İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə28/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   24   25   26   27   28   29   30   31   ...   67
Abu-baran- 1

On beşinci fəsil  
Həndərat-2 əməliyyatı 
Mən  məzuniyyətdən  qayıdanda  Həndərat-2 
əməliyyatı bitmişdi.  Düşmən bu əməliyyatda da 
geniş  bir  düzənlikdə  14,5  mm  çaplı  topla 
uşaqlarımızın  arxasındakı  yolu  vururmuş  və 
onlar  24  saat  mühasirədə  qalmışdılar.  Seyid 
İbrahim  baldırından  ağır  yaralanmışdı.  Əli 
Şarjinin  qarnına  üç  güllə  dəymişdi,  onu  İrana 
aparmışdılar.  O,  doqquz  aydan  sonra  həmin 
yaralardan  şəhadətə  qovuşdu.  Seyid  İshaq 
Musəvi  adlı  başqa  bir  dostum  da  vardı,  bölük 
komandiri  idi,  şəxsi  heyəti  ilə  birgə  bir  evdə 


 
125 
mühasirəyə  düşmüşdü.  O,  uşaqlarını  BMP-yə 
mindirib geri göndərə bilmişdi. Özü minəndə isə 
arxadan vurub şəhid etmişdilər. 
Şəhidlərin 
sayı 
çox 
idi, 
Fatimiyyunun 
düşərgəsində 
ağır 
ab-hava 
vardı. 
Orada 
olmadığım 
iki 
həftənin 
üzücü 
xəbərləri 
əsəblərimi korlayırdı. 
Bir  gün  Əbu  Hamid  şəxsi  heyət  önündə  çıxış 
etməyə  başlayanda  uşaqların  bir  neçəsi  qalxıb 
şikayətlənməyə 
başladı: 
“Hamınız 
yalan 
deyirsiz.  Həndəratda  bizə  demişdilər  ki, 
artilleriya  vuracaq,  tanklar,  zirehli  maşınlar 
gələcək.  Ancaq  heç  biri  olmadı  və  dostlarımız 
şəhid oldular”. 
Əbu  Hamid  hirslənmədi,  uşaqların  ürəklərini 
boşaltmasına,  etirazlarını  bildirməsinə  imkan 
yaratdı.  Sonra  soyuqqanlılıqla  əməliyyatda  baş 
verənləri  izah  etdi,  hətta  lövhə  üzərində 
mövqeyi  və  vəziyyəti  təsvir  etdi.  Adətən, 
komandir  şəxsi  heyətə  açıqlama  verməzdi, 
amma o, döyüşçülərinin narazılığına biganə qala 
bilmirdi. 
Həndərat  əməliyyatlarında  düşmən  bizi 
gözləyirdi, 
gözlənildiyinin 
əksinə 
olaraq, 
düşməni  qəfil  yaxalaya  bilmədik.  Düşərgəmiz 


 
126 
şəhərdə,  əhalinin  yanında  idi.  Avtobuslar  şəxsi 
heyəti  aparıb-gətirəndə  yalnız  bir  nəfərin  bu 
hərəkətliliyi telefonla düşmənə bildirməsi kifayət 
edirdi.  Bizim  hansı  kəndə  hücum  etdiyimizi 
bilmədiklərinə  görə  silahlılarını  bölgəyə  yayır, 
hər  yerə  həyəcan  siqnalı  verirdilər.  Əksər 
hallarda  irəliləməyimizə  imkan  yaradır,  sonra 
arxadan qayçılayıb mühasirəyə alırdılar. 


 
127 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin