İzahatın konsentrik (ümumi mərkəzli) metodunun adı bu metodun xüsusiyyətlərini aydın sürətdə göstərir. Ədər danışanın məqsədi yalnız bir problemi (eyni növ problemlər qrupunu) işıqlandırmaqdırsa, onda bu metodun tətbiqi məsləhət görülür. Burada məlumat həmin problemin ətrafında qurulur. Belə məlumatın strukturu ümumi mərkəzə cəmləşən bir sıra dairələri yada salır. Bu mərkəz faktiki olaraq bütövlükdə kompozisiyanı «idarə edir».
Konsentrik metod ilə həyata keçirilən izahat daima problemə qayıdış praktikasıdır – amma bu qayıdış hər dəfə yeni «burum»da olur. Konteksdə, yəni mətnin mənaca bitmiş olan hissəsində müxtəlif şəkildə yüklənən problem incə fərqlər yaradacaq məcazi məna ifadə etməklə diqqəti cəlb etməyə başlayır. Əsas məqsəd isə – auditoriyanın nəzərində məsələn, ilk baxışda az əhəmiyyətli görünən problemi ona tədricən yeni-yeni mühüm aspektlər daxil edərək və izahatı yeni-yeni təfərrüatlarla zənginləşdirərək, qlobal məna verməkdir. Və ya, məsələn, ilk baxışda auditoriya ilə heç bir əlaqəsi olmayan hər hansı problemi onlar üçün həyati əhəmiyyət kəsb edən problemə çevirməkdir.
İzahatın konsentrik metoduna nümunə kimi məsələn, indiki dövrdə müasir ekologiyada işlərin vəziyyətinə dair məlumat çıxış edə bilər: müasir dövrdə haqqında bu qədər çox danışılan ekologiyanı biz çox zaman kifayət qədər ciddi qəbul etmirik. Ekologiyaya dair məlumatın hər bir dinləyici üçün zəruri əhəmiyyət daşıyan problemə çevrilməsi üçün məhz konsentrik metoddan istifadə etmək lazımdır. Bu metod problemin bizim hər birimiz üçün necə təhlükəyə çevrildiyini göstərə bilər (məsələn, aşadıbakı konsentrik seriyalar vasitəsilə: «biz zəhərlənmiş su içirik», «biz öz dəri örtüyümüzü sintetika ilə xarab edirik», «biz öz immun sistemimizi məhv edirik» və s.).
İzahatın «in mediasres» modelinə uyğun olaraq inkişaf etdirilməsi metodları, şübhəsiz ki, kombinasiya edilə bilər. Əsas hissənin bölməsi kimi izahatın düzgün qurulması heç də metodun sırf «təmizliyinə» riayət olunması demək deyil. Toposlar kimi izahın inkişaf etdirilməsi metodları da prinsipcə məlumatı ötürmək üçün yaxşı oriyentirlərdir. Danışan nitq zamanı izahat metoduna deyil, daha çox «məsələnin mahiyyətinə» nəzarət etməlidir.
Ümumiyyətlə götürsək, işgüzar izahat relevant izahat – tərkibində danışanın istifadə etdiyi modeldən və metodlardan asılı olmayaraq – hesab edilir: yəni izahatı nə qısa, nə də uzun etmək lazımdır – o «münasib» almalıdır. Daha doğrusu danışan yenə də materialın xüsusiyyətləri və müvafiq nitq situasiyasının şərtlərini nəzərə olmalıdır (köhnə lətifədə deyildiyi kimi, dərzinin sifariş edilən pəncəyi uzun, yoxsa qısa tikməsi sualına sifarişçi əsəbi halda belə cavab verir: «Onu sadəcə olaraq normal tikmək olmaz?»).
Dostları ilə paylaş: |