Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


DİŞÇIXARMADAN SONRA SƏRT TOXUMALARIN PATOLOGİYASI



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə53/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   49   50   51   52   53   54   55   56   ...   162
Elektron diw

 
DİŞÇIXARMADAN SONRA SƏRT TOXUMALARIN PATOLOGİYASI  
 


Hiperesteziya (yunanca hyper – çox, anesteziya – hiss, duyğu) diş toxumasının 
mexaniki, temperatur və kimyəvi qıcıqlandırıcıların təsiri zamanı yaranan yüksək 
həssaslıq qabiliyyətidir. Bir qayda olaraq, yüksək həssaslıq qabiliyyəti toxuma 
zədələndiyi vaxt, kariyes xəstəliyi zamanı, dentinin yeyildiyi yerlərdə, diş boynu 
açıldıqda (parodont xəstəliyi zamanı və i.a.) müşahidə olunur.  
Kariyes zamanı yüksək həssaslıq daha çox hər hansı bir sahədə (dentin- mina 
birləşməsi yanında, boşluğun dibində) olur. Hiperesteziya diş toxumalarının 
yeyilməsi zamanı daha tez-tez rast gəlinir. Lakin yeyilmənin bütün növlərində yüksək 
həssaslıq eyni dərəcədə olmur. Belə ki, minanın eroziyası hiperesteziya tez-tez 
müşahidə olunur, halbuki pazabənzər qüsur zamanı yüksək həssaslıq qabiliyyətinə, 
demək olar ki, rast gəlinir. Bəzən diş boynunun azacıq açılması zamanı (1-3 mm) 
kəskin həssaslıq müşahidə edilir. Hiperesteziyanın iki formasını ayırd edirlər: 1) eyni 
zamanda bir çox dişlərdə müşahidə olunan sistem hiperesteziya; 2) az miqdarda 
dişlərdə müşahidə olunan məhdud hiperesteziya.  
Hiperesteziyanın klinik təzahürü müxtəlifdir. Xəstələr bəzən temperatur (isti, soyuq), 
bəzən kimyəvi (turş, şirin, duzlu), bəzən isə mexaniki qıcıqlandırıcıların təsirindən 
yarana intensiv, lakin tez keçən ağrılardan şikayət edirlər. Lakin qıcıqlandırıcıların 
bütün növlərinin kəskin ağrıya səbəb olduğu hallar da baş verir. Xəstələrin dediyinə 
görə onlar soyuq hava almaqdan qorxurlar; ancaq azacıq qızdırılmış xörək yeyirlər, 
turş, şirin, duzlu şeylər yeyə bilmirlər. Bir qayda olaraq, bu hadisələr get-gedə 
güclənir, lakin bəzən müvəqqəti sakitlik müşahidə olunur.  
Bəzi hallarda xəstələrdə temperatur qıcıqlandırıcıları vasitəsi ilə xəstə dişi müəyyən 
etmək çətinlik törədir. Mayinə zaman bir qayda olaraq, dişin sərt toxumalarının 
strukturunda və ya parodontun vəziyyətində dəyişiklik olduğu aşkara çıxarılır.çox 
vaxt çeynəmə səthində və ya kəsici kənarda sərt toxumaların nazikləşdiyi (yeyildiyi) 
müşahidə olunur. Lakin çox vaxt kəsici, köpək və kiçik azı dişlərinin (alt kəsici dişlər 
istisna olmaqla) vestibülyar səthindəki toxuma yeyilir. Bəzi hallarda, turşu buxarları 
ilə təmas sahələrində bütün qruplardan olan dişlərin səthində minanı yeyilməsi 
müşahidə edilir.  
Bütün hallarda, açılmış dentin sərt, hamar, parlaq (bəzən azacıq piqmentləşmiş) olur. 
Açılmış dentin sahəsinin zondla yoxladıqda, bəzən intensiv, lakin tez keçən ağrı 
yaranır. Soyuq havanın təsiri, habelə turş və ya şirin şey ağrı reaksiyasına səbəb olur. 
Bəzən diş boynunun yalnız vestibülyar səthdə cuzi açılmasına baxmayaraq ağrı 
hissləri kəskin olur; köklərin xeyli açılması zamanı isə yüksək həssaslıq əsasən bir 
yerdə lokallaşır. Bəzən hiperesteziya köklərin bifurkasiyasında müşahidə olunur.  
Dişin sərt toxumasının sürtülməsi, hər bir adamın diş toxuması sürtülməyə məruz 
qalır. Bu, dişin fizioloji funksiyası ilə əlaqədardır. Kiçik və böyük azı dişlərin çeynəmə 
səthlərində, kəsici və köpək dişlərinin kəsici kənarlarında fizioloji sürtülmə olur. 
Bundan əlavə, normal halda dişlərin fizioloi mütəhərrikliyi sayəsində tacı qabarıq 
hissəsinin qonşu dişlə təmas yerində kiçik sürtülmə sahəsi əmələ gəlir.  
Fizioloji sürtülmənin yaşdan bilavasitə asılı olduğu müəyyən edilmişdir. 40 yaşına 
çatmış adamların dişlərində minanın sürtülməsi aydın görünür, 40-60 yaşlı 
adamlarda sürtülmə nəticəsində kiçik və böyük azı dişlərinin qabarları, habelə kəsici 


dişlərin kəsici kənarları itməyə başlayır. Çox vaxt diş tacları qısalır. Bu, bir qayda 
olaraq, hər hansı klinik təzahürlə müşayiət olunmur və ağrı vermir. Çünki, toxumanın 
azalması prosesi yavaş-yavaş gedir və dentində, pulpanı xarici qıcıqlandırıcılardan 
izolə edən əvəzedici dentin çökür.  
Fizioloji sürtülmə ilə yanaşı patoloji sürtülmə də olur: bu vaxt bir dişdə, bir qrup 
dişlərdə və ya bütün dişlərdə sərt toxumalar intensiv sürətdə sürtülməyə başlayır. 
Beleə dəyişikliklərə dişlərin vəziyyəti, bir qrup dişlərin yoxluğu nəticəsində düşən 
yükün artması, protezlərin düzgün qoyulmaması, məişət və peşə təsirləri, habelə 
natamam toxuma strukturlarının formalaşması səbəb olur.  
Düz dişləm zamanı kəsici dişlərin sürtülməsi üçün əlverişli şərait yaranır. Yaşın 
artması ilə azı dişlərin çeynəmə səthindəki qabarlar yeyildikcə, kəsici dişlər intensiv 
sürtülür. Kəsici dişlərin tacları qısalmağa başlayır və 35-40 yaşda 1/3-1/2 qədər 
qısalır: kəsici dişlərin üzərində kəsici kənarın əvəzinə nisbətən böyük meydançalar 
əmələ gəlir və mərkəzlərində dentin görünür.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin