Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə46/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   42   43   44   45   46   47   48   49   ...   128
2. Boz ulus.

Boz ulus arasındakı əfşarlar bu elin üç icmasından biridir. Sayca onların ən çoxu şam türkmənləri arasında yaşayır. Daha əvvəl də deyildiyi kimi, Boz ulusun şam türkmənləri icması Hələb türkmənləri oymaqlarından mey­da­na gəlmişdir. II Səlim dövründə şam türkmənləri arasındakı əfşarlar müx­təlif qollara ayrılmışdı ki, onlardan Məhmət Kətxudaya tabe olan oba 804 nəfər vergi verən əhaliyə malik bir təşəkkül idi. Ondan sonra gələn kazıklı əfşarı obası 130, Qara Mahmud Kətxudaya tabe oba 131, Hacı Kətxudanın rəhbərlik etdiyi oba 57, Duymuş Kət­xudanınkı isə 41 nəfərlik idi. Yenə hə­min Şam türkmənlərin elatında biri 367, digəri 109 nəfərlik (vergi verən) kö­pəkli əfşa­rına mənsub iki oba vardı1.

Əsil boz-ulus və dulqədirli elatındakı əfşar varlığı zəif olub kiçik obalara ayrılmışdı. 996-cı ildə (1588) Boz ulus əfşarla­rı­nın başçılarına, o cümlədən Cahan şah Kətxudaya göndərilən bir fərmanda2, başına yığdığı adamlarla bir­likdə quldurluq edən sabiq Deyr Rəhbə bəyi Əbdürrəhmanın sözünə bun­dan sonra al­danmamaq, əsgər istəsə verməmək, onun yaxalan­ma­sına ça­lış­maq əmr edilirdi.

Boz ulusun hər üç elatındakı əfşar obalarından bəziləri Boz ulusun Orta Anadoluya köçən təşəkkülləri arasında olmuş, əsasən Qaraman əyalətində yurd salmışlar3. Daha ziyadə şam türkmənlərinə mənsub bəzi əfşar obaları isə icmanın bir qismi ilə əvvəlki yurdda qalmışdır. Sənədlərdə «Boz ulus mandəsi» adı verilən bu icma XVII əsrin sonunda Rəqqa bölgəsinə yer­ləş­dirilsə də4, icmanın obaları bir-bir, iki-bir Anadolunun qərb tərəflərinə get­mişlər, 1128-ci ildə (1716) Balıkesir vilayətinin Mihaliç qəzasında görünən köpəkli əfşarı obası5, Yeni-elə deyil, məhz boz ulusa aid köpəkli əfşarından olmalıdır.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin