222
Bu şәbәkә İslam mәmlәkәtinin
bir çox ucqar yerlәrindә,
xüsusәn dә İraqın әrәblәr yaşayan hissәsindә vә Xorasanda
üzәrinә imamәt mәsәlәsinә dair gözәçarpan vә sәmәrәli
fәaliyyәtlәr götürmüşdü.
Lakin bu, mәsәlәnin yalnız bir üzü
vә kiçik hissәsidir. İmam Sadiqin (ә) vә hәmçinin digәr
imamların siyasi hәyatında mәxfi tәşkilat amili onların macәra
dolu hәyatlarının
әn mühüm, әn qızğın vә eyni zamanda әn
mәchul vә tanınmaz hissәlәrindәndir.
Qeyd etdiyim kimi, belә bir tәşkilatın olmasını isbat etmәk
üçün açıq-aşkar sәnәd gözlәmәk olmaz. İmamlardan, yaxud
onların yaxın әtraflarından birindәn
Şiә mәzhәbinin siyasi-
ideoloji tәşkilatına dair açıq etiraf gözlәmәk düzgün deyil. Bu,
deyilәsi bir şey deyildi. Normal gözlәnti budur ki, düşmәn
imamın gizli tәşkilatının olduğunu anlayıb
onun özündәn,
yaxud yaxınlarının birindәn bu haqda soruşanda da belә bir
şeyi tamamilә inkar etsin, bunu bir bәdgümanlıq
vә ya iftira
adlandırsın. Mәxfi işin xislәti belәdir. Tәbii ki, imamların
tarixini tәdqiq edәnlәrdәn dә yetәrli әsas vә dәlil olmadan belә
bir tәşkilatın varlığını qәbul etmәlәrini gözlәmәk olmaz.
Faktları, mәlumatları, zahirәn sadә görünәn hadisәlәrin adi
tamaşaçının diqqәtini cәlb etmәyәn,
diqqәtlә baxanda isә
çoxlu gizli mәsәlәlәrdәn xәbәr verәn mәğzini araşdırmaq
lazımdır. İmamların 250 illik bütün hәyatına bu baxışla nәzәr
salsaq, onların başçılıq etdiyi belә gizli tәşkilatın olduğuna
tәxminәn әmin olarıq. (Sadiq rәhbәr, sәh. 96-97)