Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə32/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   28   29   30   31   32   33   34   35   ...   128
Hələb türkmənləri bayatı

926-cı ildə (1520) keçmiş dulqədir bəyi Əlaüddövlənin qar­daşı Əbdür­rəz­zaqın bayatları və kürdləri başına yığaraq, dulqə­dir hakimi şahsuvar oğlu Əli bəylə mübarizəyə girişdiyi, hətta Əli bəyin öldürüldüyü, Maraş və Əl­bistanın Əbdür­rəzzaqın əli­nə keçdiyi barədə Qahirədə şaiyələr dolaşmağa başlasa da, bu­nu təsdiq edən bir məlumat alınmamışdı1. Həmin dövrdə ya­zıl­­mış Hələb sancağı təhrir dəftərində bayatlar Hələb türkmən­lə­rinin üçüncü boyu (tayfa) kimi xatırlanaraq 20 obadan (camaat) ibarət olduğu göstərilir. Bu obanın birincisi Bozca ailəsinin baş­çılıq etdiyi bayatlardır. Həmin dövr­də onların başçısı Bozca oğlu Xəlil bəy idi. Ancaq eyni əsrin ikinci yarısına aid dəftər­lərdə bu boy bəyi, ailəsi və obası görünmür. Bu bəy ailəsi necə ol­du? İranamı getdi? Bu ehtimal çox güclüdür.

Bundan sonra bayat boyunun ən böyük obası olan pəhlə­vanlı obası gəlir. Bəhs edilən dəftərlərə görə, vergi verən əhali sa­yı 286 nəfər olan bu obanı Pəhləvanın nəvəsi Davud Kətxuda idarə edirdi. Həm Davud Kətxuda, həm də qardaşları Hacı Sü­leyman və Sən (Əsən) Teymur mənşur* sahibi olub oğul­ları da sipahizadə idilər. Bu mənşurların Kətxuda ailəsinə məmlük döv­ləti tərəfindən verildiyi anlaşılır.

Bu obanın əhalisi mün­tə­zəm surətdə arta­raq, Qanuni dövrünün orta­la­rında 505, II Səlim dövründə 787 nəfərə (vergi verən) çatmışdı. Digər tərəf­dən, hə­min zamanlarda pəhləvanlı obasının bir qolu da Yeni-eldə idi. II Mu­rad dövründə buradan vergi verən əhalinin sayı 407 nəfər idi. Bundan başqa, bayatın Yeni-eldəki obalarından çalışlı və əli­bəylilər də bu pəhləvanlı qo­lu­na bağlı idilər2. Hər iki qolu bir­ləşməklə və bayat boyunun bir çox digər oba­larını da öz ət­rafında toplamaqla pəhləvanlı oymağı XVII əsrdə böyük bir tə­şəkkül halını almışdı. Buna görə də Katib Çələbi öz dövründəki Hələb türkmənləri oymaqları haqqında tərtib etdiyi siyahıda pəh­ləvanlılara da yer ayırmışdı3.

Burada bayat boy bəyi ailə­si­nin (bozcaoğulları) İrana getməsi və ya hər hansı bir səbəb üzün­dən varlığını da­­vam etdirməməsi çox maraqlıdır. Bu tə­şək­­külün XVII əsrdə artıq Hələb bölgəsində deyil, Sivasın cə­nub və cənub-qərb tərəflərində yaşadığı anlaşılır. Hətta pəhlə­vanlılara 1100-ci ildə (1688/ 1689) bir çox oymaqlarla bərabər vi­layət-vilayət gəzib yoxsul və zəif xalqa hücum edən, yollarda soyğun­çu­luq edən Gədik adlı quldurun cəzalandırıl­ma­­sı tapşı­rığı verilmiş4, ertəsi il isə yenə digər türk oymaqları ilə birlikdə Avs­­tri­yaya qarşı təşkil olunacaq səfərə çağırılmışlar. Səfərdə iş­tirak etmələri arzu olunan 200 pəhləvanlı əs­gərin başçıları bu bəylər idi: Pəhləvan oğlu İs­mayıl bəy, Pəhləvan oğlu Hacı Mu­sa bəy, Pəhləvan oğlu Battal bəy, Pəhlə­van oğlu Hacı Abbas bəy, Həsən bəy oğlu Məhəmməd bəy, Əli bəy oğlu Mirzə bəy, Bibər oğlu Əssaf bəy, Tatar-ilyaslı obası kətxudası, Quzu-gü­dən­li oymağı kətxudası, Sanal (?) ba­yatı kətxudası1. Bunlardan Həsən bəy oğlu Məhəm­məd bəydən etibarən adı çəkilənlər pəh­­ləvanoğulları ailəsindən de­yil­dilər.

1108 (1696)-cı ildə Pəhləvan oğullarından İsmayıl bəy Ye­ni-el voye­vo­dası idi2. Yeni-eli həmin ərəfədə başlıca pəhləvanlı oymağı ilə ona bağlı oba­lar meydana gətirirdi. Yeni-elin vergisi isə əvvəllər validə sultanların Üs­­küdarda tikdir­dik­ləri camilərin vəqfinə daxil olduğu halda həmin illərdən Mək­kə və Mədinəyə göndərilən Surrə axcasına ayrılmışdı. Yeni-elə bağlı oy­maqlara «hərəmeyn üş-şərifeyn əşirətləri» deyilmə­sinin səbəbi də budur. 1141-ci ildə (1728) pəhləvanlıların Boz-ox bölgəsində yaşa­dıq­ları müşahidə olunur. XVIII əsrdə Anadoludakı türkmən oy­maq­larına dair səyyah Bur­xardt və Nibur öz siyahılarında pəh­­­ləvanlı oymağının yur­dunu Boz-oxda gös­tərmişlər. Ni­bur3 Hələbdə yaşayan P.Rus­sel­dən aldığı məlumata görə, pəh­ləvanlıların 15.000 çadıra sahib olduqlarını bildirir.

Burada bəhs ediləcək bayat obalarından biri də reyhanlı tə­şəkkülüdür. Qanuni dövründə vergi verən əhalisinin sayı 112 nə­fərdən ibarət olan bu tə­şəkkülün 93 evlik bir qolu da həmin dövrdə Yeni-eldə yaşayırdı. Bu oba da bir tərəfdən əhalisinin art­ması, digər tərəfdən isə bayat boyuna mənsub bir çox oba­ların ona qarışması nəticəsində XVIII əsrdə pəhləvanlı kimi bö­yük bir təşəkkül halına gəlmişdi. Həmin əsrdə reyhanlı oymağı ona bağlı digər oymaqlarla birlikdə Sivasın güney tərəflərində yaylağa çıxır, Hələb ətrafın­da qışlayırdı. Səyyah Burxardt4 rey­hanlıların 3.000 çadırdan ibarət olduq­larını söyləyir.

Reyhanlılar yaylağa gedib-gələrkən rahat durmadıqlarından onların Rəq­qaya sürülmələri haqqında bir neçə dəfə fərman ve­rilsə də, hər dəfə ondan qur­tulmuşlar. XIX əsrin ortalarında rey­hanlıların Amik ovalığında qışladıq­la­rını bilirik. 1865-ci il­də Cənubi Anadoludakı dərəbəyləri ortadan qal­dır­maq və oy­maq­ları yerləşdirmək qayəsi ilə təşkil edilən Firqeyi-İslahiy­yənin Gavur dağları və Kürd dağlarındakı hərəkatında reyhan­lılar Fir­qeyi-İslahiy­yə­yə kömək etmişlər. Firqeyi-İslahiyyənin hərəkatı başa çatdırma­sının ar­dın­ca Cövdət paşanın təşəbbüsü ilə bu oymaq Amik ovalı­ğındakı qışlağında yerləşdirilmiş və nə­ticədə Reyhanlı qəsəbəsi yaran­mışdır1. Bundan başqa, rey­­han­lı boyunun bəyi Mürsəl oğlu Mustafa bəyə paşa rütbəsi ve­rilmişdir.

Bunlardan əlavə, bayat boyunun il-diləklü, bəçilü, yabanlu, mələk hacılu, küzücəkli adlı obaları da vardır. Bayat boyu XVI əsrin ikinci yarısında bir tərəfdən əhalisinin artması, digər tə­rəfdən Hələb türkmənlərinə bağlı bir çox kiçik oymaqların ona qarışması nəticəsində bəydili boyundan sonra Hələb türkmən­lərinin ən böyük təşəkkülü olmuşdur2. XVII əsrdə isə boyun oba­larından mühüm bir qismi pəhləvanlı, bir qismi isə reyhanlı oymaqlarının ət­rafında toplanmışdı. Bu tarixdən etibarən ba­yatları iki təşəkkül, yəni pəh­ləvanlılar və reyhanlılar təmsil et­mişlər.

Pəhləvanlı oymağının başçısı olan boy bəyi ailəsinin XVIII əsrin ikinci yarısında bu gün Ankaranın Qırıq qala qəzasına ta­be Boy obası kəndində ya­­şadığını bilirik. Pəhləvanlı bəylə­rin­dən Mahmud bəy 1212-ci ildə (1797/ 1798) kənddəki camini tikdirmişdir. Həmin bəyin 1221-ci ildə (1806/1807) Çapan oğlu Süleyman bəyin əmrində olduğu məlumdur.

Ailə xatirələrində Mahmud bəyin bir çox müharibələrdə iştirak etdiyi danışılır. Hətta bu hərb­lərin birində oğlu Heydər bəyi itirmiş, qayıdarkən qardaşını atasının yanında görməyən o biri oğlu Əbdürrəhman bəyin «Vay qardaşım, haralarda qal­dın?» deyərək ağladığını gör­dükdə qaşlarını çatan Mahmud bəy «Qadın ki­mi nə ağla­yır­san, sən Heydər ol, sən də qal!» demiş­dir. Ancaq xatirələrdə Mah­­mud bəyin də getdiyi son səfərdən geri qayıtma­yaraq Bel­qradda şəhid olduğu nəql edilir. O zamanlar Anadolu türkünün ta­leyi bu idi. Vergisi Mək­kəyə, Mədinəyə gedər, özü isə əksə­rən geri dön­mə­mək üzrə imperiyanın uzaq əyalətlərinə gön­də­rilərdi. Mahmud bəyə oğlu Əb­dül­rəh­man bəy, ona isə oğlu Hə­sən bəy xələf olmuşdur. Pəhləvanlı boy bə­yi ailəsinin nəsli bu­günə­dək davam etmişdir. Ailənin Mahmud bəyin ba­bası Ko­da­lak bəy­dən başlayıb zamanımızadək davam edən müfəssəl şə­cə­rəsi xüsusi kitabxana­mız­­dadır. Reyhanlı boy bəyi ailəsi də gü­­nümü­zə­dək da­vam etmişdir. Bu ailə İskəndərunda yaşayan, Xatayın ən tanınmış ailəsi olan Mürsəl oğullarıdır.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin