Ziddiyyətlər haqqında danışmaq və «öz nitqində ziddiyyətlərə yol vermək – mahiyyətcə müxtəlif» mövzülardı (bu mənada əvvəlcə ritorikanın nümayəndələri eyni fikirdə idi): hətta diqqətini ziddiyyətin üzərində cəmləşdirəndə də danışan nitqində ziddiyyətə yol verməməlidir. Başqa sözlə, predmet özü ilə eyniyyət təşkil etdiyi kimi (eyniyyət qanunu), onun haqqında deyilənlər də özü ilə eyniyyət təşkil etməlidir (ziddiyyət qanunu).
Ziddiyyətə yol vermək eyni şeyi həm təsdiq, həm də inkar etmək zərurəti yaradır. Ziddiyyətdən digər çıxış yolu yoxdur. Nitq praktikasında ziddiyyətdən onun aradan qaldırılması yolu – ona göz yummaq cəhdləri əslində bir sıra qadağan edilmiş nitq gedişlərinə aiddir. Amma bu gedişin «mahiyyəti» hamıya yaxşı məlumdur. Ziddiyyəti aradan qaldırmaq zərurəti yarananda danışan, bir qayda olaraq, hökmün tətbiq edildiyi sahəni məhdudlaşdırır.
Nümunə kimi bizim ölkədə qurulan, amma nəticəsiz başa çatan sosializm kimi məşhur tarixi prosesi göstərmək olar. Aydındır ki, heç bir proses əbədi deyil: gec-tez onun nəticəsi olmalıdır. Bu prosesin də sonunda, hamıya məlum olduğu kimi, sosializm qurulmalı idi.
Beləliklə, Sovet İttifaqının tarixində belə sual yaranırdı: sosializm artıq qurulub, yoxsa hələ qurulmayıb. Bu sual prinsipial məna daşıyırdı, çünki sosializm quruculuğundan dərhal sonra kommunizm quruculuğuna keçilməli idi: bu səbəbdən də sosializm və kommunizm arasındakı sərhəd dəqiq müəyyən olunmalı idi.
Sosializm quruculuğunun sürətlə irəlilədiyi bir mərhələdə onun hələ qurulmadığını demək mümkün deyildir. «Mümkün» olan yalnız – ziddiyyət qanunu pozaraq eyni zamanda həm doğru, həm də yalan olan bəyanat, daha doğrusu dərhal iki mənaya malik olan bəyanat irəli sürmək idi:
Bizim ölkədə sosializm qurulub.
Bizim ölkədə sosializm qurumayıb.
Beləliklə, həqiqətən məntiqi cəhətdən ziddiyyətlə qarşılaşırsan (amma o vaxta kimi sosializmin dəqiq əlamətləri hələ də məlum deyildi). Son nəticədə isə bu bəyanatı xalqa təqdim etmək üçün bu hökmlər arasındakı ziddiyyət aradan qaldırılırdı. Bu məqsədlə məntiqi və linqvistik baxımdan yarımçıq şəkildə dərəcələrə bölgü aparılırdı. Belə ki, sosializm quruculuğunun «sosializmin tam (amma qəti olmayan) qələbəsi»ndən tutmuş «sosializmin tam və qəti qələbəsi»nə kimi müxtəlif dərəcələri fərqləndirilirdi. Bu zaman birinci variantda nəticə əvvəlcədən elan edilirdi, ikinci variantda isə nəticə sonda elan edilirdi.
Növbəti proses daha çətin idi: dil artır nə gəldi deyirdi! Ən nəhayət artıq mənasız mülahizə irəli sürülürdü: sosializm guya, bizim ölkədə tam və qəti sürətdə qurulub, amma həm də tamamilə qurulmayıb, çünki bizim ölkədən kənarda o, hələ də qurulmayıb (Analogiya: mənim bağımda xiyar hələ bitməyib, çünki qonşu öz bağında hələ xiyar əkməyib).
Xoşbəxtlikdən, sosializm anlayışı ilə sonrakı dövrdə də manipulyasiya etməyə ehtiyac olmadı. Yoxsa, çox güman ki, tarixi zamanı bir qədər də gecikdirmək lazım gələrdi: sosializm bizim ölkədə tam və qəti olaraq qurulub, amma tamamilə qurulmayıb, çünki bizim ölkədən kənarda o, tam qurulub, amma qəti olaraq qurulmayıb və s.
Amma bu formulənin də imkanları tezliklə tükənərdi – nə vaxtsa elan etmək lazım idi: sosializm bizim ölkədə tam və qəti olaraq qurulub, çünki bizim ölkədən kənarda da o, tam və qəti olaraq qurulub. Təəccüblü deyil ki, belə güclü şəkildə «laxlayan» sosializm anlayışı ümumiyyətlə, heç bir sərhədlərə malik olmayıb və təcili olaraq semantik cəhətdən mənasız anlayış kimi istifadədən çıxarılmalı idi.
Ziddiyyətlər vasitəsilə belə oyunlar sofistikanın timsalında ritorika tarixindən yaxşı məlumdur – hələ e.ə. V əsrdə o, sofistika «müdriklərin elmindən» (yunanca sofos – «müdrik» deməkdir) «fəndgirlərin elminə» çevrildi. Belə nitq məharətinin əsasında «böyük» sofist Protaqor tərəfindən irəli sürülmüş «insan bütün şeylərin meyarıdır» (homa mensura omnium rerum) prinsipi dayanırdı. «Kiçik sofistlər» isə bu prinsipdən sui – istifadə edərək bütün həqiqətləri və dəyərləri nisbi şəkildə qəbul edir və əslində cavanlara istənilən – həm həmfikir olduqları, həm də olmadıqları – mülahizələri prinsipcə istənilən yolla məharətlə müdafiə etməyi öyrədirdilər.
«Anlayışların elastikliyin»dən, daha doğrusu onları çoxmənalılığından geniş istifadə olunurdu. Bu əlamətdən istifadə edərək anlayışlar arasında süni ziddiyyətlər yaradılır və təbii ziddiyyətlər aradan götürülürdü. «İkili nitq» (müəllifi naməlumdur) əsərindən götürülmüş sitatlar buna yaxşı nümunə ola bilər: «Xəstəlik – əksəriyyət üçün bədbəxtlik, həkimlər üçün isə xoşbəxtlikdir. Ölüm ölənlər üçün bədbəxtlik, dəfn üçün lazım olan şeylərin satıcıları və qəbir qazanlar üçün isə xoşbəxtlikdir». «inək» adlanan qədim sofizm yaxşı məlumdur:
İtirdiyin şey səninki deyil.
Sən inək itirməmisən.
(nəticə).
Sənin inəyin var.
Beləliklə, ziddiyyət qanunu (digər məntiq qanunları kimi) müxtəlif növ məntiqi cəhətdən sui – istifadələr və məntiqi oyunlar üçün əlverişli şərait yaradır. Amma bütün bunları, bir qayda olaraq, müəyyənləşdirmək kifayət qədər asandır. Paradokslardan fərqli olaraq adətən zahirən sübutetmə kimi adlandırılan sofizmlər yalnız məntiqi (semantik) nəticəçıxarma qaydalarından düzgün istifadə etmir. Bu qaydalar isə ziddiyyət qanunu baxımdan analiz edilir: müasir elm iddia edir ki, məsələn ziddiyyət qanunu ümumiyyətlə müasir məntiqin əsasını təşkil edir, çünki (üçüncünü istisna qanunundan fərqli olaraq) tam şəkildə sübut oluna bilir.
Dostları ilə paylaş: |