Qürub çağı yolun isti nəfəsində gəzəcəyəm, Piyada gəlmişəm, piyada da gedəcəyəm. Bütün üfüq əlimdən əziyyətə düşübdür, Məni görən hər bir kəs keçər ikən görübdür. Necə qayıtmayım?! Səngərlərim ordadır! Necə axı?! Məzarında qardaşlarım ordadır. Necə qayıtmayım ki, məscid də “Gəl” söyləyir, Başımdan öpmək üçün xəncər məni gözləyir.
Əbu Hamid bizə dedi ki, işlərimizin ardınca
gedək. Özü isə İran səfirliyinə getdi və yeni bir
maşınla qayıtdı.
Həmin axşam bir iclas keçirildi və Əbu Hamid
Baş qərargahdan aldığı yeni hökmü oxudu. Baş
qərargah ona Fatimiyyun briqadasını yaratmağı
və ona rəhbərlik etməyi tapşırmışdı. Bir neçə
günlük narahatlıqdan sonra uşaqların üzündə
sevinc göründü. Əbu Hamid Fatehi soruşdu.
Fateh qayıdanda icazəsiz getdiyinə görə onu bir
neçə günlük cəza kamerasına yolladı. Daimi
təbəssümü
üzünə
qayıtmış
Fateh
də
məmnuniyyətlə razılaşdı.