59
ruhunun həssaslığını, onun məhəbbətə ehtiyacını göstərir.
Ər öz həyat yoldaşının bu ruhi ehtiyacından xəbərsiz
qalmamalıdır.
SIRSAXLAMA
Ər-arvad başqaları ilə eyni məclisdə oturarkən ailənin
xüsusi söhbətlərini açıqlamamalıdırlar. Belə bir nöqtəni
nəzərdən qaçırmaq olmaz ki, dostluq zamanı kimsəyə
mütləq e`timad göstərib bütün sirləri onunla bölüşmək
olmaz. Belə bir münasibət e`timadsızlıq yox, bir növ
gələcəyi nəzərə almaqdır. Çox olub ki, sirrini dostuna
açan
şəxs
sonradan
peşiman
olub.
Dostluq
münasibətlərinin istisində açılan sirlər bu dostluq qırıldığı
vaxt qarşı tərəfin əlində hücum vasitəsinə çevrilib. Ona
görə də dini rəvayətlərdə tövsiyə olunur ki, dostlarınıza
mütləq e`timad göstərməyin. Həzrət Əli (ə) buyurmuşdur:
“Dostuna kamil məhəbbət yetir, amma mütləq e`timad
göstərmə. Ona öz rəftarınla tam yardım göstər, amma
bütün sirlərini ona açma.”
1
Qadınların belə bir nöqtəyə diqqətli olması zəruridir.
Çünki onların sirr saxlamaq tutumu azdır və öz sirlərini
asanlıqla başqalarına açırlar.
Digər bir tərəfdən, əgər bir şəxs bizə öz sirrini açmışsa
və onun başqalarına deyilməsi ilə razı deyilsə, heç bir
halda bu sirri faş etmək olmaz.
Başqalarının sirrini açmaq haramdır və ilahi əzabla
nəticələnir.
Rəvayətdə deyilir: “Din qardaşı və ya din bacının
sirrini açmaq xəyanətdir.” Digər bir rəvayətdə həzrət
Peyğəmbər (s) buyurur: “Bir şəxs sizə dediyi sözə görə
nigarandırsa (bu sözün yayılmasından qorxursa), onun
dediyi söz əmanətdir.”
2
1
“Qürərul-hikəm”.
2
“Cameus-Səadət”, c. 3, s.
60
Dostları ilə paylaş: