On ikinci fəsil
Həma
Qısa müddətə məzuniyyətə getdim. Bu
müddətdə
bir
əməliyyat
baş
tutdu
və
Fatimiyyundan iyirmi nəfər şəhadətə qovuşdu.
Onların cəsədləri düşmənin nəzarəti altında olan
ərazidə qaldı, əməliyyat da dayandırıldı.
Hamı şəhid cəsədlərindən ötrü narahat idi,
amma əraziyə girmək mümkün deyildi. İyirmi
yaşlı bir Fatimiyyun gənci oraya getmək üçün
plan hazırladı. Axşam yerə uzandı, hər iki
dəqiqədən bir 10-15 metr irəli sürünüb şəhidlərin
cəsədlərinə
çatdı.
Düşmən
tərəfdən
elə
106
görünürdü ki, o da bir cəsəddir. Əlindəki ipi bir-
bir şəhidlərin ayaqlarına bağlayıb getdiyi kimi
də geri qayıtdı və ipi çəkərək cəsədləri öz
tərəfimizə keçirməyə müvəffəq oldu. Mən
məzuniyyətdən qayıdanda şəhid cəsədlərinin
gəldiyinə görə hamı sevinir və o gəncin
cəsarətini alqışlayırdı.
Bir dəfə iclasda Əbu Hamidə dedim: “Mən
daha əşya və ərzaq xidmətində işləmək
istəmirəm. Lütfən, mənə başqa bir iş verin”.
Əbu Hamid dedi: “Həma vilayətində Seyid
Həkimin
rəhbərliyi
altında
bir
batalyon
yaratmışıq. Orada sənə ehtiyac var. Gedə
bilərsən?”
Məmnuniyyətlə qəbul etdim. Qərara gəldik ki,
dostlarımdan Rizvan və Bərati ilə birgə Həmaya
gedək. Seyid Həkimin yanında olacağıma görə
sevinirdim. Onun böyük hərbi təcrübəsi vardı,
yeniyetməlikdən Əfqanıstan müharibələrində
Məhəmməd (s) ordusunda Əbu Hamidin
yanında vuruşmuşdu. Kompüter və elektron
proqramlar sahəsində də çox savadlı idi, ilk
ixtisası isə kəşfiyyat olmuşdu.
2014-cü ilin avqustu idi. Həmin günlərdə
Məleyhə bölgəsi azad olundu, amma bu
107
sevindirici xəbər Fatimiyyun uşaqlarından
doqquz nəfərin şəhadət xəbəri ilə birgə gəldi.
Silahlılar Məleyhədə hər tərəfdən Fatimiyyunun,
Zeynəbiyyunun, iraqlıların və Hizbullahın
hücumu altında idilər. Onlar qaçanda bizim
uşaqlarımızdan doqquz nəfərin yerləşdiyi bir
evlə rastlaşmış və var-gücləri ilə hücum edib
onları öldürmüşdülər. Bundan sonra bütün
Məleyhə bölgəsini boşaldıb getmişdilər, Dəməşq
hava limanından ciddi təhdid də aradan
qalxmışdı. Ondan öncə isə oradan hava limanını
vura bilirdilər.
Həmaya getməzdən öncə eşitdiyimiz son acı
xəbər Fatimiyyunun ruhanisi və dini-tərbiyəvi
işlər üzrə komandir müavini Rzayinin şəhadəti
oldu. O həmişə istəyirdi ki, döyüş yerinə getsin,
amma icazə vermirdilər. Qərara gəlmişdilər ki,
imkan daxilində dini-tərbiyəvi işlər üzrə məsul
şəxslərdən şəhid verməyək. Ancaq heç kim onun
qarşısını ala bilmirdi. Bir dəfə Şərqi Qutədə bir
anbarın başına çıxmış, əmmaməsinə güllə
dəymişdi.
Əbu
Hamid
Fatimiyyunun
fəaliyyətlərini lentə almaq üçün bir kamera
almışdı. Rzayi Fatimiyyunun ilk könüllü
jurnalisti kimi döyüş səhnələrini lentə alırdı.
108
Məleyhədəki döyüş mövqelərinin birində video
çəkərkən şəhadətə qovuşmuşdu.
Həma şəhərinin yaxınlığında, Zeynəlabidin
adlı bir dağın başında ziyarətgah var. Deyilənə
görə, İmam Səccad (ə) Şamdan qayıdanda bir
gecə həmin dağın başında qalıb. O zaman xalq
Əhli-beyti çox sevir, hətta imamı müdafiə
məqsədilə qiyama hazırlaşırmış. Biz orada
olanda isə Həma şəhəri şiə düşmənlərinin
mərkəzi idi. Bu şəhərin əhalisi bizə nifrət edirdi
və biz şəhərdə çox görünməməyə çalışırdıq.
Seyid Həkimin Həmadakı batalyonunun əşya
və ərzaq xidmətinə dostlarımdan Seyid Əli Alimi
adlı bir nəfər rəhbərlik edirdi. Onu kod adıyla
“Əbu Səccad” çağırırdıq. Məni görüb çox
sevindi, dedi ki, bu işdə təcrübəsi yoxdur və bu
xidməti mən təhvil alım. Mən də dedim ki,
birlikdə işləyərik.
Əbu Səccadla bir otaqda qalırdıq. Çox aktiv və
enerjili idi, işlərini sürətlə görürdü. Sübh saat 6-
dan sonra oyanıb otaqlarda gəzir, uşaqlara lazım
olan hər bir şeyi gətirirdi. Çoxları kimi o da bir
yerdə qərar tutub istirahət edə bilmirdi, hər an
işləyirdi. Bəzən gecə saat 11-də məni yuxudan
oyadırdı ki, gedək döyüş yerinə baş çəkək, görək
109
uşaqların bir şeyə ehtiyacı var, yoxsa yox.
Sürücülüyü bacarmadığına görə mən də
razılaşırdım. Mərkəzi anbara gedəndə istədiyini
almayınca qayıtmazdı. Çox yaxşı danışır,
hamının diqqətini çəkə bilirdi. Əbu Hamid
həmişə zarafata deyirdi ki, Əbu Səccadı Suriya
ordusunun əşya xidmətinə buraxsaq, onlardan
iki-üç maşın almayınca qayıtmaz. Axırda elə də
oldu. Danışıq qabiliyyəti o qədər yüksək idi ki,
bir dəfə bir suriyalı generalla günorta yeməyi
təşkil etdi. Seyid Həkimlə mən də getdim. Əbu
Səccad generalı istədiklərimizi verməyə razı
saldı. Həmin görüşdən sonra Fatimiyyuna bir
sursat anbarı və iki maşın verildi.
Biz o vaxta qədər Suriya ordusunun hərbi
hissələrindən birinə yerləşmişdik. Əbu Səccadın
məsləhətləşmələrindən
sonra
məsihilərin
yaşadığı Mühərdə şəhərində bizə müstəqil bir
düşərgə verdilər.
Həmadakı aşpazlar suriyalı idilər, bütün canlı
qüvvəyə öz xörəklərindən bişirirdilər. Bizim
uşaqlarımız isə yeyə bilmir, ac qalırdılar. Əbu
Səccad buna görə narahat idi. O, şam yeməyinə
verilən balıq konservindən başladı, aidiyyəti
şəxslərlə danışdı ki, bizim döyüşçülərimizə
110
həftədə iki dəfə sendviç versinlər. Razılaşdılar və
bizdən yalnız bunun qəbzini istədilər.
Ərəblər arasında belə bir qayda vardı ki,
komandirlərin xörəyi əsgərlərdən fərqli olurdu.
Elə ilk gündə beş yüz xörəyin yanına on xörək
qoyulmuş,
sellofanın
üstünə
flomasterlə
yazılmışdı: “Xüsusi”. Bu on xörəyi Fatimiyyun
komandirləri üçün ayırmışdılar, plovla kartof
yerinə, plovla ətdən ibarət idi. Seyid Həkim
bunu biləndə mətbəxə gəlib sərt etirazını
bildirdi, suriyalı aşpaza dedi: “Sən belə edəndə
döyüşçüm mənim barəmdə nə fikirləşər?!
Döyüşçünü bir kənara qoy, mən Allaha nə cavab
verərəm?!”
Ertəsi gündən daha Fatimiyyun komandirləri
üçün xüsusi yemək ayrılmadı, hamı eyni
xörəkdən yedi.
Bir
müddətdən
sonra
Əbu
Səccad
Fatimiyyunun mətbəxini ayıra bildi. Ondan
sonra
öz
aşpazlarımız
300
Fatimiyyun
döyüşçüsünə İran xörəkləri bişirməyə başladılar.
Suriya ordusu Həmada çox güclü idi.
Dəməşqdə isə ordu komandirləri Fatimiyyunla
öz səngərlərinin yan-yana olmasına çalışırdılar
ki, əsgərləri baxıb ruhlansınlar, qaçmasınlar.
111
Suriya ordusunun Həmadakı uzunmüddətli
planı Murik şəhərini ələ keçirmək idi. Seyid
Həkimlə
birlikdə
suriyalı
generalla
iclas
keçirirdik, israr edirdik ki, Fatimiyyun həm
hücumda iştirak etsin, həm də mövqelərin
bərkidilməsində.
Onlar
isə
razılaşmayıb
deyirdilər:
“Siz
bacarmazsız.
Gedin,
əl-
ayağımıza dolaşmayın”.
Əli Şarji də Həmada idi, zirehli bölükdə tank
sürürdü. Suriyalı general onun barəsində o
qədər eşitmişdi ki, bir dəfə şəxsən ön xəttə onun
manevrlərini yaxından görməyə gəldi. Əli Şarji
onda təsadüfən, bir dağın başında həssas bir
nöqtədən düşmənə atəş açırdı.
Suriya ordusu Mühərdə bölgəsində ön xəttin
bir hissəsini Fatimiyyuna verməyə razı oldu.
Orada şəxsi heyət həmişə hazırlıqlı vəziyyətdə
olurdu, bu səbəbdən hər 24 saatdan bir növbə
dəyişirdi. Bu qüvvələrə Bərati başçılıq edirdi.
Bizim istehkamımızın önündə geniş bir düzənlik
vardı, hamı elə bilirdi ki, hədəfimizdə olduğuna
görə düşmən bu açıq ərazidən bizə hücum edə
bilməz.
Bir axşam Əbu Səccadla birgə arxadakı
mövqedə idim. Birdən ratsiyadan səs-küy
112
qopdu. Deyirdilər ki, düşmən qarşımızda
hücuma hazırlaşır. Uşaqlara əmr verildi ki, hazır
olun, hədəfdə olan kimi atəş açın. Bu vəziyyətdə
yata bilməzdik. Qərara gəldik ki, döyüş yerinə
gedək. Biz yaxınlaşdıqca atəş və partlayış səsləri
də çoxalırdı. Mövqeyin yaxınlığında ratsiyadan
düşmənin qələbə çaldığını bildirdilər. Bir-birinin
ardınca atılan mərmilərə görə irəli getmək
olmurdu. Maşını nisbətən hündür bir divarın
arxasında saxladım. Divarın o tərəfinə bir neçə
top mərmisi dəydi, ancaq o qədər möhkəm idi
ki, bizə zərər toxunmadı. Seyid Həkim də
maşınla gəlib həmin divarın arxasında dayandı.
Ratsiyadan Bəratidən eşitdiyim son söz bu oldu:
“Biz burda otuz nəfərik. Qalanını göndərdim”.
Məqsədi üç nəfər idi. Ratsiyadan danışanda
söyləmək istədiyimiz rəqəmə bir sıfır artırırdıq
ki, düşmən qulaq assa, çaşsın. Təxminən yarım
saatdan sonra səs-küy yatdı və mövqeyə qədər
qalan yolu piyada gedə bildik. Yolda uşaqların
geri çəkildiyini görürdük. Təxminən səkkiz nəfər
də itkin düşmüşdü. Səhərə qədər təyyarə bölgəni
bombaladı. Çünki əl-Nüsrə cəbhəsi irəliləyir,
Suriya ordusunun yerləşdiyi təpəni almağa
113
çalışırdı. Axırda bacarmayıb geri çəkildilər və
biz yenidən mövqeyimizə qayıtdıq.
İstehkamın arxasında hər şey alt-üst olmuşdu,
yer qanla dolu idi. Şəhid Bəratinin və uşaqlardan
iki nəfərin cəsədini gördük. Onları divarın
önündə
dayandırıb
güllələmişdilər.
İtkin
düşmüş uşaqlardan hələ xəbər yox idi.
Həmin gecə geri çəkilmiş uşaqlar hadisə
barədə dedilər:
– Biz torpaq istehkamın arxasında hazır
vəziyyətdə dayanmışdıq. Birdən uzaqdan işıq
gördük. Bir neçə zirehli maşının işıqları idi,
hamısı bir vaxtda yandı və sürətlə bizə doğru
gəlməyə başladı. Onlar 2 km-lik məsafəni çox
tezliklə qət edib istehkama çatdılar. Hər
maşından 15 nəfər endi və üz-üzə döyüş
başlandı. Bərati cəld pulemyotun arxasına keçib
atəş açmağa başladı. Tez-tez qışqırırdı ki, uşaqlar
geri çəkilsinlər...
Seyid Həkim bunları eşidəndə başını yelləyib
heyfsilənir və deyirdi: “Heyf! Çox qəfil
yaxalandıq!”
Biz əsla düşünməzdik ki, düşmən bu qədər
cürətlənib qarşıdan hücuma keçə bilər. Ehtimal
verirdik ki, kənardakı kanaldan hücum edərlər.
114
Orada pusqu da qurmuşduq. Bundan bildik ki,
əl-Nüsrə cəbhəsinin çox peşəkar hərbçiləri var.
Bu hadisədən sonra Suriya ordusunun
Fatimiyyunla rəftarı daha da yaxşılaşdı. Bizə iki
maşın verdilər. Tapşırmışdılar ki, nə qədər
sursat istəsək, versinlər. Hətta israrla bizim
təmizlik işlərimizdən ötrü bir neçə nəfər ayırmaq
istəyirdilər, amma biz razılaşmadıq.
Düzənlikdə itkin düşmüş uşaqlardan altısı
düşərgəyə qayıtdı, iki nəfərdən isə hələ də xəbər
yox idi. Onları tapmaq mənə tapşırıldı. Bir neçə
saatdan sonra biri peyda oldu. Dalğın bir qoca
idi. Dediyinə görə, həmin gecə əynində balon
gödəkcə və başında qara papaqla yatmaq üçün
uşaqlardan uzaqlaşıb. Bir nəfər təpiklə böyrünə
vurub onu oyadıb. Qoca onun əl-Nüsrə
cəbhəsindən olduğunu bilməyib. Qara paltar
geyindiyinə, hava da qaranlıq olduğuna görə
düşmən də onu özlərinki zənn edib. Qoca bir
müddət onun ardınca gedib, axırda ketlərindən
bilib ki, düşməndir. Yavaşca yolunu ayırıb
istehkamın yanındakı kanala girib və oradan
geriyə gəlib.
İkinci adamı tapmaqdan ötrü xəstəxanaya
getdim. Yer və çarpayılar yaralılarla dolu idi.
115
Bir-bir hamısına baxdım. Bir tibb bacısı dedi:
“Bir nəfər var, farsca danışır. Bəlkə də sizin
uşaqlardandır”. Onun yanına getdim. Vəziyyəti
çox ağır idi, bədənində sağlam yer qalmamışdı.
Palçıq üzünü örtmüşdü, ayırd edə bilmirdim.
Tibb bacısına, “Mən bunu tanımıram” – deyib
qayıtmaq istəyəndə şalvarımdan tutub dartdı.
Başımı ağzına yaxınlaşdırdım. O vəziyyətdə
adını söyləmək istəyirdi. Onda onu tanıdım.
Sonralar mənə dedi ki, silahlılar hücum
etməzdən öncə bir işdən ötrü uşaqlardan
uzaqlaşıb, atışma və partlayış səslərini eşidəndə
olduğu
yerdə
sığınacaq
seçib,
vəziyyət
sakitləşəndən sonra isə qalxıb. Uzaqdan ona
silah tuşlamış üç ərəb kişini görüb. Elə bilib ki,
Suriya ordusundandırlar. Buna görə qışqırıb ki,
mən Fatimiyyundanam. Onlar da atəş açıb
sinəsindən vurublar. Mövqe ələ keçəndən sonra
bizim təyyarələrimiz oranı bombardman edəndə
Allah onu qorumuş, ancaq çoxlu torpaq və
palçıq altında qalmışdı. Yalnız üzünün bir
hissəsi torpaqdan bayırda qalıbmış. Ertəsi gün
onu tapıb xəstəxanaya gətirmişdilər.
Bir ildən sonra Əbu Səccad həmin şəhərdə
həmişəlik aramızdan getdi. Məzuniyyət vaxtı
116
gəlmişdi. İşlərini sahmana salıb Dəməşq hava
limanına getmək üçün paltarlarını geyinmişdi.
Getməzdən öncə bilmişdi ki, uşaqların bir qrupu
Həmada bir bölgəyə şəhidlərin cəsədlərini
gətirməyə gedirlər. Tez özünü onlara yetirmişdi.
Bu
tapşırıqdan
qayıtmayacağını
bilsəydik,
onunla yaxşıca vidalaşardıq. Uşaqlar yüngül bir
döyüşlə şəhidlərin cəsədlərini gətirə bilmişdilər,
qayıdanda isə Əbu Səccada güllə dəymişdi.
Uşaqlar
onun
şəhadət
anındakı
məşhur
gülüşünün şəklini çəkmişdilər. Bu şəkil uzun
müddət
Fatimiyyun
döyüşçüləri
arasında
yayıldı.
|