Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə37/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   33   34   35   36   37   38   39   40   ...   107
II. Ziddiyyət qanunu

Heç bir hökm eyni zamanda həm doğru, həm yalan ola bilməz»)

Ziddiyyət qanununu klassik şəkildə Aristotel öz «Meta­fi­zika» əsərində əsas məntiqi prinsip kimi belə formulə edib: «eyni bir şey eyni bir şeyə eyni mənada həm aid ola, həm də aid olmaya bilməz». Müasir dillə desək, hökm və hökmün inka­rı onların arasında ziddiyyət (contradictio) yaranması səbə­bindən eyni zamanda həqiqət ola bilməz.

Bu qanun danışanı və dinləyəni çıxılmaz vəziyyətə düş­mək­dən qoruyur. Eyni predmet haqqında bir-birinə zidd olan iki mülahizə dəyilərsə, belə çıxılmaz vəziyyət yaranar (məsə­lən, «çay axır və axmır», «mahnı eşidilir və eşidilmir» kimi mü­­lahizələr ritorik cəhətdən heç bir məna kəsb etmir).

Məsələn, «bütün qadınlar dindardırlar» mülahizəsinin eyni zamanda həm doğru, həm də yalan olmasının mümkün­süz­lüyünü praktik cəhətdən də müəyyənləşdirmək olar. Bunun üçün onu iki hökmə – arqumentə çevirək. Bu arqumentlər əvvəl­ki hökmün doğru və yalan mənasını ayrı-ayrılıqda özün­də ehtiva edəcək.

Bütün qadınlar mömindirlər.

Bütün qadınlar günahkardırlar.

Bu «arqumentlər»dən heç bir nəticə çıxmır: bu «arqu­mentləri» təsdiq edəcək rasional tezis möcud deyil, çünki eyni anlayışa dair eyni zaman iki birbaşa zidd hökm irəli sürülüb.

Düzdür, bu iki hökmü müəyyən şəkildə birləşdirmək (tək­rar edirik, tezis səviyyəsində yox) ehtimalı hər halda yarana bilər; bünün üçün isə onları məsələn, iki müxtəlif şəxsə məx­sus fikirlər kimi nəzərdən keçirmək lazımdır. Bu zaman eyni şe­yə iki müxtəlif şəxsin iki müxtəlif baxışının mövcud olma­sı mümkündür. Aydın məsələdir, bu baxışların özləri də bir-biri­nə ziddir, amma bu şəxslərdən heç biri bu halda ziddiyyət qanunu pozmurlar.

Bu qanunun tətbiq edildiyi sahələrə dair (daha doğrusu, onun prinsipcə fəaliyyət göstərdiyi sərhədlərin və onun əhatə etdiyi halların müəyyənləşməsinə dair) ritorikada çox ətraflı da­nışılıb. Beləliklə, qeyd edilib ki, iki (və ya daha artıq) hökmə nəzərən ziddiyyət qanunu yalnız bu hökmlər eyni şəxsə məx­sus olduqda məna kəsb edə bilər; bundan başqa: bu hökmlər:

a) eyni obyektə (və ya obyektlər qrupuna) aid olmalıdır;

b) obyekti eyni tərəfdən (və ya eyni aspektdən) xarak­te­rizə etməlidir;

v) eyni zaman-məkan şəraiti ilə əlaqəli olmalıdır.

Ziddiyyət qanununa nəzərən bu məhdudiyyətlərin (eyni­y­yət qanununda olduğu kimi) yalnız bir izahı var: ritorika vahid tam nitq anlayışına əsaslanır: bu nitq isə ziddiyyətsiz olmalıdır. Məlum olduğu kimi bu məhdudiyyətlərdən hər biri söhbət digər müstəviyə keçirir.

Müqayisə et:

a) Ziddiyyət qanunu «i1i2 faydalıdır və faydasızdır» şəklində olan məlumatı qadağan edir, amma «i1 faydalıdır, i2 faydasızdır» şəklində olan məlumatı qadağan etmir. Başqa söz­lə, predmet haqqında müxtəlif sahələrdən götürülmüş birbaşa zidd hökmlər ziddiyyət qanunu baxımdan qiymətləndirilmir. Əgər mən öz məlumatımda pul yığmağa nöqsan kimi xarakte­rizə edirəmsə, bu heç də o demək deyil ki, mən qənaətcilliyi də nöqsan kimi qiymətləndirməyi öz öhdəmə götürmüşəm.

b) Ziddiyyət qanunu «i i1 kimi faydalıdır və i1 kimi faydalı deyil» şəklində olan məlumatı qadağan edir, amma «i i1 kimi faydalıdır və i2 kimi faydalı deyil» şəklində olan məlu­matı qadağan etmir. Daha doğrusu predmeti müxtəlif tərəf­lər­dən xarakterizə edən mülahizə ziddiyyət qanunu baxımdan qiy­mətləndirilmir.

Beləliklə, mən kofe aşağı təzyiq üçün faydalı, yuxarı təz­yiq üçün faydalı deyil dəyərkən heç də özüm özümü təkzib etmi­rəm.

v) Ziddiyyət qanunu «i1 əlaqələr sistemində i faydalıdır və i1 əlaqələr sistemində i faydalı deyil» şəklində olan məlu­matı qadağan edir, amma «i1 əlaqələr sistemində i faydalıdır və i2 əlaqələr sistemində i faydalı deyil» şəklində olan məlumatı qadağan etmir.

Məsələ bundadır ki, ümxtəlif zaman-məkan şəraitində eyni predmeti bir-birinə zidd şəkildə təsvir edən hökmlər zid­diyyət qanununu pozmur. Məsələn, bir qədər əvvəl LSD Qərb­də tibb nöqtəyi-nəzərindən müsbət qəbul edilirdi; belə ki, onun psixi cəhətdən xəstələrin orqanizminə daxil edilməsi hə­kim­lərə psixi pozuntunun mexanizmini öyrənməyə imkan verirdi. Əgər mülahizədə hər iki məqam çıxış edirsə, onda o, heç bir əsası olmayan hökm kimi qəbul edilir.1

Nəzərə almaq lazımdır ki, ziddiyyət qanununun real zid­diy­yətlərlə və ya gərçəklikdə olan ziddiyyətlərlə faktiki olaraq heç bir əlaqəsi yoxdur. Onun fəaliyyət sferası – nitq prakti­ka­sıdır.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin