Mülki müdafiə
175
və döş sümüyü nahiyəsində ağrılar, ağızın, yuxarı tənəffüs
yollarının selikli qişası və gözün buynuz qişası kəskin
qıcıqlanır, öskürək tutmaları,
boğulma hissi, narahatlıq, baş
hərlənməsi, mədədə ağrı, qusma kimi əlamətləri müşahidə
olunur.
Hidrazin.
Hidrazin boğucu təsirli maddədir. Ümumi təsir
xarakteri: hava yolla daxil olduqda hidrazin və onun törəmələri
ağ ciyərlərin zəhərlənməsinə səbəb olur,
bunun da fonunda
mərkəzi sinir sisteminin ağır zəhərlənməsi formalaşır, bir sıra
hallarda bu ölümə gətirib çıxarır. Yuxarı tənəffüs yollarının və
gözün selikli qişasının qıcıqlanması, bronxit, ağ ciyərlərin
kəskin şişməsi, depressiya, qara ciyərdə piy, karbon mübadiləsi
kimi funksiyaları pozulur, şuurun qaralmasına, sarılığa, ürək
fəaliyyətinin pozulmasına, qara ciyər ağrılarına, qusmaya səbəb
olur. Nəticədə insan ölümü baş verir.
Dioksin.
Dioksin maddələr mübadiləsini pozan maddədir.
Təsirinin ümumi xarakteri: həm tənəffüs yolları, həm dəri
vasitəsilə, həm də mədə-bağırsaq yolu ilə daxil olduqda kəskin
təsir
göstərir.
Zəhərlənmə
maddələr
mübadiləsinin
pozulmasına, qara ciyərin zədələnməsinə,
sinir sistemi
funksiyalarının pozulmasına gətirib çıxarır. Bədən çəkisi itirilir,
su qəbulu kəskin azalır. Güclü susuzlaşma adətən ölümə səbəb
olur. Maye göz ətrafindakı dərialtı toxumaya yığılır, sonra üzə,
boyuna, bədənə yayılır. Kəskin təsiri nəticəsində üzdə və
boyunda sızanaqların əmələ gəlməsi ilə nəticələnir ki, bu da
onların müalicəyə tabe olmamasıdır.
Bundan başqa ayaqda və
əllərdə dəri qalınlaşması, əl və ayaq dırnaqlarının dağılması, üz
və qaş tüklərinin tökülməsi müşahidə olunur.
Dostları ilə paylaş: