Özbəkistanda tanınmış azərbaycanlılar  Seyid Rza Əlizadə


Hüseynov Yusif Mazahir oğlı



Yüklə 30,39 Kb.
səhifə4/8
tarix25.12.2022
ölçüsü30,39 Kb.
#121808
1   2   3   4   5   6   7   8
Özbəkistanda tanınmış azərbaycanlılar

Hüseynov Yusif Mazahir oğlı 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. Altı yaşından rəsmlərə marağı olmuş və anası balaca Yusifə rəsm çekmək üçün rəngli qələmlər, boya və fırça alırdı.

Yeddinci sinifi bitirdikdən sonra, o, 1962-1970-ci illərdə Ə. Əzim-zadə adına Bakı Rəssamlıq Kollecini fərqlənmə diplomu ilə bitirmişdir.

Hərbi xidmətdən sonra, 1973-cü ildə Ostrovski adına Daşkənd Teatr və İncəsənət İnstitunun teatr və kino fakultəsinə daxil oldu.Burada, Daşkənddə, yaşayıb və ailə qurub. Daşkənd onun ikinci doğma şəhəri oldu.

1979 -ci ildə “Özbəkfilm” studiyasına dəvət almışdı.Onun işləri – “Əlibaba və qırxquldur”, “Yad beşlik”, “Bağdadda hər şey sakitdir” və digər filmlərdir.

1981-ci ildən 1983- cü ilə qədər Y. Hüseynov Memarlıq və İnşaat İnstitutunda rəngkarlıq və rəsm kafedrasında müəllim işləmişdir və 1982- ci Ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü idi.

Gələcəkdə, “İlxom” gənclər teatrında quruluşçu-rəssam olaraq, hansı ki, bir çoz məsələlərdə rəssamın poetik yaradıcılığını və əsərlərində çoxcəhətli obrazları müəyyən edib, Y. Hüseynov tanınmış rejissorlarla, aktyorlarla, rəssamlarla əməkdaşlıq edib. Bir neçə il teatrla əməkdaşlıq ərzində o, əfsanəvi tamaşaların yaradılmasında iştirak edib.Bunlardan “Maqomed, Mamed, Mamiş”, Maskaraboz”, “Monument”, “Əlvida yarğan” və s.

Y. Hüseynov 1989- cı ildən 1993-cü ilə qədər “EMXO” Eksperimental Yaradıcılıq Birliyində baş rəssam və “İrisfilm” kinostudiyasında quruluşçu-rəssam vəzifələrini yerinə yetirib.

2002-ci ildə 57-di yaşlı Yusif Hüseynovun Daşkənddə Özbəkistanın Rəssamlıq Akademiyasının Mərkəzi Sərgi zalında ilk fərdi sərgisi keçırılmışdır.

Onun Respublika Kollecində müəllim kimi pedaqoji fəaliyyəti idi, bu ona tələbələrlə ünsiyyətdə olmağı imkan verirdi və Y. Hüseynovun nə qədər zəhmət sevən, gündəlik əməyi sevən olduğunu bir daha göstərirdi. Onun emalatxanasında bir çox sayda şəkil, rəsm və eskiz dekorasiyalar saxranılıb.

Rəssam çox rəsmlər çəkirdi, lakin nadir hallarda sərgilərdə iştirak edirdi. Onun əsərlərinin qəhrəmanları – zərif və gözəl rəqqasələr, musigiçilər və teatr həyatından səhnəciklər idi. Onun baletə həsr olunmuş rəngkarlıq müəmmalı və füsünkardır.

Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, tanınmış rəssam, kino və teatr xadimi Yusif Hüseynov 2006-cı ildə vəfat etmişdir.

Onun işləri, zahiri görünüşü, davranışı, rəssama xas olan xüsusiyyətlər – bunlar birlikdə parlaq, orijinal və eyni zamanda güclü hisslər yarada biləcək bir hadisədir.


Təbiət rəssamı parlaq zahiri ilə yanaşı, dərin məzmunlu bir şəxs kimi yaratmışdır. Güc və zəiflik, mərdlik və zəriflik, sərtlik və lirizm, bəsirət və səmimilik, ağ və qızıl! Bütün bunlar, bu məkanda olan, Yisif Hüseynov adı ilə tanıdığımız bir yerdə yaşayır.

Bəlkə də, rəssamın yerinə yetirə bilmədiyi bir şox plan və proyektləri var idi, lakin o, başlıcası, bizim yaddaşımızda böyük hərflə yazılmlş İnsan və Sənətkar qalıb.

4 mart 2016- ci ildə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış azərbaycanlı, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, məşhur rəssam, kino və teatr xadimi Yusif Hüseynovun yaşadığı binanın önündə barelyefin açılışı olmuşdur.

Qeyd edək ki, Yusif Hüseynov 1980-2006 cı illərdə Daşkənd şəhəri, Yunusabad rayonu, 1 nömrəli binada yaşamışdır. Rəssamın barelyefi 70-illik yubileyi ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb. Barelyefin müəllifi Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinovadır.


Rəssamın yaratdığı şoxsaylı əsərlər indi də Özbəkistanda sevilir və yüksək qiymətlənir.

Özbəkistan mədəniyyətinə və incəsənitinə xidmət edən bir çox azərbaycalilar kimi, Yusif Hüseynovun yaradıcılığı iki xalq arasında dostluq münasibətləri daha da möhkəmləndirdi.


Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məlumatına əsasən, 2016 ci ildə Daşkənd şəhəri Yunusabad rayonu 1 saylı binanın önündə məşhur azərbaycanlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü Yusif Hüseynova xatirə lövhəsi quraşdırıldı və Azərbaycan Mədəniyyət Mərkəzində rəssamın fərdi sərgisinin açılışı keçirildi.


Yüklə 30,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin