Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə53/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   49   50   51   52   53   54   55   56   ...   128
1. Hələb türkmənləri.

Qanuni dövrünün ilk illərində Hələb türkmənləri arasında yaşayan ana bəydili qolu bu türkmən icmasının ən böyük tə­şəkküludür. Buna görə də Hələb türkmənlərinə aid dəftərlərdə bu boyun adı birincilər sırasında çəkilir.

Həmin dövrdə bəydili boyu 40 obadan ibarət idi. Boyun adı­nı daşıyan birinci obanın vergi mükələfiyyətli 260 nəfər əha­lisi vardı. Həmin obanın 20 evlik kiçik bir qolu da Hələb vi­la­yətinin şərq tərəflərində yaşayırdı. Kiçik qa­racalu və böyük qaracalu obalarından sonra kürdlər gəlir. Bu obanın mü­hüm bir qolunun da Boz-ulus arasında yaşadığı görünür. Daha əvvəllər dedi­yimiz kimi, bəzi inamlara görə türkmənlər oğlan uşaqlarına Ərəb, Tatar, Kürd və Çərkəz adını və ya ləqəbini qoyurdular. Bayram oğlu Vəli Kətxuda və bozlu obalarından sonra bəydili boyunun bozqoyunlu adlı ən mühüm oba­sı zikr olunur. Bu oba 1520-1525-ci illərdə bəy ünvanlı şəxslər tərəfin­dən başçılıq edi­lən bir neçə qola ayrılmışdı. Onlardan 25-ə qədər vergi evi olan birinci bozqoyunlu qolu tamamilə bəy ünvanlı şəxslərdən ibarət idi. Bu boyun başında o zaman Atgüdən bəy oğlu Qa­ra­man bəy dururdu. Həmin oba­nın ikinci qolu da Mahmud bə­yin idarəsi altında idi.

Bozqoyunlu obasının əsil böyük qolu isə Hələb türkmən­lə­rinin Yeni-eldəki yaban əri deyilən qolu arasında yaşayır ki, onun haqqında bir az sonra ayrıca danışacağıq.

Belə anlaşılır ki, bəydili boyunun bəy ailəsini bozqoyunlu obası təşkil edir. Rəqqanın məskunlaşdırılması zamanı bəydili boyunun başçısı olan Fi­ruz bəy oğlu Şahin bəy də həmin boy bə­yi obasından, yəni bozqoyunludan idi1. Bəydili boyunun be­şinci obası quzucaqlı (45 vergi evi), on üçüncü oba­sı balabanlu (100 vergi evi), on beşinci obası daş-baş (76 vergi evi) on doq­quzuncu obası dilməklu (96 vergi evi), iyirmi ikinci obası ulaşlu (39 vergi evi), iyirmi beşinci obası tatalunu (177 vergi evi) qeyd etməyə dəyər. Bu­rada adı çəkilən ulaşlu obası ilə Gavur dağlarındakı ulaşlular arasında heç bir qohumluq müna­si­bəti yoxdur.

26-cı və 27-ci bəydili obaları din və təriqət adamlarından iba­rət idi. Bun­lardan birincisi Xoca Əli Şeyx adlanırdı və dörd şeyx ailəsindən ibarət idi. Dəf­tərdə bu şeyxlərin «qədimdən ər ocağı olub bir sənədə üç kəlamüllah xətm edib səvabın həzrəti xudavəndigara (Qanuniyə) əta etdikləri, duaları məq­bul kim­sə­nələr» olduqları qeyd edilmişdir. Şeyxlərdən ibarət olan ikinci oba boz geyikli adlanır. 17 nəfərlik bu oba camaatının «qədim­dən vacib ür-riayə kimsənələr» olduqları, evlərinə «qurban, çı­raq gəlür dərvişlər idük­ləri»* və «həm məzkur bəydili cama­atı­nın uluları olduqları» bildirilir2. Bu qeydlərdən bu gün belə Qa­ziantəb və Suriyadakı türkmənlərin yeganə vəlisi sayılan Boz Geyikli Dədənin hansı boya mənsub olduğunu və bu dədənin oğullarının kimlər olduğunu öyrənirik. Yenə həmin qeydlərə gö­­rə, Dədənin XV əsrdə yaşadığı ehtimal edilir.

Bəydili boyunun əhalisi XVI əsr boyunca mütamadi art­mış­dır. 984-cü ildə (1577) Hələb türkmənləri sancağı bəyinə gön­də­rilən bir fərmanda bəy­dili boyunun dövlətə qarşı üsyan etmiş ərəb əmiri Əbu Riş oğluna kömək etmək üzrə olduğu, eyni tarixli digər bir fərmanda isə bəydilinin Sincan, qara şeyxli və çoplu obalarının quldurluq və yağmaçılıq etdiyi bildirilirdi3.

Tarixçi Naimə1 bəydili türkmənlərinin Hələbdən Diyarbə­ki­rə qədər uza­nan sahənin ən gözəl yaylaqlarına sahib olduqla­rını yazır. Ancaq həmin mü­əllifin verdiyi məlumata görə, bəy­dili türkmənləri bu gözəl yaylaqlarda ra­hat dur­mayaraq əkin­çilərin tarlalarını öz sürülərinə tapdadır və vergiləri ödə­­məkdən boyun qaçırırdılar. Buna görə də 1039-cu ildə (1630) Bağdadın geri alınmasına məmur edilən və zir-əzəm Xosrov paşa Hələb­dən hərəkət et­məzdən əvvəl qoşun göndərərək bu boyu yola gə­tirmiş, vergi borclarının əvə­zində 10.000 qoyun və 100-dək də­və­lərini zəbt etmişdi.

Bəydili boyu haqqında həmən əsrin sonlarına aid mühüm mə­lumatlar vardır. Lakin bunlardan bəhs etməzdən əvvəl bo­yun Yeni-eldəki qolunu ta­nıt­maq lazımdır.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin