Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə33/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   29   30   31   32   33   34   35   36   ...   107
Məntiqi cəhətdən arqumentləşdirmə deduksiya metodu­nun tələblərinə cavab verir.

Məntiqi cəhətdən arqumentləşmənin inkişafında Aristo­te­lin sillogistikası böyük rol oynayıb. Bu onun məntiq nəzəriy­yəsində daha mükəmməl təlim olub tezisi arqumentlərdə mən­tiqi cəhətdən düzgün əlaqəsini şərh edir.1 "Syllogistikos" yu­nan­cadan tərcümədə deduktiv, daha doğrusu nəticəçıxaran de­məkdir.



Sillogizmlərmüəyyən formada olan əqli nəticələr ritori­kada Evklid həndəsəsindən az rol oynamayıb. Məsələn, orta əsrlərdə sillogizmlər mükəmməl, daha doğrusu nümunəvi əqli nəticələr kimi nəzərdən keçirilirdi. Amma sillogizmlər demək olar ki, hər yerdə dərsliklərdə öz əksini tapsa da praktikada, gündəlik nitq situasiyalarında onlar bir o qədər də geniş yayılmadılar. Sonralar riyazi məntiq ümumiyyətlə sillogistikanı predikatların hesablanmasının xüsusi halı kimi nəzərdən keçirməyə başladı.

Klassik formada sillogizm özündə iki mühakimənin (arqumentin və ya fikrin) vəhdətini əks etdirir ki, bu da onları birləşdirən ümumi və ya aralıq anlayış (məsələn, A) sayəsində tam kimi "mühafizə edilir" iki arqumentdən birincisi aralıq anla­yışı predikat (P), ikincisi isə subyektlə (S) əlaqələndirir. İki arqumentdən (mühakimədən) isə nəticə (tezis) çıxarılır ki, bu da subyektdən və subyektə dair məlumatdan, məhz – pre­dikatdan ibarətdir.

Nəticədə, beləliklə, mülahizənin subyekti – o, kiçik ter­min adlanır (onun ehtiva etdiyi birinci mühakimə isə kiçik mü­hakimə adlanır) – və predikatı (müvafiq olaraq böyük mühaki­mədən irəli gələn böyük termini) mövcud olmalıdır, kiçik və böyük terminləri birləşdirən anlayış nəticədən kənar­da qalır: o, orta termin adlanır və yalnız mühakiməyə daxil olur.

Orta terminin vəziyyətindən asılı olaraq əqli nəticənin düz­­gün qurulmasını təmin edən dörd sillogizm fiquru fərqlən­di­rilir:



  1. P A-dır

S A-dır

(nəticə)


S P-dir

  1. A P-dir

A P-dir

(nəticə)


S P-dir

  1. A A-dır

S P-dir

(nəticə)


S P-dir

  1. P A-dır

A S-dir

(nəticə)


S P-dir

Sillogizmdə terminləri əlaqələndirən əlaqələr aşağıdakı şəkildə ola bilər:

"Hər şey … budur" (ümumən təsdiq edilmiş hökm)

"Heç bir şey … bu deyil" (ümumən inkar edilmiş hökm)

"Bəziləri … budur" (tək-tək hallarda təsdiq edilmiş hökm)

"Bəziləri … bu deyil" (tək-tək hallarda inkar edilmiş hökm)

Hər bir fiqur dörd müxtəlif şəkildə tətbiq edilə bilər və həm də cəmi dörd fiqur mövcud olduğundan prinsipcə 64 hökm kombinasiyası (və ya məntiqin terminologiyası ilə desək 64 modus) mümkündür, amma onlardan yalnız 19-u düzgün nəticəçıxarmanı təmin edir.

Məsələn:


Heç bir quş (A) miyoldaya bilmir (P)

Durna (S) – quşdur (A)

(nəticə)

Durna (S) milyoldaya bilmir (P).1

Müasir dövrdə sillogistikanın hər şeydən əvvəl ümumi və xüsusi anlayışlar arasındakı əlaqələri, təsviri baxımdan faydalı ola biləcəyini hesab edən tədqiqatçılar, yəqin ki, haqlıdır (tə­sa­düfi deyildir ki, moduslar «bütün», «heç bir», «bəziləri» kimi sözlərdən istifadə etməklə qurulur).

Amma konkret sillogizmin məzmununu onlar deyil, məhz müxtəlif şəkildə göstərilənlər – stabil sillogizmin nüvəsinə «əla­və edilənlər» təşkil edir. Bu müxtəlif şəkildə göstərilən mə­lumatlar danışan üçün cəlbedici olur. Təhlükə ondadır ki, sil­logizm konstruksiyasının etibarlılıq səviyyəsi elə yüksəkdir ki, onlar istənilən materialın müqavimətinə «tab» gətirə bilər­lər və eyni zamanda ümumi-xüsusi xətti üzrə «məntiqi cəhət­dən mükəmməl» hesab olunarlar.

Məsələn:

Akrobatlar (A) triko paltarda çıxış edirlər (P)

Bəzi siyasətçilər (S) akrobatdırlar (A)

(nəticə)


Bəzi siyasətçilər (S) triko paltarda çıxış edirlər (P)

Bu sillogizmin «hiyləsi» birbaşa mənada işləməyən sö­zün («akrobatlar») onun strukturuna daxil olmasındadır. Bu­nun­la da o, məntiqi cəhətdən mükəmməl olmaqla yanaşı struk­turun məna cəhətdən dəyişməsinə səbəb oldu.

Sillogizmlər məntiqdə və ritorikada yalnız indicə təqdim etdiyimiz formada işlənmir. Məsələn, elə olur ki, sillogizm nəzərdə tutulur, amma formulə edilmir və ya hökmlərdən biri, ya da nəticə sadəcə olaraq buraxılır. Aristotel bunu entimema (entymema) adlandırmışdı. Entimemanin qurulması praktikası canlı, real düşünmə praktikasıdır və formal məntiqin ümu­miyyətlə, nəzərdən keçirdiyi sillogizm ilə müqayisədə «xahiş» sillogizm kimi çıxış etmir.

Həm də maraqlıdır ki, belə məhdud sillogizmləri Aristo­tel ritorik sillogizmlər adlandırırdı: «açıq» şəkildə mübahisəli mühakimələr yürütməmək üçün bundan tez-tez istifadə edir­dilər. Bu isə həm də o deməkdir ki, ritorika lap əvvəldən həqi­qətə və/və ya səmimiyyətə yanaşmada mühüm sahə kimi dərk edilib. Ritorikanın bu xüsusiyyəti haqqında «elokusiya» bölməsində daha ətraflı bəhs edəcəyik.

Entimemaya dair bir nümunə:

Hallyusinogen preparatlar təxəyyülü stimullaşdırır.

Bu entimemanın fonunda hansı əqli nəticənin nəzərdə tutulduğunu təsəvvür etmək asandır.

Təxəyyülü stimullaşdıranlar faydalıdır.

Hallyusinogen preparatlar təxəyyülü stimullaşdırır.

(nəticə)


Hallyusinogen preparatlar faydalıdır.

Entimemlərin təhlükəsi də bundan ibarətdir. O, məsələn, məntiqçiləri entimemləri onların hökmlərini nəzərdə tutan mən­­tiqi rekonstruksiya yolu ilə yoxlamağa vadar edir: şübhəsiz ki, orta termin, yəni «təxəyyülü stimullaşdırmaq» həm də tə­xəy­­yülü stimullaşdırmağın süni formalarını nəzərdə tutmur: bu­­rada sillogizmin orta termininin xətası baş verir ki, bu da əvvəl­cədən nəzərdə tutulan mənanın hiss edilmədən dəyişmə­si­nə səbəb olur.

Əgər danışan entimemadan deyil, soritdən (yunancadan tərcümədə Soros – yığın, topa, qalaq deməkdir) istifadə edirsə, bunu etmək daha asandır. Aristotel soriti sillogizm zənciri adlan­­­­­­­dı­rırdı. Soritə dair bir nümunə:

S A-dır Məntiq məntinçilər tərəfindən yaradılıb.

A B-dir Məntinçilər alimdilər.

B C-dir Alimlər – insandırlar.

C D-dir İnsanlar məhdud biliklərə malikdirlər.

D P-dir Məhdud biliklərə malik olanlar – axmaqdırlar.

(nəticə)

S P-dir Məntiq axmaqlar tərəfindən yaradılıb.

Alınmış nəticə əqli nəticə prosedurlarının gedişində ter­min­­lərin mənasının hiss olunmadan dəyişməsinin nəticəsidir ki, bundan da çox səmərəli şəkildə ritorikada istifadə edilə bi­lər. Artıq qeyd edildiyi kimi, ritorika mükəmməl elmdir və fak­tiki olaraq düşünmə texnologiyasını da nəzərdən keçirir.

Amma dispozisiyanın məqsəd və problemlərinin müzaki­rəsi zamanı biz məntiq sahəsindən kənara çıxmaya­cağıq. Bu səbəb­dən də onun bəzi kateqoriyaları burada çox ətraflı şəkil­də izah olunur, çünki düzgün dispozisiyanın əsasını məhz mən­tiq təşkil edir. Buna görə də arqumentləşdirmə bacarığı həm də fundamental məntiq qanunlarının öyrənilməsini nəzərdə tutur.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin