Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


 Dünya ölkələrində bələdiyyələrin səlahiyyətləri



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə108/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   104   105   106   107   108   109   110   111   ...   152
YourFileName

10.3. Dünya ölkələrində bələdiyyələrin səlahiyyətləri. 
 
Bələdiyyələrin səlahiyyətləri onların fəaliyyət dairəsini, eləcə də bu orqanların 
hüquq və vəzifələrini əks etdirir. Səlahiyyətlərin xüsusiyyətləri: 
• 
səlahiyyətlərin müəyyənləşdirilməsi qaydası; 
• 
məxsusi və həvalə olunmuş, məcburi və fakültativ səlahiyyətlərin nisbəti; 
• 
səlahiyyətin məzmunu və onun həyata keçirilmə qaydaları. 
Səlahiyyətlərin müəyyənləşdirilməsi qaydası baxımından ən 
əhəmiyyətli fərq hüquqi sistemlərin xüsusiyyətləri ilə bağlıdır. 
Anqlo-sakson  hüququnda  parlamentin  suverenliyi  prinsipindən  çıxış  edilir, 
ictimai hakimiyyətin digər orqanları isə öz səlahiyyətlərini həvaləetmə yolu ilə əldə 
edirlər. Bu prinsip həmin ölkələrdə yerli özünüidarəetmə orqanlarına da tətbiq edilir. 
Bu  Ölkələrdə  yerli  hakimiyyət  orqanlarmm  səlahiyyətlərinə  pozitiv 
tənzimləmə  tətbiq  edilir.  Bu  orqanların  fəaliyyəti  yalnız  o  zaman  qanuni  hesab 
olunur  ki,  onlar  bilavasitə  qanunda  göstərilmiş  səlahiyyətlər  çərçivəsində  (intra 
vires) hərəkət etmiş olsunlar. Qanunda öz əksini tapmamış hüquq sahəsində istənilən 
fəaliyyət avtomatik qaydada səlahiyyətdən kənar (uitra vires) hərəkət hesab olunur. 
Kontinental  huquq  sistemini  qəbul  etmiş  Avropa  ölkələrində  isə  yerli 
orqanların səlahiyyətləri neqativ tənzimləmə  yolu ilə müəyyənləşdirilir. Bu halda 
yerli  hakimiyyət  orqanlan  qanunla  qadağan  edilməmiş  və  digər  hakimiyyət 


119 
 
orqanlann səlahiyyətlərinə verilməmiş istənilən fəaliyyətlə məşğul ola bilərlər. 
Suverenliyə  malik  olan  dövlət  öz  ərazisində  xalq  hakimiyyətinin  həyata 
keçirilməsinin  qarantı  olduğu  üçün  əksər  hallarda  səlahiyyətlərin  bölüşdürülməsi 
dövlətin iştirakı və nəzarəti altmda həyata keçirilir və dövlət yerli özünüidarəetmə 
orqanlarmdan  müəyyən  minimum  səlahiyyətləri  məcburi  səlahiyyətlərin  yerinə 
yetirməsini tələb edir. 
Yerli özünüidarəetmə orqanlannm məcburi səlahiyyətləri yerinə yetirməməsi 
məhkəmə  araşdırmalan  və  ya  yerli  özünüidarəetmə  orqammn  fəaliyyətinin 
vaxtından əvvəl dayandmlması üçün əsas ola bilər. 
Məcbmi səlahiyyətlərə aid olmayan səlahiyyətlər isə fakültativ səlahiyyətlər 
hesab olunur. Bu səlahiyyətlər situasiyadan və əhalinin tələbatlanndan asılı olaraq 
yerinə yetirilə və ya yetirilməyə bilər. 
I • Son illərdə Avropa Birliyi ölkələri israrla subsidiarlıq prinsipini təbliğ edirlər. 
Bu prinsipə görə, ixtiyari ictimai vacib funksiya ərazi təşkilatının mümkün olduqca 
ən aşağı səviyyəsində həyata keçirilməlidir. Bu halda səlahiyyətlər dövlət tərəfindən 
yerli  özünüidarəetmə  orqanlarına  ötürülməməli,  əksinə  yerli  Özünüidarəetmə  or- 
qanlan  özlərinin  həll  edə  bilmədikləri  məsələləri  dövlətə  verməli,  qalan  bütün 
məsələləri isə öz səviyyələrində həll etməlidirlər. 
Lakin bu prinsip hələlik bir çox hallarda real fəaliyyətdə olmaqdan daha cox 
nəzəri xarakter daşıyır. 
i  Yerli  özünüidarəetmə  orqanlarının  səlahiyyətlərinin  üç  əsas  qrupunu 
fərqləndirmək olar. 
1. 
Bu hər şeydən əvvəl, ənənəvi olaraq bələdiyyə səviyyəsində mövcud olan 
kommunal  xidmətlər,  yerli  əhəmiyyətli  yol  tikintisi,  sosial-mədəni  obyektlərin 
tikintisi və saxlanılması, abadlıq işləri və s. sahəsindəki səlahiyyətlərdir. Bu sahədə 
müxtəlif ölkələr arasmda fərqlər azdır. 
Səlahiyyətlərin  növbəti  qrupu  sosial  dövlət  prinsipi  ilə  bağlı  olan  sosial 
sferanı,  səhiyyə  və  təhsil,  məşğulluq  sahələrini  əhatə  edir.  Bıi  sahədə  müxtəlif 
ölkələr arasında əhəmiyyətli fərqlər mövcuddur. Məsələn Skandinaviya ölkələrində 
və  Danimarkada  tibbi  xidmət  və  sağlamlığın  mühafizəsi  ilə  yalnız  yerli 


120 
 
özünüidarəetmə  orqanları  məşğul  olur.  Dövlət  bu  məsələlərə  qanşmır  və  yalnız 
onlarm fəaliyyətini iri həcmli dotasiyalann verilməsi ilə dəstəkləyir. 
Fransa  Və  İtaliyada  isə  yerli  özünüidarəetmə  orqanları  bu  sahəyə  müdaxilə 
etmirlər. 
İngiltərədə ibtidai və orta təhsil tamamilə yerli özünüidarəetmə orqanlarmm 
səlahiyyətlərinə aid edildiyi halda, Fransada yerli hakimiyyət orqanları onlam yalnız 
maddi-texniki  bazası  ilə  məşğul  olur,  dövlət  isə  proqramları  müəyyənləşdirir, 
müəllimləri işə qəbul edir və s. 
Bütün ölkələrdə yerli özünüidarəetmənin səlahiyyətləri siyahısına bu sahələr 
daxil edilir. 
2. 
Səlahiyyətlərin  üçüncü  qrupuna  XX  əsrin  ortalanndan  başlayaraq 
ənənələrdən  daha  çox  yerli  özünüidarəetmə  orqanlarının  dövlət  tərəfindən  həll 
olunan məsələlərə cəlb olunmasına, tələbatın artmasından irəli gələn səlahiyyətləri 
aid  etmək  olar.  Bura  ətraf  mühitin  qorunması,  iqtisadi  və  ərazi  planlaşdırılması, 
iqtisadi inkişafda işkirak kimi səlahiyyətlər daxildir. 
Ötən  əsrin  sonlarından  başlayaraq  bir  sıra  ölkələrdə  yerli  özünüidarəetmə 
orqanlarına xarici iqtisadi əlaqələr və be
5məlxalq mədəni əməkdaşlıq sahəsində də 
səlahiyyətlər verilir. 
Yerli  özünüidarəetmə  orqanlarının  səlahiyyətlərinin  üç  əsas  qrupuna  dövlət 
tərəfindən əlavə səlahiyyətlərin həvalə olunmasmı da əlavə etmək olar. 
Dövlət  orqanları  vergilərin  yığılması  (Skandinaviya  ölkələri),  statistikanın 
aparılması, polisin bəzi funksiyalarını, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, 
hərbi  qulluğa  çağırış  və  s.  səlahiyyətləri  bələdiyyələrə  həvalə  edə  bilərlər. 
Səlahiyyətlərin həvalə olunması qanun əsasında həyata keçirilir və məcburi qaydada 
aşağıdakıları nəzərdə tutur: 
• 
həvalə  olunmuş  səlahiyyətlərin  yerinə  yetirilməsi  ücün  zəruri  maliyyə 
resurslarının verilməsi, 
• 
dövlət tərəfindən gücləndirilmiş nəzarətin həyata keçirilməsi. 
Səlahiyyətlərin reallaşdıniması üsulları da çox müxtəlifdir. 
Faktiki olaraq, bu müxtəliflik bir neçə əsas variantda birləşdirilə bilər: 


121 
 
• 
Səlahiyyətlərin  reallaşdırılması  ilə  bilavasitə  bələdiyyələrin  icra  aparatı 
məşğul olur. Omm fəaliyyəti bələdiyyə büdcəsinin uyğun maddələri çərçivəsində 
inzibati xidmətlər tərəfindən həyata keçirilir. Bu ənənəvi qayda sadə olsa da, heç də 
həmişə kifayət qədər çevik və peşəkar idarəetməyə imkan vermir. 
Fəaliyyət yerli özünüidarəetmə orqanı qarşısında hesabat verən xüsusi yaradılmış 
qurum  (təşkilat)  tərəfindən,  məsələn,  Bələdiyyə  müəssisəsi  tərəfindən  həyata 
keçirilir.  Bəbdiyyə  nəzarəti  həyata  keçirir  və  idarəetmədə  iştirak  edir,  vəzifəli 
şəxsləri  təyin  edir  və  s.  Qurumun  Özü  müstəqil  büdcəyə  (əsasən  bələdi)^ənin 
vəsaitləri  hesabına),  qərarların  qəbulu  və  daxili  idarəetmədə  kifayət  qədər 
müstəqilliyə  malik  olur.  Buna  misal  yerli  özünüidarəetmə  orqanlarının  öz 
səlahiyyətləri çərçivəsində yaratdığı təhsil müəssisəsidir, bir sıra ölkələrdə (Fransa, 
İtaliya və s.) mənzil tikintisi və bəzi sosial xidmətlər ola bilər. 
• 
Bəzi  səlahiyyətlərin  yerinə  yetirilməsi  üçün  qanşıq  mülkiyyət  formalı 
müəssisələr (qurumlar) yaradıla bilər. Bu zaman müəssisənin büdcəsi özəl və ictimai 
investisiyalar hesabına for- malaşdınlır. Lakin yerli özünüidarəetmə orqam nəzarət 
paketini bir qayda olaraq özündə saxlayır. 
• 
Bəzi səlahiyyətlərin icrası onlarm özəl müəssisələrə konsessiyaya verilməsi 
yolu ilə həyata keçirilə bilər. Bu halda bələdiyyə yalnız nəzarəti həyata keçirir və bir 
sıra güzəştləri təmin edirlər. , 
Bir sıra hallarda birbaşa maliyyə təsirləri də mümkündür. Özəl sahibkarlığın 
cəlb olunması ilə bağlı fəaliyyət formaları əsasən gəlir gətirə bilən sferalarda tətbiq 
olunur (nəqliyyat və kommunal xidmətləri və s.). 
Bundan  başqa  yerli  özünüidarəetmə  orqanlan  bu  və  ya  digər  işlərin  yerinə 
yetirilməsi, ekspertizaların keçirilməsi və s. üçün sifarişlərdən də istifadə edirlər. Bu 
halda  podratçı  təşkilat  rolunda  həm  özəl,  həm  də  dövlət  müəssisələri  çıxış  edə 
bilərlər. 
j  •  Nəhayət,  yerli  özünüidarəetmə  orqanları  tərəfindən  yerinə  yetirilən  bəzi 
funksiyalar  bələdiyyə  .xidmətlərinin  (məsələn,  şə-  hör  nəqliyyat  müəssisələri, 
zibillərin təmizlənməsi və s.) özəlləşdirilməsi nəticəsində tamamilə özəl təşkilatlara 
verilə  bilər.  Bu  halda  yerli  hakimiyyət  orqanları  yalnız  ümumi  normativ 


122 
 
tənzimləməni həyata keçirir, çox vaxt isə gərgin vəziyyətlərdə operativ müdaxilə 
hüququnu özlərində saxlayırlar. Bu müdaxilə özəlləşdirilmiş müəssisə ilə yox, onun 
yerinə yetirə bilmədiyi zəruri funksiyalann icrası ilə bağlı olur. 
Səlahiyyət  qrupların  hər  birinin  yerinə  yetirilməsi  üçün  bu  və  ya  digər 
formulanın  seçilməsi  yerli  özünüidarəetmə  orqanı  tərəfindən  müstəqil  şəkildə 
müəyyənləşdirilir. Çox mühüm məsələlər bəzən qanunvericiliklə dövlət tərəfindən 
tənzimlənə bilər. 
Yerli özünüidarəetmə orqanları maliyyə sahəsində də müəyyən səlahiyyətlərə malik 
olur. Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında nəzərdə tutulmuşdur ki, 
yerli  özünüidarəetmə  orqanla-  nnm  sərbəst  sərəncam  verə  biləcəyi,  onlann 
səlahiyyətlərinə uyğun olan və ən azı bir hissəsi vergi daxil olmalan hesabma təmin 
olunan  məxsusi  maliyyə  resurslan  olmahdır.  Yerli  özünüidarəetmə  orqanlan 
özlərinin müstəqil şəkildə yaratdığı və xərclədiyi xüsusi büdcəyə malik olurlar. Yerli 
özünüidarəetmə  orqanlanmn  bu  hüququ  konstitusiya  və  ya  qanunvericiliklə  təsbit 
olunmuşdur. 
Müxtəlif ölkələrdə yerli büdcələrdə çoxsaylı fərqlər olsa da ümumi cəhətlər də 
mövcuddur; 
Birincisi, onlar eyni mənbələr əsasında formalaşdınlırlar: 

yerli vergilər və ödənişlər (məxsusi və dövlət tərəfindən verilmiş); 

dövlət transfertləri (dotasiyalar, subsidiyalar və s.); 

borclanmalar (əksər dövlətlərdə bələdiyyə borclarma ciddi nəzarət edilir, çox 
vaxt bələdiyyələrin borclanması üçün xüsusi icazə tələb olunur); 

özlərinin  əsasən  qeyri-kommersiya  xarakterli  fəaliyyətindən  əldə  olunan 
gəlirlər  (bəzi  ölkələrdə,  məsələn  İsveçdə  yerli  Özünüidarəetmə  orqanlanna  öz 
fəaliyyətlərindən gəlir əldə etmək qadağan olunur); 

bələdiyyə mülkiyyətinin istifadəsindən alınan gəlirlər. 
İkincisi,  büdcənin  xərclənməsi  məcburi  səlahiyyətlərin  yerinə  yetirilməsi 
prinsipi  üzrə  həyata  keçirilir.  Bü,  minimal  dövlət  standartlannm,  müdafiə  olunan 
büdcə maddələrinin müəyyənləşdirilməsi və s. yolu ilə yerinə yetirilir. 
Gəlirlərin strukturuna gəldikdə isə yalnız bəzi ölkələrdə yerli özünüidarəetmə 


123 
 
orqanlanmn vergi daxilolmalan onların ümumi gəlirinin 50%-dən çoxunu təşkil edir 
və yalmz ABŞ-ın bəzi bələdiyyələrində 80-90%-ə qədər olur. Demək olar ki, bütün 
ölkələrdə  yerli  özünüidarəetmə  orqanları müstəqil  şəkildə  yeni  vergilər  təyin  edə 
bilməzlər.  Nəzəri  cəhətdən  mümkün  ola  biləcək  vergilər  dövlət  tərəfindən  təyin 
olunur və dövlət tərəfindən hər bir vergi növü üzrə vergi bazası qeyd olunur. 
Beləliklə,  yerli  hakimiyyət  orqanlan  yalmz  nəzəri  baxımdan  mümkün  olan 
vergi növünü təyin etmək və vergi dərəcələrini , müəyyənləşdirmək hüququna malik 
olurlar.  Bir  sıra  ölkələrdə,  xüsusilə  kontinental  Avropa  ölkələrində  dövlət  vergi 
dərəcələrinin yuxan və aşağı həddini də müəyyən edir. Bununla yanaşı hətta bir Ölkə 
daxilində  belə  ayn-ayn  ərazilərdə  müxtəlif  vergiqoyma  variantlanna  rast  gəlmir. 
ölkələr  arasında  fərqlər,  əsasən,  yerli  bələdiyyələrin  sərənca-  I  inmda  olan  vergi 
növləri ilə fərqlənir. Yerli vergilər iki kateqoriyaya ■bölünür: 

məxsusi vergilər verilmiş inzibati ərazi vahidi çərçivəsində tamamilə yerli 
büdcəyə daxil olur. Hər bir yerli özünüidarəetmə səviyyəsinə ayrı-ayrı vergi növləri 
aid  edilə  bilər  (AFR,  İtaliya,  İspaniya  bələdiyyələri  torpaq  vergisi  və  daşınmaz 
əmlaka vergiləri toplamaqda müstəsna hüquqlara malikdirlər). 

tənzimlə
5dci vergilər mərkəzi büdcə tərəfindən yerli orqanla- nn xeyrinə və 
ya digər yollarla müxtəlif səviyyə büdcələri arasında bölüşdürülə bilər. 
Məsələn,  şimali  Avropa  ölkələrində  yerli  Özünüidarəetmə  orqanlan  dövlət 
vergilərinin dərəcələrinə müəyyən faiz əlavə edə bilərlər. 
Yerli  vegiləri  birbaşa  (gəlir,  torpaq,  və  s.),  dolayı,  digər  (tamaşalardan,  it 
sahiblərindən, nəqliyyat vasitələrindən yığımlar) vergiərə də ayırmaq olar. 
■ Vergi gəlirləri yerli büdcələrin ən vacib mənbələrindən biri olsa da, yeganə 
mənbə  deyildir.  Digər  bir  vacib  mənbə  dövlət  dota-  siyalan  və  subvensiyalandır. 
Dövlət  dotasiyaları  və  subvensiyalan,  hər  şeydən  əwəl,  vəsaitlərin  yenidən 
bölüşdürülməsi  və  yerli  özünüidarəetmə  orqanlannm  fəaliyyətinin  tənzimlənməsi 
vəzifəsini  yerinə  yetirir.  Əksər  hallarda  ümumi  dotasiyaların  həcmi  fıskal 
potensialdan,  əhalinin  sayından  və  göstəricilərin  ölkə  üzrə  orta  qiymətinə 
nisbətindən  asılı  olur.  Orta  hesabla  yerli  büdcələrə  dövlət  subsidiyalan  qnlarm 
gəlirlərinin 10-50%-ni (bəzi hallarda 80%-ə qədər) təşkil edir. Yerli özünüidarəetmə 


124 
 
orqanlanna dövlət transfertləri aişağıdakı qaydada həyata keçirilir: 

Vergi daxilolmalanmn yenidən bölüşdürülməsi (vergi taraz- lama sistemi); 

Ümumi təyinatlı subsidiyalar (dotasiyalar); 

Xüsusi məqsədli subsidiyaların (subvensiyalar). 
Xüsusi məqsədli subsidiyalarm payı demək olar ki, hər yerdə 10%-dən 50%-ə 
qədər təşkil edir və bu sahədə getdikcə azalma meyli müşahidə olunur. 
Yerli  özünüidarəetmə  orqanlannm  iqtisadi  fəaliyyəti  kifayət  qədər  müxtəlifliyə 
malik olsa da, həmişə, xüsusilə də Avropada çox ciddi reqlamentləşdirilmiş olur. 
Bu, belə bir nəzəri müddəa ilə bağlıdır ki, iqtisadi fəaliyyət yerli özünüidarəetmə 
orqanlarımn əsas vəzifəsi deyildir. Lakin bununla belə bələdiyyələr borc götürə bilər 
(ciddi  nəzarət  altında),  öz  müəssisələrini  yarada  bilərlər.  Yerli  özünüidarəetmə 
orqanlan mülkiyyətindən istifadə edərək gəlir əldə edə bilər, kommersiya xarakterli 
müəssisələrin  yaradılmasında  iştirak  edə  bilərlər.  Bəbdiyyələr  öz  səlahiyyətləri 
çərçivəsində, xüsusilə nəqliyyat və komunal təsərrüfatı sahəlrində pullu xidmətlər 
göstərirlər. 
Yerli  büdcələrin  xərc  hissələri  məqsədli  təyinatına  görə  kapital 
qoyuluşlanna, cari xərclərə və borc öhdəliklərinin ləğvi üzrə xərclərə aynlır. Xərclər, 
əsasən,  mədəniyyət,  təhsil,  sosial  təminat,  səhiyyə,  komunal  və  digər  xidmətlərə, 
yollarm tikintisi və saxlanılması, ekoloji və inzibati xərclərə ayrılır. Yerli büdcələrin 
xərclərinin həcmi ölkənin iqtisadi və sosial həyatında yerli özünüidarəetmə orqan- 
larmın rolunu əks etdirir. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin