Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


Karbon monooksid (yəni, dəm qazı)



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə112/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Karbon monooksid (yəni, dəm qazı). 
Karbon monooksid 
(yəni, dəm qazı)
 
ilə zəhərlənmə tənəffüs vasitəsilə baş verir və 
kəskin zəhərlənmələrdən biri hesab olunur. Dəm qazı müxtəlif 
növlü üzvü yanacağın, neft məhsullarının, odunun, daş 


Mülki müdafiə 
176 
kömürün natamam yanması zamanı əmələ gəlir. Kimya 
sənayesində isə bu kimyəvi birləşmə aseton, fosgen, metil 
spirti, metan və s. sintezində tətbiq olunur. Əsasən 
ümumizəhərləyici təsir göstərir, hemoqlobinə qarşı güclü 
zəhərdir. O, qandakı hemoqlobinlə, oksigenə nisbətən daha 
möhkəm birləşir, başağrısı yaradır, huşun itməsi ilə müşayiət 
olunan «
oksigen aclığı
» yaranır. Karbon oksidin təsirindən 
başda sıxılma və ağırlıq hissi, baş hərlənməsi, alın və gicgah 
nahiyəsində güclü ağrı, qulaqlarda küy, üzün dərisinin 
qızarması və yanması hissi, titrətmə, zəiflik, qorxu, susuzluq 
hissi, nəbzin tezləşməsi, gicgah arteriyalarında pulsasiya, mədə 
bulanması, qusma müşahidə olunur. Sonra bədəndə keyləşmə, 
zəiflik və laqeydlik olur, yuxululuq artır. Bədənin hərarəti 38
0
-
40
0
C qədər artır, huş itirilir, qusma, qeyri-iradi sidik və kal 
ifrazı müşahidə olunur.
Bu zaman göz bəbəklərinin genişlənməsi və işığa zəif 
reaksiya vermə, qıcolma, əzələlərin kəskin gərginliyi
tənəffüsün və ürək döyüntülərinin sürətlənməsi də müşahidə 
edilir. Tənəffüs və ürək fəaliyyətinin dayanması isə ölümlə 
nəticələnir. 
Etilen oksid. 
Etilen oksid
 
spesifik zəhərli narkotikdir, 
qıcıqlandırıcı təsirə malikdir. Zəif və orta dərəcəli zəhərlənmə 
zamanı gözün selikli qişası qıcıqlanır, yüngül ürək döyünmə, 
əzələlərin dartınması, üzün qızarması, baş ağrıları, eşitmənin 
azalması, çəpgözlülük, turşuluğun artması, güclü qusma baş 
verir. Kəskin baş ağrısı, baş hərlənməsi, yerişin, nitqin 
çətinləşməsi, qusma, ayaqlarda ağrı, əzginlik, keyləşmə, göz 
damarlarının spazmı müşahidə olunur. Əsasən dəriyə və selikli 
qişalara təsir edir. Həm maye, həm qaz halında dəriyə təsir edir. 
Paltardan, ayqqabıdan, əlcəklərdən asanlıqla keçir, buna görə 
də dərinin təkcə açıq hissələri deyil həm də mühafizə olunan 
hissələrindən də keçərək zədələnmə törədir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin