On üçüncü fəsil: Gizli təşkilat
Tәşkilat dedikdә mәqsәd nәdir? Mәlum mәsәlәdir ki,
mәqsәd bugünkü mәnada nizam-intizamlı, lazımlı kadrları,
region, şәhәr vә kәnd komitәlәri, özәklәri olan mütәşәkkil bir
partiya deyil vә ola da bilmәzdi. Bu sözdә mәqsәd ortaq
mәqsәdlә müxtәlif iş vә vәzifәlәri yerinә yetirәn, vahid
mәrkәz vә rәhbәrliyә tabe olan, öz aralarında da müәyyәn
әlaqәlәri, hәmçinin yaxınlıq vә doğmalıq hisslәri olan
insanların birliyidir.
İmam Əlinin (ә) dövründә, Sәqifә ilә xilafәt arasındakı 25
illik müddәtdә xilafәtin insanların xoşuna gәlәn düzgün
fikirlәrinә rәğmәn, hakimiyyәtin әn üstün vә әn fәdakar
müsәlman olan Əli ibn Əbutalibin (ә) haqqı olduğuna inanan,
Əlinin (ә) canişinliyinә dair Peyğәmbәrin (s) sözünü
unutmayan, Sәqifәdәn sonrakı ilk günlәrdә hakimiyyәtә qarşı
etirazlarını vә imama qarşı sәdaqәtlәrini açıq şәkildә bildirәn
xüsusi sәhabәlәr vardı. Sonralar imamı sükuta vә hәtta birinci
xәlifәlәrlә әmәkdaşlığa vadar edәn böyük mәslәhәtә uyğun
olaraq, onlar da ümumi proseslәrdә yer aldılar, lakin heç
zaman öz düzgün fikir vә seçimlәrini әldәn vermәyib hәmişә
Əli (ә) ardıcılı kimi qaldılar. Bu sәbәbdәn haqlı olaraq Əlinin
(ә) şiәsi – ardıcılı, tәrәfdarı adlandırıldılar vә bu adla
mәşhurlaşdılar. Salman, Əbuzәr, Übәy ibn Kәb, Miqdad,
Əmmar vә Hüzeyfә kimi mәşhur vә adlı-sanlı şәxsiyyәtlәr bu
sırada yer alırdılar.
Tarixi faktlar göstәrir ki, bu qrup Şiә düşüncәsini - yәni
düşüncә vә siyasi rәhbәr kimi imama itaәtin zәruriliyini
hәmişә münasib yollarla yayaraq tәdricәn çevrәlәrini
genişlәndirmişlәr. Əlinin (ә) hakimiyyәtini tәmin etmәk üçün
bu iş zәruri sayılırdı.
Əmirәlmöminin (ә) hicrәtin 35-ci ilindә hakimiyyәtә
gәlәndә hakimiyyәt vә imamәtә dair Şiә meyarlarını rәhbәr
tutub imamı hәmin meyarlarla qәbul edәn yalnız hәmin qrup -
yәni ötәn 25 illik dövrdә imamın birbaşa vә dolayısı ilә
224
yetişdirdiyi şәxslәr idilәr. Xalqın әksәriyyәtini tәşkil edәn
digәrlәri dә imamın rәhbәrliyi altında yaşasalar vә әmәldә Şiә
tәfәkkürü istiqamәtindә hәrәkәt etsәlәr da, onları Şiә
tәşkilatına qoşan ideoloji vә mәnәvi bağlantıya malik
deyildilәr. İmamın tәrәfdarları arasındakı bu ikitirәliyi nәzәrә
alsaq, ozamankı müsәlmanların - mәsәlәn Əmmarın, Malik
Əjdәrin, Hücr ibn Ədinin, Sәhl ibn Hüneyfin, Qeys ibn Sәdin
vә digәr tәrәfdәn Əbu Musa Əşәrinin, Ziyadın, Sәd ibn Əbi
Vәqqasın fәrqli rәftarlarını başa düşmәk olar.
Qәbul etmәk lazımdır ki, Şiә tәşkilatının yaradılması üçün
ilk addım hәqiqәtәn İmam Hәsәnin (ә) bәzi böyük şәxslәrlә
görüşündә baş tutsa da, onun layihәsi bu görüşdәn uzun
müddәt qabaq İmam Əli ibn Əbutalibin (ә) öz yaxın
tәrәfdarlarına müraciәtlә proqnoz verdiyi sözdәdir.
İmam Hәsәnin (ә) sülhündәn sonra görülәn çox mühüm iş
Şiә düşüncәsini genişlәndirmәk, zalım Əmәvi şahı tәrәfindәn
tәzyiqә mәruz qalan bu qrupu nizama salmaq idi. Bu qrup indi
Əmәvi şahının zalım iqtidarı vә mәruz qaldığı tәzyiq
sәbәbindәn daha da fәallaşa bilәrdi. Hәmişә belәdir: tәzyiq vә
repressiya mütәşәkkil qüvvәlәri parçalamaq yerinә onların
daha da bәrkimәsinә vә genişlәnmәsinә bais olur.
İmam Hәsәnin (ә) strategiyası vә onun sülhünü qaçılmaz
edәn son sәbәb bunlar idi: etimadlı vә prinsipial Şiә
qüvvәlәrini toplamaq, onları Əmәvi hakimiyyәtinin amansız
antişiә әmәliyyatlarından qorumaq, mәhdud, lakin dәrin
dairәdә әsl İslam tәfәkkürünü yaymaq, potensial qüvvәlәri
cәlb edib şiәlәrә qatmaq, münasib fürsәt gözlәmәk vә nәhayәt,
zamanında hәrәkәtә keçib cahil Bәni-Ümәyyә quruluşunu
dağıtmaq, İslam vә Əli (ә) quruluşunu yenidәn bәrpa etmәk.
İmam sülhdәn sonra Kufәdәn Mәdinәyә qayıdaraq bu
şәhәri yenidәn özünün ideoloji vә siyasi bazasına çevirmişdi.
Bu zaman Museyib ibn Nәcәbәnin vә Süleyman ibn Sürәd
Xüzainin başçılıq etdiyi şiәlәr onun yanına gәlib tәklif etdilәr
ki, hәrbi qüvvәlәri bәrpa edәrәk Kufәni әlә keçirsinlәr vә
yenidәn Şam qoşunlarına qarşı vuruşsunlar. İmam gәlәnlәr
225
arasından bu iki nәfәri seçib onlarla xüsusi görüş keçirdi,
mәzmunu haqda heç bir mәlumat olmayan sözlәrlә onları bu
planın yanlışlığına qane etdi. Onlar öz yoldaşlarının yanına
qayıdanda qısa vә üstüörtülü sözlәrlә başa saldılar ki, hәrbi
qiyam mövzusu bağlanmışdır vә Kufәyә qayıdıb öz işlәri ilә
mәşğul olmalıdırlar.
Bu tarixi mәlumatlara әsaslanan görkәmli vә müasir әrәb
tarixçisi Taha Hüseyn Şiәnin siyasi tәşkilatının bünövrәsinin
hәmin gün hәmin mәclisdә qoyulduğunu söylәyir.
"Siz mәni әldәn verәndәn sonra elә şeylәr görәcәksiniz ki,
özünüzә ölüm arzulayacaqsınız: әdalәtsizlik, düşmәnçilik,
inhisarçılıq, Allahın haqqına qarşı saymazlıq vә can qorxusu.
Belә olduqda ilahi әlaqә ilә özünüzü ümumi şәkildә qorumalı
vә tәfriqәyә getmәmәlisiniz. Müqavimәti, namazı, Allah
zikrini vә tәqiyyәni rәhbәr tutun. Bilin ki, bәndәlәrinin hәr an
bir rәngә düşmәsindәn Allahın acığı gәlir. Haqdan vә haqlıdan
vaz keçmәyin; çünki bizim yerimizә digәrini seçәn hәr bir kәs
dünyanı әldәn verәr, bu dünyadan günahkar köçәr".
1
İmam Əlinin (ә) Əmәvi dövrünün әn mühüm ağrılarını
tәsvir edәn, tәşkilatlanmaya vә birliyә dair fәrman sayılan bu
sözlәri Şiә tәşkilatına aid әn mühüm sәnәdlәrdәndir. İmam
Hәsәnin (ә) әn görkәmli şiәlәrdәn ikisi ilә görüşündә icrasına
başlanan da bu layihәdir. Şübhәsiz ki, bütün şiәlәr çox ağıllı
şәkildә düşünülmüş bu plandan xәbәrdar deyildilәr. Bәzi
dostların etiraz vә iradlarının sәbәbi dә bu idi. Amma
imamdan güman ki, dәfәlәrlә eşidilәn bir cümlәdә hәmin
siyasәtә gizli işarә vurulmuşdur: "Bәlkә bu sizin üçün imtahan
vә müәyyәn vaxta qәdәr möhlәtdir".
Müaviyәnin iyirmiillik zalım hakimiyyәti zamanı Şiә
düşüncәsinin inkişafını, Hicaz vә İraqda şiәlәrin sayının
artmasını tәmin edәn yeganә amil belә tәşkilatlanma idi.
Tarixçilәr hәmin dövrdә bütün müsәlman mәmlkәtindә antişiә
tәbliğatının aparılmasına dair acınacaqlı mәlumatlar
1
"Tühәf әl-üqul", sәh. 82
226
yazmışlar. İmam Əlinin (ә) lәnәtlәnmәsinin әnәnәyә
çevrilmәsi, İmam Hәsәn (ә) vә İmam Hüseyn (ә) tәrәfindәn
açıq fәaliyyәtin müşahidә olunmaması bu dövrә aiddir.
Sülhdәn iyirmi il sonra bu bölgәlәrin düşüncә vәziyyәtinә
nәzәr salaq. Kufәdә şiәlәr әn mәşhur şәxsiyyәtlәrdir.
Mәkkәdә, Mәdinәdә, hәtta bәzi ucqar yerlәrdә dә şiәlәr zәncir
halqaları kimi bir-birinә bağlanmış vә bir-birindәn
xәbәrdardırlar. Bir neçә ildәn sonra Şiә başçılarından olan
Hücr ibn Ədi qәtlә yetirilәndә güclü repressiyaya baxmayaraq
ölkәnin bir neçә yerindә etirazlar ucalır vә mәşhur bir
şәxsiyyәt Xorasanda qәzәbli etirazların ardınca qәm-qüssәdәn
vәfat edir.
1
Müaviyәnin ölümündәn sonra minlәrlә insan
İmam Hüseynә (ә) mәktub yazıb qiyam üçün Kufәyә dәvәt
edir. İmamın şәhadәtindәn sonra on minlәrlә insan qisasçılar
qrupuna qoşulur, Tәvvabin hadisәsindә, yaxud Muxtarın vә
İbrahim ibn Malikin qoşununda Əmәvi hakimiyyәtinә qarşı
qiyam edir.
İslam tarixinin tәdqiqatçısı özündәn soruşur: Şiә
tәfәkkürünün vә Şiә tәmayüllәrinin bu hәddә genişlәnmәsi
vahid vә yekdil Şiә qrupu - yәni İmam Hәsәnin (ә) sülhdәn
dәrhal sonra proqnoz verdiyi tәşkilat tәrәfindәn mütәşәkkil vә
düşünülmüş fәaliyyәt olmadan mümkün olardımı?! Şübhәsiz
ki, cavab mәnfidir. Mütәşәkkil, yekdil vә tәbii ki, mәxfi bir
qrup tәrәfindәn idarә olunan mәqsәdyönlü tәbliğat
aparılmadan hakim Əmәvi rejiminin yüzlәrlә qazi, qiraәtçi,
natiq vә vali vasitәsi ilә apardığı mәqsәdyönlü tәbliğatına
cavab vermәk vә bәzi hallarda onu zәrәrsizlәşdirmәk mümkün
olmazdı.
Müaviyәnin ölümünә yaxın bu mütәşәkkil fәaliyyәt
güclәnmiş vә sürәtlәnmişdi. Belә ki, Mәdinәnin hakimi
imamın fәaliyyәtlәri haqda topladığı mәlumatlara әsasәn
Müaviyәyә yazdı: "Ömәr ibn Osman İraqın vә Hicazın bәzi
tanınmış adamlarının Hüseynin (ә) yanına get-gәl etdiklәrini
1
Razi Ali-Yasin, İmam Hәsәnin (ә) sülhü.
227
vә güman ki, qiyama hazırlaşdıqlarını xәbәr verdi. Mәn bunu
araşdırdım vә onların kütlәvi etiraz niyyәtlәrinin olduğunu
öyrәndim. Öz fikrini vә fәrmanın yaz".
1
Kәrbәla hadisәsindәn
vә imamın şәhadәtindәn sonra şiәlәrin mütәşәkkil fәaliyyәti
İraqda qat-qat artıq güclәndi vә nizama düşdü. Kufә şiәlәrinin
çoxu hakimiyyәtin tәzyiqi altında çaş-baş qalaraq özlәrini
Aşura döyüşünә çatdıra bilmәmişdilәr. Bu, hәmin şiәlәrin
psixoloji vәziyyәtinin yaratdığı durum idi, onların tәәssüf vә
kәdәrlәri buna xüsusi rәng qatırdı.
Mәşhur tarixçi Tәbәri yazır: "Bu qrup daim silah
toplamaqla, hәrbi hazırlıqla, şiәlәri vә qeyri-şiәlәri gizli
şәkildә Hüseynin (ә) intiqamını almağa çağırmaqla mәşğul
idi. İnsanlar dәstә-dәstә onlara qatılırdı. Bu proses gedәrkәn
Yezid ibn Müaviyә öldü".
2
"Cihad әş-Şiә" kitabının müәllifi haqlı olaraq yazır: "Şiә
cәmiyyәti Hüseynin (ә) şәhadәtindәn sonra siyasi mәqsәdlәrin
vә dini etiqadların birlәşdirdiyi, rәhbәrlәrin vә döyüşçü
qüvvәlәrin toplandığı mütәşәkkil bir qrupa çevrildi. Tәvvabin
qrupu onların ilk timsalı idi.
3
Tarixi hadisәlәrdәn, hәmçinin tarixçilәrin fikirlәrindәn başa
düşmәk olar ki, Müaviyәnin dövründә, elәcә dә İmam
Hüseynin (ә) şәhadәtindәn sonra baş verәn hadisәlәrdә yeganә
tәşәbbüsçü vә rәhbәr şiәlәr olmuşdur. Digәr maraqlara, Əmәvi
hakimiyyәtindәn narazılıqlarına, yaxud başqa amillәrә görә
әmәldә şiәlәrlә әlbir olan, döyüşlәrdә iştirak edәnlәr dә çox
idi. Tarixin bu dönәminin müxtәlif hadisәlәrindә iştirak edәn,
fәal, yaxud adi rol oynayan bütün şәxslәrin şiә - yәni
imamların yaratdığı mütәşәkkil qrupun üzvü olduqlarını
söylәmәk olmaz.
Yuxarıda deyilәnlәrdәn sonra üzәrindә dayanmaq istәdiyim
mәqam budur ki, İmam Hüseynin (ә) şәhadәtindәn sonraya
1
Mәlumat "әl-Əxbar әt-tival" kitabında qeyd olunmuşdur.
2
Tәbәri, c. 7
3
"Cihad әş-Şiә", sәh. 27
228
qәdәr şiә adı İmam Əlinin (ә) dövründә olduğu kimi yalnız
düşüncә vә әmәl baxımından hәqiqi imamla güclü vә bәlli
әlaqәyә sahib olanlara şamil edilirdi. İmam Hәsәnin (ә)
sülhündәn sonra onun fәrmanı ilә mütәşәkkil Şiә tәşkilatını
yaradan, özlәrinin güclü vә geniş tәbliğatları ilә düşüncә vә
ideologiya baxımından özlәri kimi olmayan çoxlarını Şiә
tәşkilatına vә hadisәlәrinә çәkәn bu qrup idi. Bu söhbәtin
әvvәlindә İmam Sadiqdәn (ә) bir hәdis söylәdim ki, möminlәr
üç, yaxud beş nәfәrdәn ibarәt idi. Burada mәqsәd hәmin
qrupdur - yәni şiәlәr, imamların yaxın әtrafı, Əli (ә) vә Haşim
övladlarının inqilablarının dinamik hәrәkәtindә mәqsәdli vә
hәlledici rol oynayan şәxslәr.
İmam Sәccadın (ә) gizli vә zahirәn sakit görünәn fәaliyyәti
nәticәsindә bu qrup öz potensial kadrlarını tapdı, hәrәkәtә
gәtirdi, artırdı vә İmam Sadiqin (ә) indi işarә vurduğum
rәvayәtdә söylәdiyi kimi xalq onlara qoşuldu vә çoxaldılar.
İmam Sәccad (ә), İmam Baqir (ә) vә İmam Sadiqin (ә)
dövründә bu qrupun şübhәli hәrәkәti xilafәt başçılarını
qorxudur vә bәzәn sәrt reaksiyalara vadar edirdi.
Qısası budur ki, İslamın ilk әsrlәrindә, imamların dövründә
şiә vә qeyri-şiәlәrә görә şiә adı yalnız qәlbindә Peyğәmbәr (s)
ailәsini sevәn, yaxud mәrkәzindә imamların durduğu
fәaliyyәtlәrdә iştirak etmәsә belә, onların haqlı olmasına vә
dәvәtlәrinin doğruluğuna sadәcә inanan şәxsә şamil olmurdu.
Şiә olmağın bunlardan әlavә mühüm vә zәruri bir şәrti vardı
vә o, imamla düşüncә vә әmәl әlaqәsi, qәsb olunmuş haqqı
geri qaytarmaq, Əli (ә) vә İslam quruluşu qurmaq üçün
imamın tәşәbbüsü vә rәhbәrliyi ilә aparılan ideoloji, siyasi vә
bәzәn hәrbi fәaliyyәtlәrdә iştirak etmәkdir. Bu әlaqә Şiә
әdәbiyyatında vilayәt adlanır. Şiә sözü әslindә imamәt
tәşkilatı, imamın rәhbәrliyi ilә müәyyәn fәaliyyәtlәr göstәrәn
vә repressiya dövründә bütün narazı partiya vә tәşkilatlar kimi
mәxfi şәraitdә yaşayan qrupun adı idi. Bu, imamların, xüsusәn
dә İmam Sadiqin (ә) hәyatına dәqiq bir baxışın xülasәsidir.
Qeyd etdiyim kimi, bunu isbat etmәk üçün açıq dәlillәr
229
gözlәmәk olmaz. Çünki gizli bir obyekti tapmaq üçün plakat
axtarmazlar. Baxmayaraq ki, qәti fakt olmadan onu qәbul
etmәk dә düzgün deyil. Odur ki, tarixi mәlumatları, fakt vә
işarәlәri araşdırmaq lazımdır. (Sadiq rәhbәr, sәh. 97-107)
|