➢ Orqanizmin orqan və sistemlərinin funksional dəyişiklikləri;
➢ Orqanizmə ekstremal təsirlər (şüa təsiri).
• Qidalanma rejimi;
• Qəbul olunan flüorun miqdarı;
Qeyd edilən bu faktorların çoxluğu heçdə kariyesin polietioloji xəstəlik olması
anlamına gəlmir. Xəstəliyin etioloji səbəbi o
faktor hesab edilir ki, o spesifik
təzahürlər yaratmaqla xəstəliyə bais olurlar.
Mikroorqanizmlərin rolu, kariyesin etiologiyası. Mikroorqanizmlər və karbohidratlar
kariyesin patogenezinin əsas faktorları hesab edilirlər. Onların mina səthi ilə təması
olmadan kariyes prosesi də baş vermir. Hətta ABŞ ədəbiyyatlarında kariyesə sırf
infeksion mikrobioloji xəstəlik kimi yanaşılır. Hal – hazırda kariyesin baş
verməsində
mikroorqanizmlərin rolunu təsdiq edən çoxlu tədqiqatlar mövcuddur. Ağız
boşluğunun rezident mikroflorası – ekzogen, daha çox da patogen mikrofloranın
koloniyalaşmalarının qarşısını alan vacib müdafiə faktoru hesab edilir. Ağız boşluğu
mikroflorasının keyfiyyət tərkibi normada daimi və stabildir. Mikrofloranın tərkibi
ağız boşluğu orqanlarının vəziyyətindən (yumşaq və sərt toxumaların patologiyaları),
gigiyenik statusdan, ağız suyu ifrazından, yeməyin tərkibindən və
konsistensiyasından, ümumi somatik xəstəliklərin varlığından asılıdır. Ağız
boşluğunda mövcud olan anomiyalar, defektlər və patoloji proseslər mikrob
tərkibinin kəmiyyətcə dəyişməsinə - çoxalmasına səbəb olurlar. Müxtəlif
səbəblərdən ağız suyu ifrazının və çeynəmənin pozulması mikroorqanizmlərin
miqdarının artımına gətirib çıxarır.
Ağız boşluğunda mikroorqanizmlərin keyfiyyət tərkibi olduqca müxtəlifdir və indiyə
qədər 400 -ə yaxın mikroorqanizm növü müəyyən edilmişdir. Onların sırasına
bakteriyalar, aktinomisetlər, göbələklər, sadə mikroblar, spiroxetlər, rikketsiyalarvə
viruslar daxildirlər.
Pulpanın iltihabının klinik əlamətləri olmayan bütün kariyes növlərini “ağırlaşmamış
kariyes” və ya sadə kariyes – caries simplex adlandırmaq qəbul edilmişdir. Halbuki
“ağırlaşmış kariyes” – caries complicata dedikdə, pulpit və
periodontit düşülür.
Plombun yanında yeni karioz boşluq yarandıqda “ikincili və ya residivləşən kariyes”
(caries recidiva s. secundaria) termini işlədilir.
Bəzi müəlliflər kariyesin klinik gedişə görə kəskin və xroniki formalarənə ayırd
edirlər. Kəskin kariyes zamanı proses sürətlə yayılır, çoxlu diş zədələnir., tez-tez
boyunətrafı lokallaşma qeyd olunur. Xroniki kariyes yavaş-yavaş gedir, zədələnmiş
toxumalar piqmentləşir (qəhvəyi və ya qara olur). Rrofessor Y.Y.Platonov və
başqaları bu bölgünü düzgün hesab etmirlər. Ona görə ki, diş toxumalarında
mineralsızlaşma və boşluq əmələgəlmə prosesi bir neçə həftə və hətta bir
neçə ay
keçir. Bu müddət kəskin patoloji proses anlayışına sığmasa da, hər halda zədələnmə
intensivliyini (tək-tək və çoxlu dişin zədələnməsini) nəzərə alaraq lazımdır. Belə
halda dişlərin təqribən hamısı zədələnə bilər.
T.F.Vinoqradova (1974) patoloji prosesin uşaqlarda kompensasiya, subkompensasiya
və dekompensasiya formalarını ayırmağı təklif edir. Belə bölgünün praktik
əhəmiyyəti vardır, ona görə ki, ağız boşluğu sanasiyası
tezliyinin təyin edilməsinə
fərqli yanaşmaya imkan verir. Lakin qəbul edilmiş terminologiyadan da kənara
çıxmaq lazım deyil, ona görə ki, kariyes zamanı kompensasiya yalnız ləkə
mərhələsində ola bilər. Boşluq olduqda kompensasiya baş verə bilməz.
Prosesin
stabilləşməsi və ya intensiv artması, patoloji prosesin şiddətlənməsi orqanizmin
vəziyyətindən asılıdır.
Dostları ilə paylaş: