Mülki müdafiə
149
verir. Flüoridlər insan orqanizminə həzm üzvlərə vasitəsilə
düşdükdə kalsiumu sumuklərdən yuyub çıxarır və qanda
miqdarının aşağı salır; tənəffüs üzvləri ilə daxil olduqda
tənəffüs
üzvlərinə
mənfi
təsir
edir.
Hidrosulfidlər
gözün buynuz qişasına və tənəffüs üzvlərinə mənfi təsir edir,
baş ağrılarına səbəb olur. Yüksək dozalarda ölüm baş
verir. Karbon disulfid sinir sistemi zəhəridir və psixi
pozğunluğa səbəb olur.
Kəskin zəhərlənmə zamanı hüşun itirilməsi baş verir. Ağır
metalların buxarları ilə tənəffüs həyat üçün çox təhlükəlidir.
Kükürd dioksid tənəffüs üzvlərini zədələyir. Karbon oksidlə
tənəffüs orqanizmdə oksigen aclığına səbəb olur. Uzun müddət
karbon oksidlə tənəffüs insan üçün ölümlə nəticənə bilər.
Atmosferin çirklənməsi bitkilərə də pis təsir edir. Müxtəlif
qazlar bitkilərə müxtəlif cür təsir edir. Bitkilər üçün kükürd
qazı, hidrogen florid, ozon, xlor, azot oksid, duz turşusu
xüsusilə pis təsir edir.
Bitkilərdə atmosfer çirklənməsi metabolizmin pozulmasına
və müxtəlif xəstəliklərə səbəb olur. Kükürd qazının təsirindən
xlorofil parçalanır, toxlanma pozulur, ağacların yarpaqları
quruyur, tökülür. Atmosferi çirkləndirən maddələr kənd
təsərrüfatı bitkilərinə mənfi təsir etməklə yanaşı, torpağa da
zəhərləyici təsir edir.
Dostları ilə paylaş: