Ağız boşluğu qişasını nəm saxlayır. Ağız suyu toxumaları nazik mutsin qatı
yaratmaqla qoruyur. Hiposalivasiya (ağız suyunun az ifrazı) və
kserostomiya (ağız
suyunun olmaması) zamanı ağızda quru mühit olur, həzm sisteminin çeynəmə və
udma aktları çətinləşir və hətta danışıq funksiyası pozulur. Ağız suyunun az olması və
ya olmaması ilk növbədə qısa
müddətdə yumşaq toxumalarda, sonra
isə sərt
toxumalarda patologiyalara səbəb olur.
Ağız boşluğunu təbii yaxalayır. Ağız suyunun bu funksiyası ağız boşluğunda dişlərin
və selikli qişanın səthində olan qida qalıqlarını, mikroorqanizmləri, onların
metobolizm məhsullarını təbii təmizləyir. Burada ağız suyu bütün tərkibi ilə iştirak
edir.
Bakterisid, antivirus və göbələk əleyhinə fəaliyyəti. Bu funksiyalar ağız suyunun
tərkibində olan lizosimin , bakteriolizinin, leykinlərin, opsoninlərin, lipazanın və
immunoqlobulinlər İgA, İgG, İgM-in köməkliyi ilə həyata keçirilir. Sonuncular
yerli
immunitetə cavab verən markerlərdir.
Dostları ilə paylaş: