Test - Təqdimat - Test (Test - Teach - Test, TTT) –Yeni dərs və ya mövzunun öyrədilməsi
üsulu.
İlkin sınaq mərhələsində - tələbələrin müəyyən materialı hansı səviyyədə bilmələrini təyin etmək
məqsədilə verilən tapşırıq müəllimin köməyi olmadan yerinə yetirilir.
Öyrətmə mərhələsində - yeni material müəllim tərəfindən təqdim edilir.
İkinci sınaq mərhələsində - tələbələrə öyrədilən yeni material əsasında tapşırıq verilir və
mənimsəmənin dərəcəsi müəyyən edilir.
Testin yerinə yetirilməsində müdriklik (Test-wiseness) - “test suallarına dair məlumatlı
olmaq” da adlanır;
Doğru cavabı bilmədən testi yerinə yetirmək bacarığı və o qədər də səriştəsi olmayan test
müəlliflərinə üstün gəlmək bacarığı. Məsələn, çoxsaylı seçim imkanı olan tapşırıqlarda çaşdırıcı
variantları aşkar edib onları kənara qoymaqla vaxt qazanmaq (vaxta qənaət etmək) bacarığı. Belə ki,
bu cür variantlar çoxsaylı seçim imkanı olan tapşırıqların hazırlanma qaydalarını pozur.
Tədqiqat metodu (Research method) - Nəzərdə tutulan fənn, yaxud problem ilə əlaqəli müvafiq
yeni fakt və prinsipləri kəşf etmək, fərqləndirmək və bir daha nəzərdən keçirmək üçün həmin fənn
və ya problemə sistemli sorğunun tətbiqinin bir neçə ümumi növlərindən hər hansı biri.
Tədrisin etibarlılığı (Instructional Validity) -Faktiki tədris edilən məsələlərin testin
məzmununda tam əks olunmasının sübuta yetirilməsi. (bax: Etibarlılıq).
Tədrisin məqsədi (Teaching Objective / Curriculum Objective) - Tədris proqramının konkret
qısamüddətli məqsədi.
Tədris proqramı (Syllabus) - Fənn sahəsi və ya fənlər qrupu üzrə yerinə yetirilən proqram.
Kurikulum və ya Tədris proqramı terminlərini bir-birindən fərqləndirmək çətindir. Məsələn, biz tarix
proqramı, 5-ci sinif proqramı və ya məktəb proqramından danışarkən eyni yolla V sinif və ya tarix
kurikulumu da deyə bilərik.