Dəhliz və ya gözləmə yeri minimum 18m
2
olmalı, sorğu xidmətinin və aptekin xidmət
pəncərəsi ora açılmalıdır.
Geyinib-soyunma otağına həm işçilər, həm də pasiyentlər üçün adambaşına
təxminən 0,1m
2
sahə hesablanmalıdır. Qeydiyyat otağı xidmətin həcmindən asılı
olaraq ən azı 10 m
2
götürülməlidir. Əmək qabiliyyətini müvəqqəti itirmə vərəqləri
vermək səlahiyyətləri olan müəssisələrin qeydiyyat otağında əlavə 10 m
2
yer bu
sənədlərin tərtibi üçün ayrılır. Telefon
xidməti həm idarə daxili, həm də adi telefon
rabitəsi (şəhər, qəsəbə, kənd) şəklində olmalıdır. İş yeri həm çalışanların, həm də
xəstələrin rahatlığı üçün mebellə təchiz olunmalıdır.
Uşaq şöbələri və ya kabinetlərinin böyüklərlə giriş-çıxışı, dəhlizi, geyinib-soyunma və
sanitar otağı ayrıca olmalıdır.
Stomatoloji kabinet bir və ya daha çox həkim-stomatoloqun işləməsi üçün hazırlana
bilər. Bir şərtlə ki, hər birinci universal qurğu üçün 14m
2
, sonrakılar üçün isə 7m
2
sahə ayrılmış olsun.
Döşəmə yağlı boya
ilə rənglənməli, üzərindən isə xüsusi tibbi linoleum sərilməlidir.
Linoleumun calaqları xüsusi germetik işlənməli və kənarları 5-10 sm
hündürlükdədivarıörtməlidir.Tavanın hündürlüyü ən azı 3m olmalıdır. Divar və tavan
hamar olmalı, heç bir dəlik və çıxıntı olmamalıdır. Amalqama işlənən kabinetlərin
divar və tavanın suvaq tərkibinin 5%-i kükürd tozundan ibarət olmalıdır. Divar, tavan
açıq rəngli yağlı boya və ya silinə bilən emulsiya ilə rənglənməlidir. Onların plastik
üzlüklərlə ötülməsinə icazə verilmir. Həmçinin kabinetdə təmizlik işlərinə tam tabe
olmayan karnizlərin, asılqanların pəncərə pərdələrinin, təbii və süni güllərin olması
məqsədəuyğun deyil.
Stomatoloji ambulator cərrahi kabinetin divarları polixlorvinil, poliestirol plitələrlə
örtülməlidir
Stomatoloji alət və materialların sterilizasiyasının daha böyük həcmli müəssələrdə
ən optimal yolu mərkəzləşmiş sterilizasiya şöbələrinin yaradılmasıdır.
Mərkələşmiş sterilizasiya şöbəsi 4 hissədən ibarət olur.
1. Dezinfeksiya otağı
2.
Sterilizasiya önü təmizlik
3. Sterilizasiya
4. Steril materialların saxlanması otağı
Sterilizasiya və cərrahi otaqların divar və döşəmələrikafel və metlaxla örtülməlidir.
Əgər xidmət müəssisəsi kiçik həcimlidirsə və stomatoloji alətlərin sterilizasiyası
müalicə kabinetində aparılarsa, bu zaman sterilizasiya məqsədilə istifadə edilən
avadanlıq və materiallar müalicə zonasından ayrılmalıdır. Bu mümkün olmadıqda isə,
otağın elə bir
səmti seçilir ki, işin gedişinə mane olmasın.
Kabinetdə işləyən hər bir həkimə azı 10 ədəd terapevtik (və ya digər təyinatlı) alət
dəsti olmalıdır.
Həkim-stomatoloqun otağında havanı kvarslaşdırılması üçün kvars lampası olmalıdır.
Bu prosedura növbə dəyişən zaman, fasilə zamanı və iş gününün sonunda aparıla
bilər.
«A» və «B» şkafları olmalıdır.«A» şkafında zəhərli, «B» şkafında isə güclü təsir
göstərən dərman maddələri saxlanılır. Profildən asılı olmayaraq hər bir kabinetdə
xəstələrə ilkin tibbi kömək etmək üçün alət və dərman vasitələrinin olması tələb
olunur. Həmçinin HİV, hepatitlər və s. infeksiyaların yayılmasının profilaktikasına aid
dərmanların da olması vacibdir.
Dostları ilə paylaş: