Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


Obanın adı Yaşadığı kənd



Yüklə 6,75 Mb.
səhifə50/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   46   47   48   49   50   51   52   53   ...   128
Obanın adı

Yaşadığı kənd

Qəza

Nahiyə

1.Qara şeyxli

Xan köyü

Pınarbaşı

Pazar-örən




Kültəpə

Pınarbaşı

Pazar-örən




Kaman

Tomarza

Toxlar




Şamanlı

Tomarza

Toxlar




Ala

Tomarza

Toxlar




Arslanbəyli

Tomarza

Toxlar

2.Qoca nallı

Solaqlar

Pınarbaşı

Mərkəz




Əmir uşağı

Tomarza

Toxlar




Qara pınar

Tomarza

Toxlar




Arslan Taş

Tomarza

Toxlar




Çanaq qonağı

Tomarza

Toxlar




Sarız

Sarız

Mərkəz




Yalaq

Sarız

Mərkəz




Kəmər

Sarız

Mərkəz




Qızıl pınar

Sarız

Mərkəz




Quşçu

Sarız

Mərkəz




Qara yurd

Sarız

Mərkəz




Oğlan qayası

Sarız

Mərkəz




Ayranlıq

Sarız

Mərkəz




Molla Hüseynlər

Sarız

Mərkəz




Altı söyüd

(qismən)


Sarız

Mərkəz




Hacı Vəlilər

Sarız

Mərkəz




Day holuq

Sarız

Mərkəz

3.Xəlil oğlu1

Qaramanlı

Pınarbaşı

Mərkəz




Qadılı

Pınarbaşı

Pazar-örən




Qızıl-örən

Pınarbaşı

Pazar-örən




Dəmirçili

Pınarbaşı

Mərkəz




Həsirçi

?

?

4.Qara Rəcəb2










a.Ərəb Həsənlər

Qaramuqlu

Tomarza

Toxlar




İcadiyyə

Tomarza

Toxlar




Taxta-kəmər

Tomarza

Toxlar




Zəlhin

Tomarza

Toxlar




Pazar-örən

(nahiyə mərkəzi)



Pınarbaşı

Pazar-örən

b.Hacı Mustafa1

Xassə

Pınarbaşı

Pazar-örən




Sözgün

Pınarbaşı

Pazar-örən

c.İbrahim bəy2

Söyüdlü (qismən)

Tomarza

Mərkəz




Taf (qismən)

Tomarza

Toxlar




Toxlar (qismən,

nahiyə mərkəzi)



Tomarza

Toxlar




Madrasan (qismən)

Tomarza

Toxlar




Kəsr (qismən)

Tomarza

Toxlar

5.Cingöz oğlu3

Sindal

Pınarbaşı

Pazar-örən




Çördük 4

Pınarbaşı

Pazar-örən




Ağ hin

Tomarza

Toxlar

6.Xəlil Paşa oğlu

Gözəlçə

Tomarza

Toxlar




Məlik viran

Tomarza

Toxlar




Canlılı

Tomarza

Toxlar

7.Torun5

Potuxlu

Pazar-örən

Mərkəz




Altıbarmaq

?

?




Yerəkeçən

Pazar-örən

Pazar-örən




Orucoğlu

Pazar-örən

Pazar-örən




Damızlıq

Sarız

Pazar-örən




Qara pınar

Sarız

Pazar-örən




Söbə-çəmən

Sarız

Pazar-örən




Dəştia

Sarız

Pazar-örən




Çavdar

Sarız

Pazar-örən




Yeddi holuq

Sarız

Pınar-örən




Qısqaclı

Sarız

Pazar-örən




Çəmən

Sarız

Pazar-örən

8.Dəllər (Dəlilər)6

İydəli

Pınarbaşı

Mərkəz




Qızıl dərə

Pınarbaşı

Mərkəz




Əməgdil

Pınarbaşı

Mərkəz




Bağçacıq

Pınarbaşı

Mərkəz




Gurlayan

Pınarbaşı

Mərkəz




Taxtalı

Pınarbaşı

Mərkəz




Qılın qışla

Pınarbaşı

Pınar-örən




Onqurçular

Pınarbaşı

?

9.Türkmən əlilər

Sarız

Sarız







İncə dərə

Sarız







Əsirlik

Sarız



Əfşarlardan Qara Rəcəbin şəcərəsi: 123



Bu şəcərədəki Qara Rəcəbli 989-cu ildə (1581) haqqında da­nışılan Rə­cəb Kətxuda eyni adam olmalıdır. Rəcəb Kətxu­da­ya tabe əfşarlar daha son­rakı əsrlərdə rəcəbli əfşarı adı ilə ta­nın­­dılar. İəcərədə Rəcəbin nəvəsi ki­mi göstərilən Hacı Mustafa bəy 1101-ci ildə (1690) Avstriya səfərinə çağ­rılan Çərkəz oğlu Hacı Mustafa bəy ola bilər. Ancaq Hacı Mustafa bəy, gö­rün­dü­yü kimi, Ərəb Həsənin oğlu və Rəcəbin nəvəsi deyil, Çərkəz adlı bir ada­mın oğludur. Şəcərədəki İbrahim bəy isə Avstriya sə­fə­rinə çağrılan Doq­quz İb­ra­him bəy ola bilər. Bəkir bəy 1124-cü ildə İstanbula gələn rəcəbli əf­şa­rı boy bəyi Bəkir bəy olmalıdır. Şəcərənin əsil bəy ailəsi qolunda üçüncü sı­rada görü­nən Çərkəz bəyə gəlincə, onun 1273-cü ildə (1856) əfşar bəyi ol­duğunu, oğlu Hacı bəyin isə Firqeyi-İslahiyyənin gəlişi za­ma­nı (1281-1865) əfşar­la­rın başçısı olduğunu bilirik. Arxivlərdə əfşarlara dair yeni sənədlər tapıl­dıqca bu şəcə­rə­nin nə dərə­cə­də doğru olduğu bilinəcək, onların sayəsində əf­şarların vuruşmalarından bəhs edən bəzi şerlərin izahını da ver­mək müm­kün olacaqdır.



İran əfşarları (avşarları)

Bu fəslin başlanğıcında XII əsrdə İranın Xuzistan əyalə­tin­də Arslan oğlu Yaqubun, sonra isə Şumla və oğullarının ida­rə­sində əfşarların yaşadıqlarını görmüşdük. XV əsrin sonlarına doğru bu ölkədə əfşarlara təkrarən rast gəli­rik ki, onlar ağqo­yunlu fəthi nəticəsində Anadoludan gəlmiş əfşarlar idi. On­la­rın başında Mənsur bəy dururdu. Səfəvi dövlətinin qurulması ilə əlaqədar Hə­ləb türkmənlərindən və dulqədirli ulusundan olmaq üzrə İrana yeni əfşar oy­maqları gəldi. İrandakı böyük əfşar varlığını Anadoludan gələn bu əfşar oy­maqları meydana gətir­dilər. Onlar müxtəlif bölgələrdə yaşayır və ayrı-ayrı bəylərin ida­rəsində bulunurdular. Bu daha çox onların İrana müxtəlif za­­manlarda köçmələri ilə əlaqədardır.



1. Mənsur bəy (Kuh-Giluyə) əfşarları.

Daha əvvəl də deyildiyi kimi, əfşar Mənsur bəy Uzun Hə­sən bəyin hələ ağ­qoyunluların başçısı olmazdan əvvəl onun ya­xın nökərləri (yoldaş) ara­sın­da idi1. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya əfşarlarına mənsub idi. Həsən bəyə sədaqət­lə xidmət etdikdən sonra İran fəth olunanda tabe­li­yin­­dəki əfşar­larla bu ölkəyə gəlmiş və Kuh-Giluyə valisi təyin olunmuşdu. Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil Mirzənin 1467-ci ildə təşkil etdiyi rəsmi keçiddə Mənsur bəy də öz əsgəri birliyi ilə iştirak eləmişdi2. Mənsur bəyin Otluq beli (paytaxt) müharibə­sində iştirakına dair Rumlu Həsən bə­yin3 sözlərinə inanmaq müşküldür.

1497-ci ildə ağqoyunlu taxtını ələ keçirmək üçün hərəkətə keçən Mə­həmməd Mirzə Şirazı Pürnək Qasım bəyin əlindən ala­raq Mənsur bəyə ver­mişdi4. Pürnək Qasım bəy Azərbaycan hakimi ağqoyunlu Əlvənd və onun bəy­lərbəyisi İbə Sultan tə­rə­findən Farsa göndərilsə də, əfşarlar onu məğlub et­miş, hətta Qa­sım bəyi əsir almışdılar5. Yenə Məhəmməd Mirzənin əmir­lə­­rindən Piri bəy adlı bir əfşar bəyi vardı ki, o, Məhəmməd Mir­­­zə ilə Sultan Mu­rad arasında baş verən bir döyüşdə öl­müş­dür6.

Mənsur bəyin sonra İraqi-Əcəmə və Farsa hakim olan ağ­qoyunlu Sultan Muradın 907-ci ildə isə Farsı idarə edən ağqo­yunlu Əbülfət bəyin xidmə­tin­də olduğunu görürük1. Az sonra Şah İsmayıl qızılbaş türk oymaq­la­rının ba­şın­da ağqoyunlu ha­kimiyyətinə son qoyaraq Səfəvi dövlətini qurmuşdur. Mənsur bəy də bir çox digər ağqoyunlu bəyləri kimi gənc qızılbaş hökm­­da­rı­na itaət etdiyini bildirmış və 911-ci ildə (1505) Fars valisi təyin olunmuş­dur2. Lakin Mənsur bəyin valiliyi çox az müddət davam etmiş, onun tutduğu vəzifə Xəlil Sultan titulu ilə zülqədər (dulqədir) boyundan Sarı şeyxli oba­sı­nın rəisi Əmət bəyə verilmişdir.

Ağqoyunluların yüksəliş, tənəzzül və nəhayət süqutuna şa­hid olan, axır­da isə qızılbaş tacını geyən əfşar Mənsur bəyin ölüm tarixi bilinmir. 941-ci il­dən (1534) əvvəl Kuh-Giluyə valisi olan Əlvənd xan hər halda Mənsur bə­yin oğlu idi.

Həmin il öldürülən Əlvənd xanın yerinə Şahrux Sultan ün­vanı ilə Kuh-Giluyə valisi təyin olunan Məhəmməd Mirzə Mən­sur bəyin nəvəsi idi3. Şah­rux Sultandan sonra Kuh-Giluyə­yə 965-ci ildə Rüstəm xan təyin edil­miş­dir4. Ondan sonra bu­ra­da Xəlil xanı görürük ki, o da Mənsur bəyin soyundan idi. Xə­lil xan 10.000 əfşara sərkərdəlik edirdi. Xəlil xan və oğlu Rüstəm bəy 988-ci ildə (1580) Düzməcə (Yalançı) İsmayıl (Qələndər) tərəfindən öldü­rül­dükdə Kuh-Giluyə valiliyinə Xəlilin qardaşı oğlu İskəndər xan təyin olun­du5. O, Farsdakı dülqədirlilərin kö­məyi ilə Yalançı İsmayılı öldürsə də, özü Xəlil xanın kiçik oğlu Şahqulu tərəfindən öldürül­müşdür. Lakin Şahqu­lu da öz qo­hu­mu Əbdüllətif bəy oğlu Həsən bəyin müxalifəti ilə qar­­şılaşmış, bir müddət hər ikisi Kuh-Giluyədə düşmən kimi ya­şamış, nə­hayət, Şahqulu xan 998-ci ildə (1590) Şirazda Hə­sən xan tərə­findən qətlə yetirilmişdir6.

Daxili qarışıqlıqdan faydalanan Həsən xan Kuh-Giluyəni bir müddət müs­təqil idarə etdikdən sonra 1003-cü ildə (1594/1595) şahın əmri ilə xan tə­rəfindən qardaşı və oğulları ilə bir­lik­də həbs olunmuş, Kuh-Giluyə vali­li­yinə Kazerun hakimi Əf­şar Əmir xan təyin edilmişdir7. Həsən xandan daha heç harada bəhs edilməməsinə baxsaq, hökm verə bilərik ki, o, Şah Abba­sın əmrilə öldürülmüş­dür. Qardaşı və oğulları Qəhqəhə qalasın­da həbs olunmuş və 1018-ci ilədək (1609-1610) burada qalmış­lar. Həmin il orada vaqe olan bir hadisədə şaha sədaqət gös­tə­rərək bağışlanmış və qoruqcular sırasına qə­bul olunmuşlar1. An­caq əfşarlar Əmir xanı vali kimi tanımayaraq Xəlil xa­nın nə­vəsi Əbülfət bəyi özlərinə başçı seçdilər. Şah Abbas əfşarların bu ita­ət­sizliyinə qəzəblənərək Fars əyalətinə qul nəslindən Al­lahverdi xanı gön­dər­di. Allahverdi xan Farsa gələrək üsyankar əfşarları cəzalandırdı və özü kimi qul nəslindən olan bir adamı Kuh-Giluyə valisi təyin etdikdən sonra ge­ri qayıtdı2.

Kuh-Giluyə əfşarlarının mühüm bir qismini gündüzlü və araşlı oymaq­la­rı təşkil edirdi. Ehtimal ki, araşlı bir yer adıdır. Ha­zırda Şüştər yörəsində yaşayan gündüzlülər Kuh-Giluyədəki gündüzlü əfşarının törəmələridnr.

Xuzistana gəlincə, Təhmasib dövründə əfşar Mehdiqulu xan Şüştər haki­mi idi. Bu əfşar əmiri yuxarıda adı çəkilən Kuh-Giluyə valisi Əlvənd xan ki­mi mərkəzin əmrlərinə tabe olma­dığı üçün onun dəyişdirilməsi lazım bilin­miş və bu işin icrası əf­şar Heydərqulu Sultana tapşırılmışdı3. 949-cu ildə (1542/1543) Şüştər və Dizful valisi əfşar Əbülfət idi4. 1003-cü ildə (1594/ 1595) isə orada yenə əfşarlardan Şahverdi xanı görürük ki, həmin il təhqiqat üçün Şah Abbas tərəfindən göndə­rilən meh­­­tərbaşı Murad bəy tərəfindən öl­dü­rülmüş­dür5. Kuh-Gilu­yə­dəki gündüzlü əfşarının bir bölüyü sonralar Xo­ra­sanda Abi­vərd dolaylarına, digər bir bölüyü isə bir qrup əfşarla bərabər Ur­mi­­ya bölgəsinə göndərilmişdir.


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin