Нязяри вя практики риторика


§3.2.2. Arqument. Məntiqi cəhətdən arqumentləşdir­mə



Yüklə 3,92 Mb.
səhifə32/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   28   29   30   31   32   33   34   35   ...   107

§3.2.2. Arqument. Məntiqi cəhətdən arqumentləşdir­mə



Arqument – arqumentləşdirmə vasitəsi olub relyativ (nis­bi) nitq vahidi kimi, daha doğrusu öz-özünə deyil, digər nitq va­hidi, məhz tezis ilə birlikdə məna ifadə edən nitq vahidi kimi müəyyən edilir. Arqument (arqumentlər) özündə tezisi əsas­landıran sübutu (sübutlar kompleksini) əks etdirir.

Danışan sübutetmə prosesində tezisi əsaslandırmaq üçün öz şeylərini məhz arqumentə yönəldir. Bunun üçün həm bir­başa, həm də dolayı və ya vasitəli arqumentlərdən istifadə olu­nur. Bu zaman arqument kimi "predmetin" analizinin əsasında irəli sürülən mühakimələr, ümumən "qəbul edilmiş" nöqteyi-nəzərlər (postulatlar, aksiomlar, prinsiplər) və ya şəxsi fikirlər çıxış edə bilər.

Zəruri hallarda "təsdiq" (confirmatio) "təkzib" (refutatio) ilə və ya rəqibin materialı ilə əlaqələndirilə bilər. Məsələn, konvensional nitqlərin gedişində dinləyicilərin duyğularına da müraciət oluna bilər: məsələn, "ali məhkəməni" mərhəmətli olmağa çağırmaq.

Başqa sözlə, praktik olaraq istənilən mülahizə əgər tezisi təsdiq edirsə, arqument kimi çıxış edə bilər – bu mülahizə isə ayrı­lıqda götürsək heç bir məna kəsb etməz: o, yalnız müvafiq nitq situasiyasında "yerində" işlənməlidir. Beləliklə, arqument­ləş­mə yalnız məntiq cəhətdən əsaslandırma demək deyil – "ritorik cəhətdən müdriklik" arqumentləşdirmənin ən azı iki nö­vünü fərqləndirmək deməkdir: bunlar məntiqi cəhətdən


arqu­mentləşdirmə və analoji arqumentləşdirmədir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin