək heç bir əlaməti yoxdur.

Bunu yoxlamaq çox asandır: Məsələn, mən belə bir mü­la­hizə söyləyirəm: «Elektrikin nə olduğunu bilmək üçün sadə­cə olaraq daşa baxmaq kifayətdir». Belə analogiyanın (bu isə əslində analogiyadır, çünki mən elektriki və daşı müqayisə edirəm!) dinləyicilərdə çaşqınlıq yaradacağı təəccüblü deyil: onlarda şübhəsiz ki, sizə qarşı belə bir sual yaranacaq: «siz özünüz bunu necə təsəvvür edirsiniz?»

Təəssüf ki, bu sualı müvəffəqiyyətlə cavablandırmaq mümkün deyil: elektrik və daşın gözlə görünə bilən ümumi əlamətləri yoxdur və deməli, onlar arasında analogiya aparmaq olmaz. Sualına cavab olmayan auditoriya analogiyanı həddindən artıq uğursuz hesab edəcək, daha doğrusu analogiya aparmaq üçün heç bir əsasın olmadığını başa düşəcək və əgər analogiya aparmaq üçün heç bir əsas yoxdursa, deməli, analogiya də yoxdur.

Analoji metod üçün irəli sürülən 2 əsas tələbdən biri bu­dur. Danışan yalnız obyektlər arasındakı ümumi əlamətlərə əsas­lanmaqla onlar arasında analogiya aparmalıdır. İkinci tələb «naməlum olanla müqayisə etməmək» tələbidir.

Məsələn, mən «El Vital» şampununu reklam edərək ondan istifadəni məsləhət görürəm, çünki mənim şəxsən qə­şəng hesab etdiyim Klavdiya Sokolova da ona üstün­lük verir. Mə­­nim analogiyam (Klavdiya Sokolova ki­mi qəşəng ol) çətin ki müəyyən auditoriyaya ünvanlanacaq, çün­ki Klavdiya Soko­lova onlar üçün naməlumdur və bu zaman onun hətta həqi­qə­tən dünyada ən qəşəng qız olma­sının heç bir əhəmiyyəti yox­dur.

İzahatın mərhələli metodu daha çox xronoloji metodu yada salır: ritorikaya dair dərsliklərdə o, məlumatın xətti şə­kil­də qurulması kimi təsvir edilirdi, daha doğrusu danışanın istə­nilən halda ardıcıl sürətdə irəliyə doğru hərəkəti nəzərdə tutu­lur («stadia» sözü yunancadan səviyyə, pillə kimi tərcümə olu­nur).

Amma əgər xronoloji metodun tətbiqi zamanı xəttilik prin­sipi göstərilən hadisələrin inkişaf xarakteri ilə izah edilirsə (məhz onların inkişafı faktiki olaraq izahın xronoloji metodun­da «əks olunur»), mərhələli metod hadisələrin qanunauyğun­luğuna deyil, düşüncələrin hərəkəti qanunauyğunluğuna tabe olur. Bu metodu kərpic hörgüsünə oxşatmaq olar: kərpici se­ment vasitəsilə hörəndən sonra onun üzərinə bir daha qayıtmır­lar, amma hörgüdən hər hansı bir kərpici, tamı (və ya tamın fraq­­men­tini) üçürtmadan, ayırmaq mümkün deyil.

Bu analogiyaya əsasən, izahatın mərhələli metodundan isti­fadə edərkən danışan hər bir növbəti mülahizənin zərurili­yi­ni anlayır və onu bitirməmiş digərinə keçmir. Bu mərhələli me­­tod üçün ən mühüm və yeganə tələbdir.

Amma bu tələbə əməl etmək elə də asan deyil. İzahatın artıq keçilmiş mərhələsinə geri dönmək həvəsi tamamilə təbii­dir. Amma bununla belə bu və ya digər mülahizənin dəqiqləş­di­­rilməsi, düzəldilməsi, bəzən tamamilə qəribə şəkildə fəa­liyyət göstərən insan yaddaşının analogiyaları və s. – əgər da­nı­şan nitq zamanı izahatın mərhələli metodunu seçmək istə­yir­sə, onda o, bir qayda olaraq ünsiyyət prosesi başlamazdan daha əvvəl bütün bunları diqqətlə nəzərdən keçirməli olur. Bunun üçün fikrini inkişaf etdirərkən xəttilik prinsipinə ciddi əməl etməlidir; bu isə məlumatın tədricən «qurulmasını» nəzərdə tutur: mövzu adətən bir sıra xüsusi altmövzulara bölünür, onla­rın hər biri haqqında ayrı-ayrılıqda məlumat verilir.

Amma mərhələdən mərhələyə doğru hərəkət danışanı həm də mövzunu dərəcələrə bölmə prosesini həyata keçir­mə­yə məcbur edir: əgər danışan vahid istiqamət əsasında «pillə­lərlə» yuxarı və ya aşağı gedərsə, onda məlumat ritorik ba­xımdan düzgün hesab ediləcək. Praktik cəhətdən bu məsələn, o deməkdir ki, əgər mən əvvəlcə hər hansı hərəkəti qanun­pozuntusu, sonra – cinayət və nəhayət – vəhşilik kimi qiymət­ləndirirəmsə, onda növbəti mərhələdə ən yüksək dərəcədə mənim eyni hərəkəti yaramaz hərəkət kimi adlandırmağım məntiqi cəhətdən səhv olardı. Bu halda dinləyici mövzunun altmövzulara düzgün bölünməməsini mənə irad tuta bilər.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin