İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə32/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   28   29   30   31   32   33   34   35   ...   67
Abu-baran- 1

On doqquzuncu fəsil  
Deyr əl-ədəs kəndi 
Əbu  Hamid  iclasdan  sonra  Fatimiyyun 
briqadasının 
kəşfiyyatçılarına 
tapşırdı 
ki, 
qərargahın  və  Hizbullahın  kəşfiyyatçıları  ilə 
birlikdə 
Təll-Əntər 
bölgəsini 
öyrənsinlər. 
Kəşfiyyat  rəisimiz  ağa  Sədaqət  bir  neçə  sutka 
soyuq  havada  tülkü  çalası  kimi  bir  yerdə  qaldı. 
Lakin  düşmən  hərəkətliliyi  duyub  çox  tezliklə 
bölgədə  mövqelərini  gücləndirdi  və  oraya 
hücum etmək mümkün olmadı. 
Hacı  Qasim  yanımıza  gəldi.  Gec  tərpənib 
fürsəti  fövtə  verdiyimizə  görə  çox  narahat  idi. 


 
138 
Buna  görə  əmr  gəldi  ki,  Təll-Əntər  yerinə  Deyr 
əl-ədəs kəndinə hücum olunsun. 
Seyid  İbrahim  əməliyyat  günü  ayağının 
gipsini  açıb  xüsusi  təyinatlı  birləşməsi  ilə  birgə 
hücuma hazırlaşdı. Əməliyyat komandiri Höccət 
ləqəbli  Məhəmmədrza  Xavəri  idi.  Maşın  sürə 
bilmədiyinə  görə  Əbu  Hamid  mənə  tapşırdı  ki, 
onu istədiyi yerə aparım. 
Əməliyyat təxminən axşam saat 10-da başladı. 
Seyid  İbrahim  şəxsi  heyəti  ilə  kəndə  girdi. 
Onlardan  sonra  Seyid  Həkimlə  Fədayinin 
döyüşçüləri  növbə  ilə  kəndə  girdilər.  Ürəyim 
onların yanında qalmışdı, bir yolla özümü oraya 
yetirmək  istəyirdim.  Əbu  Hamidə  yaxınlaşdım. 
Həyəcanla  ratsiyadan  danışırdı.  Dedim  ki,  mən 
də döyüşə getmək istəyirəm. 
Hirslənib  dedi:  “Lazım  deyil!  Sən  burda 
qalmalısan!” 
Geri  qayıtdım.  Ancaq  inadkar  ruhum  məni 
rahat  buraxmırdı.  Atışma  səsləri  gələndə  çox 
həyəcanlanırdım. 
Uzaqdan  bir  BMP  gəlib  anbarın  önündə 
dayandı.  Uşaqlar  köməkləşib  sursatları  və  balıq 
konservlərini  yükləməyə  başladılar.  Mən  də 
kömək  etmək  üçün  tez  onlara  yaxınlaşdım. 


 
139 
Axırıncı  sursat  qutusunu  qoyanda  özüm  də 
minib qapını bağladım. 
Təll-Səğirdən  Deyr  əl-ədəs kəndinə  gedən yol 
təhlükəli  idi.  O  vaxta  qədər  düşmən  bizim 
maşınlarımızdan  iki-üçünü  vurmuşdu.  Yolda 
BMP  xarab  oldu  və  raketlə  vurulub  yanmış 
başqa  bir  BMP-nin  yanında  dayandı.  Mən  kiçik 
bacadan  baxırdım.  Suriyalı  sürücü  başına  vura-
vura maşından endi, tez ratsiya ilə əlaqə saxlayıb 
köməkçi  göndərmələrini  istədi.  Köməkçi  gələnə 
qədər  ötən  bir  neçə  dəqiqə  ərzində  bütün 
bədənim  tərlədi;  istidən  yox,  hər  an  raketlə 
vurulma qorxusundan. 
Axırda  yeni  bir  BMP  gəldi.  Sürücüsü  dedi: 
“Mən  arxadan  sənin  BMP-nə  bərk  vuracam, 
bəlkə işə  düşdü”. Arxadan bir neçə dəfə  maşına 
bərk  vurdu;  konservlər  başıma  tökülür,  içalatım 
laxlayırdı. Öz-özümə “İşə düş! İşə düş!” dediyim 
yerdə  birdən  motorun  səsini  eşidib  rahat  nəfəs 
aldım. 
BMP  Deyr  əl-ədəs  kəndinin  girişində  saxladı 
və  mən  tez  maşından  endim.  Gördüyüm  ilk 
adam  Vəhid  adlı  bir  dostum  oldu,  ağız 
nahiyəsindən  yaralanmışdı.  Sursatları  və  qida 
maddələrini boşaldıb onu maşına mindirdim. 


 
140 
Atışma  bir  an  da  dayanmırdı.  Uşaqlar 
sonunda 
dağılmış 
bir 
məscid 
yerləşən 
prospektin  iki  tərəfindəki  divarların  və  üst-üstə 
tökülmüş  köhnə  daş  və  taxta  parçalarının 
arxasına  sığınmışdılar.  Mənə  dedilər  ki,  yola 
çıxsan, 
məscidin 
minarəsindəki 
düşmən 
snayperi  dərhal  vuracaq.  Mən  Fədai  adlı  bir 
döyüşçü ilə birgə idim. Prospektdən irəli getmək 
olmurdu.  Qərara  gəldik  ki,  evlərin  divarlarını 
dəlib  ev-ev  irəliləyək.  Fədai  silahının  süngüsü 
ilə, mən də bir boru ilə divara zərbə endirirdim. 
Bu  minvalla  bir  neçə  ev  irəliləyib  bir  küçəyə 
çatdıq. 
Əbu  Rüqəyyə  ləqəbli  bir  dostum  partlayış 
dalğasına  düşmüşdü,  vəziyyəti  yaxşı  deyildi, 
küçənin 
bir 
tərəfində 
divarın 
yanında 
oturmuşdu. Ona yaxınlaşıb düşmənin olduğunu 
ehtimal  etdiyim  səmtə  doğru  mövqe  seçdim. 
Gözlədim  ki,  digər  uşaqlar  da  gəlsinlər,  yavaş-
yavaş  evləri  yoxlayıb  irəliləyək.  Birdən  küçənin 
sonunda 14,5 mm çaplı bir topu daşıyan maşının 
keçdiyini  gördüm.  Əbu  Rüqəyyə  ilə  birlikdə 
silahlarımızı  tuşlayana  qədər  keçib-getdi.  Yerə 
uzandıq, qayıdan kimi ona atəş açmağa başladıq. 


 
141 
O  da  tez  dövrə  vurub  qayıtdı,  bildi  ki,  oradan 
bizə atəş aça bilməyəcək. 
İrəlilədikcə  sayımız  azalırdı.  Canlı  qüvvə 
sanki  yoxa  çıxmışdı,  batalyon  və  bölükdən 
xəbər-ətər  yox  idi.  Bir  yerdə  bir  bölük 
komandirinin  təkbaşına  vuruşduğunu  gördüm. 
Başqa  bir  küçədə  də  yalnız  üç-dörd  nəfər 
qalmışdı.  Mən  uşaqların  bir  neçəsi  ilə  birgə  bir 
neçə  evə  yerləşdim.  Bəzi  uşaqlar  sevincək  gəlib 
deyirdilər ki, iki-üç düşməni məhv ediblər. 
Düşmən topunu gördüyüm küçə ilə irəlilədik. 
Orada  Seyid  İbrahimi  və  başqa  bir  neçə  nəfəri 
gördüm.  Mənə  dedi  ki,  şəxsi  heyətindən  beş 
nəfərlə  sol  tərəfdən  gedim,  özü  də  sağdan 
hərəkət  etsin.  Gedib  ikimərtəbəli  bir  evə  girdik. 
Ehtiyatla  ikinci  mərtəbəyə  qalxdım.  Təmiz  idi. 
Pəncərənin yanında dayanıb ehtiyatla bayıra göz 
atdım.  Küçənin  sonunda  bir  evin  önündə 
təxminən  yeddi-səkkiz  düşmən  döyüşçüsü 
vardı. “Ya Hüseyn” yazılmış bir bayrağı götürüb 
ələ  salırdılar.  Tez  nişan  alıb  atəş  açdım.  İkisini 
vura  bildim,  digərləri  qaçdı.  Aşağı  enib  Seyid 
İbrahimə  xəbər  verdim.  Dedi:  “Tez  həmin  evə 
gedib  təmizləyin”.  Biz  ora  çatanda  hamısı 
qaçmışdı. 


 
142 
Həmin  ev  onların  əsas  qərargahlarından  biri 
idi.  Otaqlarda  rabitə  aparatı,  bir  raket  oturacağı 
və  çoxlu  sursat  vardı.  Əşyalara  baxdığım  yerdə 
pəncərədən  gördüm  ki,  təxminən  iyirmi  silahlı 
heç bir ehtiyat etmədən, qorxmadan küçədən evə 
doğru  gəlir.  Dərhal  atəş  açmağa  başladıq.  Yerə 
uzandılar.  Seyid  İbrahimə  xəbər  verdim.  Onlar 
da həmin ərazini atəşə tutdular. Tez evin damına 
çıxıb  oradan  atəş  açdım  ki,  evin  tamamilə  bizdə 
olduğunu  bilsinlər  və  yaxınlaşmaq  fikrinə 
düşməsinlər. Həmin ev və ələ keçirdiyimiz ətraf 
evlər silah-sursatla dolu idi. 
Seyid 
İbrahimə 
dedim 
ki, 
məhəlləni 
saxlamaqdan  ötrü  mənə  on  döyüşçü  versin. 
“Bizim  özümüzə  də  döyüşçü  lazımdır”  dedi, 
ancaq  uşaqlardan  dördünü  mənimlə  göndərdi. 
Vəziyyət  sakitləşmiş  kimi  görünürdü,  ancaq  elə 
deyildi. 
Küçədə 
dayanıb 
mövqeyimizi 
araşdırdığım  yerdə  birdən  bir  silahlı  bir  evin 
hasarından  aşıb  küçəyə  çıxdı.  Hər  ikimiz 
özümüzü  itirdik,  bir  neçə  saniyə  bir-birimizə 
baxdıq,  sonra  hər  ikimiz  sürətlə  daldalandıq. 
Uşaqlar  tez  həmin  ərazini  atəşə  tutdular. 
Silahlılar  həmin  evlərdən  və  orada  qoyduqları 
silah-sursatdan keçə bilmirdilər. Tez-tez küçənin 


 
143 
başındakı  ağacların  arxasından  da  boylanıb 
baxırdılar, biz də onlara atəş açırdıq. 
Ratsiyada  çox  səs-küy  vardı,  kənddən 
müxtəlif  xəbərlər  gəlirdi.  Bildim  ki,  uşaqların 
çoxu  digər  bölgələri  qoruya  bilməyib  kəndin 
girişinə qədər geri çəkiliblər. Yerləşdiyimiz ev ən 
ön  xətt  sayılırdı  və  biz  bağdan  açılan  top 
atəşlərinə məruz qalırdıq. 
Bu zaman uşaqlardan Sabiri adlı biri bir Şilka 
zenit-raket kompleksinin üstündə köməyə gəldi. 
Maşının 
üstünə 
14,5 
mm 
çaplı 
top 
yerləşdirilmişdi.  Ona  bir  hədəf  verdim,  nişan 
alıb  bir  neçə  dəfə  atəş  açdı.  Sürücüsü  suriyalı 
olan  başqa  bir  Şilka  da  vardı,  ancaq  sürücü 
döyüşə qatılmayıb geri qayıtdı. 
Seyid  İbrahim  günbatana  yaxın  ratsiyadan 
bildirdi ki, problem yaranıb və bizim evlərimizə 
sarı gəlir. Fatimiyyun snayperlərindən Seyid Əli 
Musəvi  də  yanında  idi.  Tez  dedim  ki,  evin  bir 
hissəsinə  yerləşsin  və  arabir  atəş  açsın. 
Snayperin  səsi  fərqlidir.  Düşmən  bizdə  snayper 
olduğunu  biləndə  canına  qorxu  düşür  və 
müəyyən qədər özünü yığışdırırdı. 
Bu 
zaman 
bölük 
komandirlərindən 
Məhəmməd  Tənha  peyda  oldu.  Bölüyünün 


 
144 
harada olduğunu  bilmirdi.  Tez  ikinci  mərtəbəyə 
qalxıb pulemyotla düşmənə atəş açdı. Orada hər 
kəs  düşmənin  qarşısını  almaqdan  ötrü  əlindən 
gələni  edirdi.  Uşaqların  ikisini  yandakı  evin 
damına  göndərdim,  amma  onlar  yan  küçəyə 
döndülər və daha qayıtmadılar. 
Vəziyyət  çox  ağırlaşmışdı.  Düşmənin  atdığı 
top  mərmiləri  yerləşdiyimiz  evləri  titrədirdi. 
Qorxurduq  ki,  sayımız  bundan  da  azalar. 
Hamımız  səs-küy  salıb  “Ləbbeyk  ya  Zeynəb”, 
“Hizbullah! Maşallah!”, “Ya Hüseyn” qışqırırdıq 
ki,  düşmən  qorxub  geri  çəkilsin.  Şüardan  sonra 
uşaqların  biri  rövzə  oxuyurdu.  Daha  çox 
düşmənin 
bizi 
mühasirəyə 
almasından 
qorxurduq.  Uşaqları  ruhlandırmağa  çalışır, 
qorxmasınlar  deyə  arxamızdakı  yolun  açıq 
olduğunu  söyləyirdim.  Seyid  İbrahimə  dedim: 
“İrəli getmək istəyirəm. Görüm bu lənətə gəlmiş 
topu vura biləcəm, yoxsa yox”. 
Dəra vilayətinin məhsuldar torpağı var, amma 
irili-xırdalı daşlarla doludur. Əkin zamanı böyük 
daşları toplayıb sahənin kənarına düzürlər. Mən 
sürünə-sürünə  belə  daşların  arxasına  çatdım. 
Düşmən topunun  yerini öyrənmək üçün başımı 
qaldıran  kimi  məni  görüb  atəşə  tutdular.  Mən 


 
145 
yerə  yapışmışdım,  mərmilər  iri  daşlara  dəyib 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin