−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə119/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   115   116   117   118   119   120   121   122   ...   131
alim-keramet

«Düz səkkiz min tümən» 
Ayətullahül-Üzma Xansari özünə xas bəsirəti və baxış sahibi 
olan şəxsiyyətlərdən idi. Onun bu xüsusiyyəti barədə maraqlı 
hekayələr söyləyirlər. 
Tehranın etimadlı tacirlərindən biri deyirdi: 
Bir gün Xansarinin yanında tək oturmuşdum. Başqa heç kəs 
yox idi. Nagəhan ağa dedi:  
Qapının  ağzında  bir  nəfər  dayanıb,  bir  istəyi  olmalıdır.  Ərz 
etdim:  
Ağa qapının zəngini çalan olmadı. Dedi:  
Niyə ki, kimsə var. Al bu zərfi ona ver getsin. 
Mən  zərfi  alıb  mənzilin  qapısını  açdım,  gördüm  geyimli-
keçimli  bir  nəfər  qapının  qarşısında  o  tərəf,  bu  tərəfə  var-gəl 
edir. Onu səsləyib dedim: 
Qapının zəngini basan siz idiniz? Dedi:  
Xeyr! Soruşdum:  
Bir işiniz var? Dedi: 
 Bəli.  Arvadım  xəstədir.  Xəstəxanada  yatırtmaq  üçün  pul 
istədilər;  lazım  olan  miqdarı  düzəltmək  üçün  səkkiz  min 
tümənim çatmır. Əlim hər yerdən üzüldü, arvadı xəstəxanada 
qoyub  pul  dalınca  çıxdım.  Amma  bilmirdim  kimə  ağız  açım? 
Nəhayət  belə  qərara  gəldim  ki,  gedim  ağa  Xansariyə  deyim. 
Amma  indiyə  qədər  bu  qapıya  gəlməmişəm  və  bura  heç  bir 
xüms, zəkat verməmişəm. Elə fikirləşirdim ki, zəngi vurum, ya 
yox, siz qapını açdınız. 
Ağanın  verdiyi  zərfi  ona  uzatdım.  Alıb  açdı  və  içindəki 
pulları çıxarıb sayanda gördüm əcəba, düz səkkiz min tümən, 
− ona lazım olan miqdardadır. 
 
1
 Hüseyn Hüseyni Tehrani, “Ruhe mücərrəd”, səh. 618 


 
143 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin