I. Eyniyyət qanunu
(«Hər bir mahiyyət özü-özü ilə eyniyyət təşkil etməlidir».)
Eyniyyət qanununa (Lex identitatis) görə hər bir tamamlanmış fikir əvvəlcədən məlum olan və ya nəzərdə tutulan müəyyən kontekst çərçivəsində öz formasını və öz mənasını saxlamalıdır.
Bu qanuna əməl etməklə məlumatın predmet sərhədi qəti olaraq müəyyən edilir. Bu isə məlumatın tam düzgün başa düşülməsi üçün zəruri haldır.
Dərhal qeyd edək ki, formal məntiqin digər qanunları kimi bu qanunun da fəaliyyəti yalnız bir tam nitqin üzərində cəmləşir. Ritorika heç də həyat boyu gərçəklik obyektlərinə dair təsəvvürlərimizi dəyişməyi qadağan etmir: məlum məsələdir ki, bu təsəvvürlər həmişə dəqiqləşir, konkretləşir, bəzən isə hətta şəklini dəyişir. Bu səbəbdən də təəccüblü deyil ki, srağağün insan cismani cəzanı faydalı, dünən – yol verilən kimi qəbul edər, bu gün isə onu tamamilə qadağan edə bilər.
Eyniyyət qanuna yalnız bir tam nitqin daxilində predmetin sərhədləri dəyişməyə başlayanda «işə» düşür. Daha doğrusu, cismani cəzanın yolverizməliyinə dair məlumat hazırlayarkən mən, görünür, onu nə vaxtsa cismani cəzanın kiməsə «faydalı» olmasına dair bir sıra nümunələrlə yükləməcəyəm.
Bu və ya digər anlayışa aid edilən mənanı mən həmişə dəyişsəm, dinləyici çətin ki, bu nitq situasiyasında özünü rahat hiss etsin. Bundan başqa, belə növ «təkamül» mənim müvafiq anlayışı nə dərəcədə geniş şərh etdiyimi aydınlaşdımaq məqsədilə bir sıra dəqiqləşdirici sualların yaranmasına səbəb olur. Həmçinin mənim ümumiyyətlə, əvvəlcə etdiyim izahı nə dərəcədə yadda saxlayıb – saxlamadığımı yoxlamaq məqsədilə bir sıra sualların verilməsinə də ehtiyac yaranır (müqayisə et: məgər biz hələ N haqqında danışmırıq? Məgər biz N-i artıq … kimi xarakterizə etməmişikmi? və s.).
Eyniyyət qanununun necə işlədiyini başa düşməyə belə bir analogiya kömək edə bilər. Əgər siz mənə ev satmaq istəyirsinizsə və prinsipcə məni qane edən qiyməti artıq demişsinizsə, söhbətin gedişində sizdən gah bir, gah da digər məbləğ eşitmək mənim üçün çətin ki, xoş olsun (xüsusən də bu məbləğ həmişə artmaqda davam edərsə). Ən yaxşı halda bu alver baş tutmayacaq, çünki sizin arzunuzun «sərhədlərini» müəyyənləşdirmək mənə müyəssər olmur.
Beləliklə, hər hansı məlumatı verərkən danışan dinləyicilərin tələblərini nəzərə almalıdır. Bu tələblərdən biri isə həmsöhbətlə birbaşa və ya dolayısı ilə müəyyənləşdirdiyi «işlərin vəziyyətinə» hərdənbir yenidən nəzər salmaqdır. Danışanın seçilmiş mövzuya sədaqıtə, onun üçün relevant olan aspektlər üzərində diqqəti cəmləşdirmək, obyektin sərhədlərini pozmamaq və s. kimi keyfiyyətləri nəzərə alması elə nitq fəaliyyətində eyniyyət qanunun reallaşması deməkdir.
Bu mənada ən yaxşı antimodel kimi «incəsənət aləmində» məşhur olan N-in şerləri haqqında gülməli rəy çıxış edə bilər. «N-in çox yaxşı şerləri var, xüsusilə də onlardan bəziləri … əslində baxanda bir şeri yaxşıdır. Hətta bütün şer də yox, yalnız bax bu yer – daha doğrusu, əslində, bu misra yaxşıdır… Amma əslində, elə onun özü də yaxşı deyil».
Mövzu ilə belə «kənara sapma» - eyniyyət qanununun ardıcıl sürətdə belə pozulması – əlbəttə, həmişə qəsdən edilmir. Amma predmetsiz danışığın bütün aspektri hamıya yaxşı məlumdur: həm «heç bir şey» haqqında danışıq, həm də «dərhal hər şey» haqqında danışıqda eyniyyət qanunun pozulmasına əyani nümunədir.
Bu qanunun pozulması zamanı arqumentləşdirmə prosesi nəinki çətindir, o, sadəcə olaraq mümkün deyil: axı arqumentləşdirmə (hər halda məntiqi cəhətdən arqumentlədirmə) özündə dərəcələrə bölgünün istiqamətini və xarakterini anlamaqla müxtəlif dərəcəli anlayışlar birliyinə əsaslanmanı əks etdirir. Anlayışın sərhədinin qeyrimüəyyənliyi səbəbindən dərəcələrə bölgü prosedurası sadəcə olaraq həyata keçirilə bilməz.
Eyniyyət qanunu faktiki olaraq predmetin özünün özü ilə eyniyyət təşkil etməsini təmin edir. Bu isə onun vahidliyinin (soy əlamətlərinin və xüsusi əlamətlərin cəmi kimi) və dərk olunmasının zəruri şərtidir. Ritorikanın inkişafının ilk mərhələlərində başa düşürdülər ki, konkret məlumatda predmet adətən onun bütün tərəflərinin vəhdəti şəklində əks olunmur.
Konkret məlumat predmetin yalnız ayrı-ayrı keyfiyyətlərini əks etdirir ki, bu da məlumatın aspektlərini təşkil edir. Amma bununla eyniyyət qanunu heç də məsələn, hər hansı məlumat üçün relevant olan aspektlərin miqdarını müəyyən etmir. Eyniyyət qanunu predmetin müxtəlif tərəfdən izahına da qadağa qoymur. O, yalnız danışana «miqyası» unutmamağı məsləhət görür.
Dostları ilə paylaş: |