Нязяри вя практики риторика


III. Üçüncünü istisna qanunu



Yüklə 3,92 Mb.
səhifə39/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   35   36   37   38   39   40   41   42   ...   107
III. Üçüncünü istisna qanunu.

İstənilən mülahizə üçün ya onun özü, ya da onun inkarı həqiqət olmalıdır»)

Üçüncünü istisna qanunu (exclusi tertii principium) iza­hatın spesifik sahəsini təşkil edir. Bu qanuna əməl olunması və ya onun pozulmasını bir-birinə zidd olan (kontradiktor) müla­hizələrə əsasən müəyyən edilir.

Aristotel bu qanunu belə formulə edib: «Eyni sürətdə ziddiyyətin iki üzvü arasında heç bir aralıq ola bilməz, onlar­dan hər hansı birinə yanaşmada isə ya onun təsdiq, ya da inkar edilməsi zəruridir». Daha konkret şəkildə latınca o belə for­mulə edilib: «Üçüncü istisnadır» (tertium non datur).

Beləliklə, üçüncünü istisna qanunu danışanı predmetə dair həm təsdiqedici, həm də inkaredici hökmü eyni zamanda ya­lan kimi qəbul etmək imkanı vermir: məntiqə əsasən bu iki hökmdən birini həqiqət kimi qəbul etməlisən. Başqa sözlə de­sək, mənim qarşımda eyni predmetə dair təsdiqedici və inkar­edici hökm olsa, bu zaman mənim yalnız iki imkanım olar: biri ilə razılaşmaq (bu hökmü şərti olaraq (1) qəbul edək) və digəri ilə razılaşmamaq (2) – üçüncü istisnadır. Əlbəttə, ziddiyyət qa­nu­­nuna nəzərən yuxarıda göstərilmiş üç şərtinə danışan bu hal­da da əməl edir.

Üçüncünü istisna qanunu birbaşa olaraq ziddiyyət qanunu ilə bağlıdır: bu qanunlar arasındakı elə güclü bağlılıq var ki, onlar arasındakı sərhədi hətta bəzən müəyyənləşdirmək də çətin olur.

Bunu dərindən anlamağa iki zidd hökm üçün sualların qoyuluşu prosedurası kömək edə bilər. Məsələn, iki hökm (və ya əgər mümkündürsə, eyni hökmün iki mənasını) götürək:



A B-dir.

A B deyil.

Göründüyü kimi, onlar kontradiktor xarakter daşıyır. Bu halda ziddiyyət qanunu nəyi tələb edir? O, hər iki hökmü eyni zamanda həqiqət kimi qəbul etməməyi tələb edir. Bu qanunun tələbinə əsasən onlardan biri mütləq doğru, digəri isə yalandır. Beləliklə, yəqin ki, üçüncünü istisna qanununu ziddiyyət qanu­nunun birbaşa və təbii davamı kimi nəzərdən keçirmək olar.

Müasir elmdə bu qanunlar – ziddiyyət qanunu və üçün­cünü istisna qanunu – sözün həqiqi mənasında məntiq qanun­ları kimi qəbul edilir (eyniyyət qanunu və kifayət qədər əsas­landırma qanunu, məntiqdən daha çox, idrak nəzəriy­yəsinə aiddir).

İkinci suala verilən cavabda kursivə diqqət yetirmək lazımdır: məntiq həqiqətən iki bir-birini istisna edən hökmdən birini həqiqət kimi qəbul etməyə məcbur edir. Üçüncünü istisna qanununun əsasında ikiqiymətlilik prinsipinin dayanma­sına baxmayaraq (hər bir hökm ya doğrudur, ya da yalan – ikisindən biridir), müasir elmin qəbul etdiyi kimi, onu alqo­ritmik cəhətdən sübut etmək mümkün deyil. Ritorika və mən­tiq əsrlər boyu bu qanundan həddindən artıq geniş istifadə edib.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin