O Obyektiv / Qərəzsiz / Bitərəf (Objective) - Subyektin şüur, iradə və arzusundan asılı olmayaraq
əldə edilən nəticənin səciyyəvi xüsusiyyəti.
Obyektivlik (Objectivity) – Cavablar qiymətləndirilərkən qiymətləndirən subyektlərin şüur,
iradə və arzusundan asılı olmayaraq, hər hansı kənar səbəblərin təsiri ilə deyil, yalnız müvafiq
meyarlar çərçivəsində həmin subyektlər arasında əldə edilən razılaşmanın səviyyəsi. Obyektiv test (Objective test) – Verilmiş müxtəlif cavab variantlarından yalnız bir düzgün
cavabın olduğu və obyektivlik prinsiplərinin yüksək səviyyədə təmin edildiyi test.
Ogiv / Koordinat Əyrisi (Ogive) - Şagirdlərin toplanmış test qiymətləri arasındakı əlaqəni
göstərən qrafikin çəkilməsi nəticəsində əldə edilən S-şəkilli əyri.
Oxuma (Reading) – İşarə və simvolların mənalandırılması və yeni informasiyanın idraki
strukturlarda birləşdirilməsi prosesi.
Orta Çəki Ölçüsü (Weighting / Weighted Average) - Qiymətlərin sıralanmasında istifadə
olunan ümumi balın formalaşdırılması üçün iki və ya daha artıq komponentin nəticələrinin
birləşdirilməsi metodu. Bəzi elementlər vaxt, yaxud qiymətləndirmə prosesinə daxil olan tapşırıqların
sayı baxımından daha vacib hesab edilirsə, tapşırığın yerinə yetirilməsinin ümumi səviyyəsinin
müəyyən olunmasında bu elementlərə verilən qiymətlərə daha çox diqqət yetirilə və ya onların
“çəkisi” daha çox götürülə bilər.
Orta göstərici (Median) -
Artan və ya azalan qiymətlər sırasında orta qiymət.
- 35 -
Orta qiymətdən yuxarı və aşağıda olan bərabər qiymət müvafiq olaraq 50 faiz nisbətinə
(prosentil) və 5 desilə uyğun gəlir.