Üçüncüsünü istisna qanununun fəaliyyəti praktiki cəhətdən hər bir mübahisədə özünü göstərir. Bu zaman da tərəflərin mövqeyini dəqiq müəyyənləşdirmək üçün ciddi suallar qoyulur.
Məsələn, ev satışı ilə bağlı olan misala qayıdaq. Bu halda hirslənmiş alıcı satıcını üçüncünü istisna qanununa əməl etməyə vadar edə bilər: «Ya siz evi əvvəlcə razılaşdırılmış qiymətə satırsınız, ya da satmırsınız». Aydın məsələdir ki, «Mən evi bir növ satıram və bir növ satmıram …» kimi cavab bu situasiyada (ümumiyyətlə, istənilən digər situasiyada da) tamamilə qeyri-relevant olar, çünki sual olmayan yerdə çıxış axtarılması deyil, o irəli sürülən mülahizələrdən birini doğru, digərini isə yalan kimi qəbul etməyi nəzərdə tutur.
Ritorika həmişə iddia edirdi ki, «fikirlərin yerbəyer edilməsi» taktikası nadir hallarda qeyri-qənaətbəxş nəticələrə gətirib çıxarır: nitqin fəaliyyət xətti dəqiq çəkiləndə çox vaxt «rəqiblər» tamamilə özlərini həmfikir kimi hesab edirlər, çünki həqiqətdə onlar arasında prinsipial fikir ayrılıqları mövcud olmur. Hamımıza, məsələn, «rus mübahisəsi» fenomeni yaxşı məlumdur.
«Rus mübahisəsi»ndə, nitq konfliktinə girmək üçün iştirakçılarda heç bir obyektiv səbəb olmur, çünki əvvəlcədən onlar bir-biri ilə həmrəydirlər, amma bu yalnız çox qızğın mübahisənin sonunda məlum olur! Belə hallarda kontradiksiya qütbünün müəyyənləşdirilməsi kimi «xarici» tədbirlər çox faydalı ola bilər: mübahisə edənlər mübahisə predmetinin olmadığını nə qədər tez aşkar etsələr, onlar üçün bir o qədər yaxşı olar.
Həqiqətən fikir ayrılığı olan hallarda mübahisə edənlər tərəfindən kontradiksiya qütbünün müəyyənləşdirilməsi rəqiblərdə mübahisənin getdiyi «sahələrə» dair daha aydın təsəvvürün yaranmasına kömək edir və bu səbəbdən də hər biri daha şüurlu sürətdə öz sahəsini müdafiə etməyə başlayır. Konflikt predmetinin aydın şəkildə başa düşülməsi, mübahisənin ağıllı sürətdə aparılması şübhəsiz ki, pozitiv haldır: mübahisə edənlər bir-birinə «düşmən» kimi baxmırlar və hər hansı konkret səbəbə görə opponent olurlar. Bu isə mübahisəni problemin sakit müzakirəsinə çevirir.
Bəzən ritorika hətta qəsdən ehtimal taktikasından istifadə edərək (məsələn, «ehtimal edək ki, bizim baxışlarımız tamamilə bir-birinə ziddir» və s. kimi) «sahə bölgüsü» həyata keçirməyi təklif edirdi ki, bunun da gerçəkliyə uyğun gəlməsi vacib deyildi. Başqa sözlə, məhz harada fikir ayrılığı olduğunu daha yaxşı anlamaq üçün mübahisə edənlərə öz üzərlərinə opponent rolunu götürmək və bu zaman artıq ümumiyyətlə, mübahisə etmək əvəzinə yalnız «ziddiyyət nöqtəsini» müzakirə etmək təklif edilirdi. Əlbəttə, mübahisə predmeti prinsipcə imkan yaratmırdısa, «fikirlərin yerbəyer edilməsi» proseduru məsləhət görülmürdü. Daha doğrusu, fikri əksfikir kimi təqdim etmək imkanı olmalı idi.
Tam «münaqişəli» görünüşə malik olsalar da, əslində heç də bütün fikirlər əksfikirlər kimi çıxış edə bilmir.
Məsələn, tərəflərdən biri «İ qəşəngdir», bu zaman digəri isə «İ eybəcərdir» deyərsə, üçüncünü istisna qanunu fəaliyyət göstərir. Əgər tərəflərdən biri «İ qəşəngdir», bu zaman digər isə «İ faydalıdır» deyərsə üçüncünü istisna qanunu fəaliyyət göstərmir, çünki əvvəlcədən müqayisə ediləcək cütlük yoxdur («qəşəng-faydalı» cütlük deyil). A.Kibedi Varqın qeyd etdiyi kimi, məhəbbəti nifrət ilə müqayisə etmək olar, amma küçə fənərini pendir ilə müqayisə etmək olmaz (Bax.: Döbua M., Gdelin F., Klinkenberq Ş.-M. i dr. Obhaə ritorika. –M. Proqress, 1986, s.246).
Buna görə də üçüncünü istisna qanunu baxımdan hökmlərin qiymətləndirilməsi üçün ritorikanın irəli sürdüyü ən mühüm tələblərdən biri müqayisə etmənin dəqiqliyidir. Müqayisə edilən hökmlər kontradiktor münasibətlərdə və ya ən azı (minimum kimi) – kontrar münasibətlərdə olmalıdır (contradiectorius yunancadan tərcümədə – əks, zidd, contrarius isə – müqayisə edilmiş, qarşı-qarşıya qoyulmuş deməkdir). Kontradiktor anlayış mahiyyətə «deyil», inkar hissəciyinin köməyi ilə formal əlamət əsasında müqayisə edilən anlayışlardır (məsələn, A və A deyil. «qara» və «qara deyil»). Kontrar anlayış isə məzmununa görə müqayisə edilir (məsələn, A və B, «qara» və «ağ»). Hökmlər arasında kontradiktor və ya kontrar münasibətlər olmazsa, üçüncünü istisna qanunundan istifadə etmək mümkün deyil.
Bu baxımından üçüncüsünü istisna qanununun həm də özünəməxsus şəkildə «çeşidləyici» rol oynadığını da demək olar: o, obyektiv şəkildə mübahisəni qeyri-mübahisələrdən ayırmağa imkan verir. Çünki mübahisə yalnız belə ola bilər və yəqin ki, yalnız müzakirə edilən anlayışlara üçüncünü istisna qanununu tətbiq etmək imkanı olanda o, məna kəsb edir: yalnız bu halda bu və ya digər predmetlərə dair opponentlər arasında həqiqətən prinsipial şəkildə fikir ayrılığı mövcud olur. Üçüncünü istisna qanunu bu fikir ayrılığının nə dərəcədə prinsipial olduğunu yoxlamağa imkan yaradır.
Məsələn, mən elə fikirləşirəm ki, çizburqer qamburqerdən daha yaxşıdır (bu zaman anlayış kontrar münasibətdə olur). Və əgər mən opponentinin çizburqerə nisbətən qamburqerə üstünlük verdiyinə qəti əmin olsam, onda öz fikrimin xeyrinə arqumentlər irəli sürməyimin mənası olar. Əgər mənim opponentim nə qamburqerdən, nə də çizburqer isə xoşu gəlmirsə, onda mənim çizburqerin qamburqerdən yaxşı olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur: çünki həmsöhbətim üçün onlar arasında prinsipial heç bir fərq yoxdur.
Üçüncünü istisna qanunu barəsində olan söhbətimizin sonunda qədim lətifədən misal gətirmək yaxşı olardı. Belə ki, bu qanunun fəaliyyət xüsusiyyətləri bu lətifədə yaxşı əks olunub. Quldurun «pul kisəsi, yoxsa həyat?» sualına onun qurbanı fikirləşərək belə cavab verir: «Bağışlayın, siz mənə başqa neyisə seçmək imkanı verə bilərsinizmi?» üçüncünü istisna qanunu baxımdan quldurun sualı nə kontradiktor, nə də kontrar cəhətdən formulə edilməyib: «pul kisəsi» və «həyat» bir-birinə zidd anlayışlar deyil. Məlum məsələdir ki, quldurun «Həyat, yoxsa ölüm?» sualına belə cavab verməzdi. Bu halda üçüncü həqiqətən yoxdur!...
Dostları ilə paylaş: |