Ritorikada arqumentləşdirmə iki cür müəyyən edilir: deyiləni təsdiq edəcəq əsaslı dəlilləri seçmək bacarığı və mübahisə etmək bacarığı.
Əksər nitq situasiyalarında, məlum olduğu kimi, sadəcə olaraq «Mənim fikrimcə, …» demək kifayət deyildir. Dialoqun aparılması qaydalarına əməl edən danışandan demək olar ki, həmişə daha geniş fikir tələb edilir: «Mən hesab edirəm ki, … çünki (və hər hansı dəlil göstərilir və s.)». Başqa sözlə, danışan «dəlil» olmadan heç bir mülahizə yürütməməlidir və yadda saxlamalıdır ki, nitq qarşılıqlı təsirinin əsasını – kimisə nəyəsə inandırmaq təşkil edir.
Bu ifadəni əsas götürsək, onda konkret nitq situasiyasında bizim ilk növbədə məhz nəyi (obyekt) və ya "kimi" (subyekt) xüsusi olaraq qeyd edəcəyimiz bilməyimiz çox vacibdir. Belə hesab edirlər ki, bu xüsusi olaraq qeyd etmələr iki növ müxtəlif "inandırma strategiyasını" nəzərdə tutur. Bunlardan biri auditoriyaya, digəri isə predmetə (məruzəçini bəzən predmet də adlandırırlar) istiqamətlənib.
Məlum olduğu kimi, kimisə inandırmaq hər şeydən əvvəl mübahisəni düzgün aparmaq deməkdir; nəyəsə inandırmaq isə hər şeydən əvvəl predmetlə düzgün rəftar etmək deməkdir.
Qeyd edək ki, söhbət məhz kimisə və ya nəyisə xüsusi olaraq qeyd etmədən gedir: bu heç də o demək deyildir ki, inandırma (məqsəd kimi) öz-özünə öz mahiyyətini dəyişir. Məsələ belədir ki, bir tərəfdən "tərəfdar qazanmaq" və digər tərəfdən isə "mülahizənin doğruluğunu sübut etmək" kimi məqsədlər heç də həmişə bir-birinə uyğun gəlmir. Qeyd etmək kifayətdir ki, düzgün sübut edilmiş mülahizənin köməyi ilə, əksinə, əleyhdarların sayı artır. Nəzərə almaq lazımdır ki, "inandırma strategiyası" ilkin məqsəd ilə ziddiyyət də təşkil edə bilər.
Onların "bir yerdə mövcud olması"nı isə ritorikanın dispozisiya bölməsi və hər şeydən əvvəl – arqumentləşdirmə bacarığı təmin edir. Məsələn, siyasi nitq arqumentləşdirmə cəhətdən tərəfdarlar qazanmaq məqsədilə söylənilən nitqdir, imtahanda cavab kimi deyilən nitq isə, yenə də arqumentləşdirmə cəhətdən – predmetin biliyinin sübutudur. Məsələn, auditoriyanı botanikanı yaxşı bildiyinə inandırmaq istəyən siyasi xadim təsəvür etmək çətindir. Və ya professoru səhv nöqtəyi-nəzərdə onunla həmfikir olmağa məcbur edən tələbə də təsəvvür etmək çətindir.
Məlum olduğu kimi, "arqumentləşdirmə" sözü yunancadan tərcümədə "sübut etmək" deməkdir. Amma hamıya məlum deyil ki, sübut etmək özündə bir prosesi əks etdirmir ("N – səfehdir, çünki o, axmaq-axmaq danıhır"). Bu mürəkkəb proses olub, ritorikada ətraflı işlənilib hazırlanmış məntiqi əməliyyət sisteminə əsaslanır. Bu əməliyyat sistemi özündə mülahizələrin (əqli nəticələrin) – sübutun elementlərinin kombinasiyasını əks etdirir. Sübutun əsas elementləri aşağıdakılardır:
tezis (thesis);
arqument (argument);
nümayiş (demonstratio).
Dostları ilə paylaş: |