On səkkizinci fəsil
Gözlənilməz görüş
Dəra vilayəti İsraillə həmsərhəddir, orada
çoxlu bazalar yerləşir, süni coğrafi maneələr,
altından gizli yol və tunellər keçən dağ və
təpələr var.
Bir axşam Əbu Hamidlə və Daniyalla birlikdə
oradakı tunel və postlardan keçdik. Hara
getdiyimizi bilmirdim. Əbu Hamiddə bir kart
vardı,
livanlı
hərbçilərə
göstərirdi,
bizi
buraxırdılar. Axırda qaranlıq bir yerə çatıb
maşını saxladıq. Maşından enən kimi bir nəfər
yaxınlaşıb mənə əl verdi.
136
- Necəsən, cavan?
Gecə qaranlıqda üzünü yaxşı görə bilmədim.
O, Əbu Hamidlə bir otağa girəndən sonra
Daniyal mənə dedi: “Bildin o kişi kim idi? Hacı
Qasim idi!”
İnana
bilmirdim.
Çox
həyəcanlandım.
Daniyala dedim ki, gəl, biz də içəri girək. Otağın
sonunda bir qapı vardı, dağın altına açılır,
aşağıya doğru pilləkən gedirdi. Pilləkəndən
endik. Hər iki tərəfində otaqlar olan bir dəhlizlə
rastlaşdıq, orada oturub Əbu Hamidin iclasdan
çıxmasını gözlədik. İclas Təll-Əntər bölgəsində
keçiriləcək əməliyyat barədə idi.
Bizim sağ tərəfimizdə Deyr əl-Ədəs, sol
tərəfimizdə də Kəfər-Şəms kəndləri yerləşirdi.
Onların hər ikisi düşmənin əlində idi. Hücum
nöqtəmiz Səğir təpəsi idi, onun arxasında
Həbariyyə və Təll-Qərin kəndləri vardı.
|