Mülki müdafiə 178
Zədələnmiş boğulur, göyərir, vurnuxur, qaçmağa cəhd edir,
dərhal yıxılır və huşunu itirir.
Hidrogen sianid . Hidrogen sianid ümumzəhərləyici təsirli
maddədir. İnsanın tənəffüsünü tamamilə pozur, ilk növbədə də
sinir sistemi hüceyrələrinə güclü təsir edir. Bu da sinir
hüceyrələrinin məhvinə səbəb olur. Zədələnmiş yıxılır, huşunu
itirir və bir neçə dəqiqədən sonra ölür.
Azot oksidləri . Azot oksidi
ümumzəhərləyici təsirli
maddələrdir, yəni hemoqlobin zəhərləridir. Təsirin təbiəti
havada əmələ gələn oksidlərin tərkibindən asılıdır. Nəm hava
ilə təmas zamanı əmələ gəlir. Bu maddələr toxumanı zədələyir,
bu da ağ ciyərlərin şişməsinə səbəb olur. Qanda əmələ gələn
nitratlar arteriyalara təsir edərək damarların genişlənməsinə və
təzyiqin düşməsinə səbəb olur.
Tənəffüs yollarının qıcıqlanması, güclü öskürək, bəzən baş
ağrısı, qusma müşahidə olunur. Zədələnmiş dərindən nəfəs ala
bilmir. Buxarların təsirindən 2-12 saatdan sonar güclü zəiflik
və qorxu hiss olunur, öskürək getdikcə artır, əvvəlcə sarı, sonra
qanlı bəlğəm ifraz olunur, bəzən titrətmə, hərarətin artması,
ürək döyünmənin tezləşməsi, güclü göyərmə inkaşaf edir.
Sulfat turşusu. Sulfat turşusu güclü turşulardan biridir.
Durulaşmış halda bütün metalları (qızıl və platindən başqa)
oksidləşdirir. Onun məhlulunu hazırladıqda onu suya tökmək
lazımdır, əks halda su qaynayaraq ətrafa sıçrayır. Sulfat turşusu
insan orqanizminə ümumtoksiki və toxumalara dağıdıcı təsir
edir.
Xlorid turşusu (duz turşusu) . Xlorid turşusu yüksək
konsentrasiyaları bəlğəmdə, burun ifrazatında qan rast
gəlməsinə, qanlı qusmaya, qastritə səbəb olur. Dişləri zədələyir.
Bu turşu ilə təmasda olan fəhlələrdə kimyəvi yanıqlar daha tez-
tez rast gəlir. Qatı məhlulları dəri və selikli qişalarda dərin
yanıqlara səbəb olur.
Mülki müdafiə 179
Kimyəvi silah tətbiq olunan və güclü təsirli zəhərli maddələr
dağılan ərazilərdə kimyəvi zəhərlənmə ocağı yaranır.