On üçüncü fəsil
Murik Zəfəri
Əbu
Hamid
Seyid
İbrahimi
Həmaya
göndərmək qərarına gəlmişdi. Çünki qərargahın
xüsusi idarəsi onu axtarırdı. Özlərini əfqanıstanlı
kimi qələmə verib Suriyaya gəlmiş iranlıları geri
qaytarırdılar. Kod adı Seyid İbrahim olan
Mustafa Sədrzadə də onlardan idi və o vaxta
qədər gizlənə bilmişdi. O, əməliyyat komandiri
kimi Həmaya gələndə düşərgənin ab-havası
dəyişdi, uşaqlar arasında çox yüksək əhval-
ruhiyyə yarandı. O, gecə-gündüz uşaqlara təlim
keçir, deyirdi: “Əgər yorğunsansa, de: “Ya Əli!”
118
Uşaqların möhkəm “Ya Əli” səsi düşərgənin
ərazisində ümid dolu əks-səda verirdi.
Biz Murik əməliyyatında öz israrımızla iştirak
edirdik. Seyid Həkim Suriya ordusunun
komandirinə demişdi ki, biz mütləq bu
əməliyyatda iştirak etmək istəyirik.
Əməliyyat günü səhər çağından ordu bölgəni
vururdu. Günortadan sonra hücum nöqtəsinə
gedib evlərə yerləşdik. Əli Şarji Suriya
ordusundan da qabaq tankla şəhərə girdi. Biz
şəhərə girəndən sonra silahlılar çox da
müqavimət
göstərmədilər,
şəhəri
saxlaya
bilməyəcəklərini görüb geri çəkildilər. Səhərin
ala-toranlığında Murikin azad olunduğunu elan
etdilər və döyüşçülər küçə-küçə təmizləmə
əməliyyatına başladılar.
Ertəsi gün şəhərin müxtəlif yerlərindən tüstü
qalxırdı. Elə bildim ki, silahlılar əks-hücuma
keçiblər. Ancaq yaxınlaşanda gördüm ki, Suriya
ordusunun
hərbçiləri
elektrik
kabellərini
qoparıblar, mislərini satmaq üçün yandırırlar.
Sonralar bildim ki, azad olunmuş hər bir bölgədə
belə şeyləri satıb aralarında bölürlər.
Bir gün ötdü. Fatimiyyunun yerləşməsi üçün
şəhərdə bir bina seçdik. Ancaq bir qədər sonra
119
ratsiyadan mənə dedilər ki, tez özünü yetir,
burada dava düşəcək. Çatanda gördüm ki, bir
neçə döyüşçümüzlə bir neçə suriyalı arasında
mübahisə
gedir.
Suriyalılarla
danışmaq
istəyəndə gördüm ki, təbii halda deyillər. Bildim
ki, Murikin azadlığı münasibəti ilə onlara spirtli
içkilər veriblər. Uşaqlara dedim ki, hazırlaşın,
gedək özümüzə başqa bir yer tapaq. Binanı
təmizləyib səliqəyə salmış olsalar da, deyinə-
deyinə əşyalarını topladılar. Şəhərin kənarında
bir binaya yerləşdik, mövqeyi bərkitmək üçün
bir neçə gün orada qaldıq, sonra Həma
şəhərindəki düşərgəmizə qayıtdıq.
|