İnsanın təsərrüfat fəaliyyəti və qolobal ekoloji problemlər. Qurunun 10-15 %-i şumlanmışdır, 25 %-ində isə
otlaq sahələri kimi istifadə edilir. Əgər buraya 3-5 %-i
nəqliyyat şəbəkəsi, sənaye müəssisələri, qurğuları və binalarlın
yerləşdiyini, 1-2 %-i faydalı qazıntı yataqları kimi istismar
olunmasını da əlavə etsək, onda məlum olur ki, Yer səthinin
təxminən yarısı insan fəaliyyəti ilə dəyişmişdir.
Sivilizasiyanın inkişafı ilə biosfer dövranına mənfi təsir də
artmışdır. Hər bir ton sənaye məhsuluna 20-50 ton tüllantı
düşür. Hər bir insana iri şəhərlərdə bir ildə bir ton məişət
tullantısı düşür. Zəhərləyici maddələrin çoxu torpağa,
atmosferaya və su hövzələrinə düşərkən bitki və heyvan
toxumalarında toplanaraq qida zənciri ilə insan orqanizminə
keçir. Toksiki birləşmələr mutasiyaların sayını artırır,
anadangəlmə və irsi dəyişikliklərə səbəb olur. Planetin
müxtəlif reqionlarının statistik göstəricilərinin müqayisəsinə
görə xərçəng xəstəliklərinin 80 %-i mühitin kimyəvi
çirklənməsi ilə əlaqədardır. Bütün dünyada dağ-mədən işləri ilə
pozulmuş torpaqların ümumi sahəsi 6 milyon hektarı keçir.
Dağ-mədən sənaye istehsalının kənd təsərrüfatı və meşələrə
bilavasitə neqativ təsirini də bura əlavə etmək olar.
Hesablamalara görə, fəaliyyətdə olan karxanadan 35-40 km
radiusunda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta
səviyyə ilə müqayisədə 30% aşağı düşür. Faydalı qazıntıların
çıxarılması ilə əlaqədar yer səthinin çökməsi müşahidə
olunur. İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı
Mülki müdafiə 153
anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar və s.)
litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-
tək xüsusi dərin karxanalar, şaxtalar və quyular da mövcuddur.