127
3) məsuliyyəti nəzərdə tutan hüquq normasının faktiki icrası və
bələdiyyə üzvü üçün xoşagəlməz nəticənin baş verməsi.
Bələdiyyə üzvlərinin və vəzifəli şəxslərinin əhali qarşısında real
məsuliyyətini, onların fəaliyyətinə nəzarəti təmin etmək üçün bələdiyyə əhalisinin
təşəbbüskarlığı, özünütəşkili, öz hüquq və qanuni maraqlarını dərk etməsi, yerli
əhəmiyyətli məsələlərin həllinə marağı tələb olunur.
Yerli əhalinin etimadının itirilməsi haqqında yalnız bələdiyyənin seçkili
orqanları və vəzifəli şəxslərinə münasibətdə danışmaq olar, çünki məhz onlar yerli
əhəmiyyətli məsələləri həll etmək üçün əhalidən “mandat” alırlar.
Dostları ilə paylaş: