Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Yerli hemostaz və regenerasiya funksiyası



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə14/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   10   11   12   13   14   15   16   17   ...   162
Elektron diw

Yerli hemostaz və regenerasiya funksiyası. Ağız suyu plazma laxtalandırma və 
fibrinolitik qabiliyyətə malikdir. Bu onun tərkibində - fibrinolizinin aktivator və 
ingibitorlarının, tromboplasinin, antiheparin substansiyanın, protrombinin olması ilə 
əlaqədardır. Bu birləşmələr yerli hemostazın və regenerasiyanın təmin edilməsində 
mühim rol oynayır. Göründüyü kimi, ağız boşluğu toxumalarının zədələrinin başqa 
toxumalarla müqayisədə daha tez sağalması təsadüfi deyildir.  
Kariyes əleyhinə müdafiə mexanizmləri adı altında növbəti funksiyalar birləşir: 
turşuların neytrallaşdırılması; reminerallaşma; dişin üzərində müdafiə  
Qatının (pellikula) yaranmasında iştirak etmə.  
Turşuları neytrallaşdırılması bikarbonat və fosfat bufer sistemləri vasitəsilə həyata 
keçirilir. Sübut olunmuşdur ki, ağız boşluğuna karbohidrat tərkibli qida qəbul edilən 
kimi, ağız suyunun tərkibində qlükozanın konsentrasiyası aşağı düşür. Bu əvvəlcə 
sürətlə, sonra isə tədricən baş verir. Eyni zamanda ağız suyu ifrazı artır. Ağız suyunun 
sekresiyası ilə bikarbonat və pH – ın göstəricisi də artır. 
 
Ağız suatkı –ss tərkibində olan bikarbonatlar diş yastıcığına diffuz edir və tam 
turşuları neytrallaşdırır.  
Reminerallaşma funksiyasını ağız suyunun tərkibində olan flüorlu birləşmələr, 
fosfatlar, kalsium və staterin həyata keçirir. Ağız suyunun tərkibində kalsium, fosfor 
və hidroksil qrupları mövcuddurlar. Onların birləşmələri diş toxumasında təbii 
reminerallaşdırıcı funksiyaları yerinə yetirir. Həm də bu proses qida qəbulu zamanı 
deyil, aralıq vaxtlarda da baş verir. Reminerallaşmada zülallar da iştirak edirlər. 
Əsasən staterin molekulları diş yastıqcığında pH- in aşağı düşməsi ilə birləşməsində 
əks kalsium və fasforu azad edərək yerli mühitdə reminerallaşmanın təzahür 
edilməsinə dəstək verir.  
Dişin səthində müdafiə qatının yaramasında əsasən qlükoproteinlər və mutsin iştirak 
edirlər. Pellikula ağız suyu tərəfindən yaradılır və hidroksilapatit kristallarını 
turşuların təsirindən qoruyur.  


Həzm prosesində iştirak edir. Bu funksiya ağız suyunun tərkibində olan amilazalar və 
proteazalar tərəfindən həyata keçirilir. Bu ferrertativ reaksiyalar zamanı 
karbohidratlar ilkin parçalanmaya məruz qalırlar.  
 
  
DİŞLƏR  
Dişlər ağız boşluğunun ən vacib orqanlarından olub, çeynəmə- nitq aparatının tərkib 
hissəsinə daxildir. Formalaşmış dişdə: tac {corona aentis}, boyun {collum dentis} və 
kök {radix dentis} hissələr ayırd edilir.  
Klinikada diş ətindən yuxarı qalxan hissəyə kliniki tac deyilir. Yaş artdıqca dişətrafı 
toxumanın atrofiyası səbəbindən kliniki tac böyüyür. Dişin daxilində pulpa ilə 
tutulmuş diş boşluğu vardır. Diş boşluğunun ardı onun kökü nahiyəsində kanala 
keçir. Bu da öz növbəsində zirvə dəliyi ilə qurtarır. Dişin kütləsinin əsas hissəsini 
təşkil edən toxuma – dentindir. Tacın dentini mina ilə, kökün dentini isə sementlə 
örtülür. Mina, dentin və sement dişin sərt toxumalarıdır.  
Dişin yumşaq toxumalarına diş diş pulpası, diş sümüküstüyü və diş əti aiddir. Diş 
pulpası sinir damarlardan və tor birləşdirici toxumadan ibarət olub, dentin və minanı 
qidalandırır. Diş sümüküstlüyü [periodon – tiem və s. pericementum] diş alveolunu 
daxildən, diş kökünü xaricdən əhatə edərək sementi qidalandırır. Diş 
sümüküstlüyündən ayrılan liflər dişin həlqəvi bağını əmələ gətirir və diş boynunu 
əhatə edir. Diş əti alveol çıxıntılarını, alveol qövsünü və diş boynunu əhatə edir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin