Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə55/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   51   52   53   54   55   56   57   58   ...   128
3. Boz ulus.

Boz ulus arasındakı bəydili qolunun Şimali Suriyada ya­şayan ana bəy­di­li boyundan ayrılmış bir oymaq olduğunu əv­vəlcə demişdik. Qanuni döv­ründəki boz ulus arasında yaşayan bəydili oymağı 200 vergi evi qədərdir. II Səlim zamanında bu oymaq daha qüvvətli bir təşəkkül halına gəlmişdir. Do­ğan və digər kəndxudaların tabeliyində olan həmin oymaq o zaman (II Sə­lim dövründə) 615 vergi evinə malik idi1.

996-cı ildə (1587/1588) bu bəydili oymağının başçıları Uşaq, Məhmət və Doğan oğ­­luna bir fərman göndərilmişdi2. Fərmanda onlardan tələb edi­­lir­di ki, dövlətə qarşı üsyan etmiş və soyğunçuluğa qurşan­mış Rəhbə bəyi Əb­dürrəhman ilə Ruha (Urfa) bəyi Zöhrabı ya­xalamaq vəzifəsi tapşırılan keç­miş Rəqqa bəylərbəyisi Məhmət paşaya kömək etsinlər.

4. Tarsus.

Bu bölgədəki varsaq boylarının ən böyüklərindən biri olan kusun təşək­külü arasında 54 vergi evli bəydili adlı bir oymaq görünür. Bu oymaq Qanu­ni dövründə sahib olduğu bəzi tar­lalarda əkinçiliklə məşğul olurdu3.



5. İç-el.

Bu bölgədəki əsas oymaqlardan biri də bəydili boyuna mən­­subdur. Bu oymağın hələ II Bəyazid dövründə ümumiy­yət­lə Gülnar qəzasına bağlı olan kəndlərdə yerləşdiyi bilinir. Sayı 14-ə çatan bu kəndlərin bir qismi köhnə adı­nı indi də sax­layır. Həmin bəydili kəndləri bunlardır: Qara ağac (46 vergi əhalisi olan), Ulu kaşağı (39), İncircək (32), Bərçəm (25), Əmir­hacı (22), Qaraca viran (52), Quru dərə (19), Ləpə (62), Dır­naqlı (35), Gerçəlik (7), Ulu çir (95), Yas pınarı (8). Bun­lardan başqa, bu bəydili oymağının hələ otu­raq həyata keçmə­miş bir qolu da vardı ki, o, İç-el sancağı daxilində dağı­nıq hal­da yaşayırdı4.

İç-el sancağında yaşayan bəydililərin başçısı olan ailə dəf­tərlərdə övladi-bəydili, yəni bəydili oğulları adlanır.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin