Şiə fiqhinə uyğun din hökmlərinin təbliği
Bu da İmam Sadiqin (ә) hәyatında görünәn aydın bir işdir.
Bunu digәr imamlardan daha fәrqli, daha açıq vә düzgün
formada görmәk olar. Belә ki, Şiә fiqhi Cәfәri fiqhi
adlandırılmışdır. İmamın siyasi fәaliyyәtini görmәzdәn
gәlәnlәrin hamısı İmam Sadiqin (ә) öz dövrünün әn böyük elm
vә fiqh mәrkәzinә, yaxud belә mәrkәzlәrdәn birinә malik
olmasında yekdildirlәr. Bu arada imamın hәyatının әksәr
tәdqiqatçılarına gizli qalan nüans onun siyasi vә etirazçı
mәnasıdır. Biz indi bu haqda danışacağıq.
Öncә bilmәk lazımdır ki, İslamda xilafәt institutu bu
baxımdan bütün üsul-idarәlәrdәn fәrqlәnir, yalnız siyasi bir
tәşkilat yox, siyasi-dini rәhbәrlikdir. İslam hakiminә xәlifә
titulunun verilmәsi onun yalnız siyasi rәhbәr yox, hәm dә
Peyğәmbәr canişini olmasını göstәrir. Peyğәmbәr isә bir dinin
banisi, әxlaq müәllimi vә tәbii ki, eyni zamanda siyasi hakim
1
"Bihar әl-әnvar", c. 72, sәh. 394
218
vә rәhbәrdir. Demәli, İslamda xәlifә siyasәtdәn әlavә, hәm dә
xalqın dini işlәrini idarә edir vә dini rәhbәr sayılır.
Bu qәti mәsәlә ilk İslam xәlifәlәrindәn sonra hakimiyyәtә
gәlәn, dini mәlumatları çox zәif olan, bәzәn isә ümumiyyәtlә
olmayan hakimlәrin bu boşluğu özlәrinә bağlı dini
şәxsiyyәtlәr vasitәsi ilә doldurmaq, öz saraylarına muzdur
fәqih, tәfsirçi vә hәdisşünaslar gәtirmәklә din vә siyasәti
yenidәn sintezlәmә cәhdlәrinә sәbәb oldu.
Hökumәtdә şәriәtә bağlı qüvvәlәrin çalışmasının başqa bir
faydası bu idi ki, onlar zalım hakimin istәyinә vә fәrmanına
uyğun olaraq din hökmlәrini asanlıqla dәyişdirә, Allah
hökmünü adi vә avam insanlar tәrәfindәn ayırd edilmәyәn
ictihad pәrdәsi altında padşahların xeyrinә tәhrif edә bilirdilәr.
Ötәn әsrlәrin tәdqiqatçı vә tarixçilәri әksәrәn siyasi
iradәnin göründüyü saxta hәdis vә tәfsirlәrә dair dәhşәtli
nümunәlәr qeyd etmişlәr. Hicrәtin birinci әsrinin sonlarına
qәdәr daha çox hәdis vә rәvayәt formasında görülәn bu iş
yavaş-yavaş fәtva formasına da düşmüşdü. Bәni-Ümәyyә
hakimiyyәtinin sonlarında, Bәni-Abbas hakimiyyәtinin
әvәllәrindә Qiyas vә İstehsan kimi bidәtçi üsullardan istifadә
edib İslam hökmlәrini әksәrәn hakim qüvvәlәrin istәyinә
uyğunlaşdıran çoxlu fәqihlәr olmuşdur. Bu iş eynilә Quran
tәfsirindә dә hәyata keçirdi. Tәfsirçinin Quranı şәxsi fikrinә
uyğun tәfsir etmәsi Allahın hökmünü asanlıqla dәyişib xalqı
tәfsirçinin, daha doğrusu, әksәrәn hakim qüvvәlәrin fikrinә
inandıra bilirdi.
Belәliklә qәdim İslam dövrlәrindәn fiqh, hәdis vә tәfsir
sahәlәri iki ümumi cinaha bölündü: biri qәsbkar hakimlәrә
bağlı olan, әksәr hallarda hәqiqәti hökumәtlәrә qurban verәn
vә dәyәrsiz sәrvәt qarşılığında Allahın hökmünü tәhrif edәn,
digәri isә heç bir mәslәhәti düzgün ilahi hökmlәrdәn önә
keçirmәyәn, buna görә dә hәr bir addımda hökumәtlә vә onun
muzdur fәqihlәri ilә üz-üzә gәlәn ortodoks vә düzgün cinah.
İkinci cinah o zamandan әksәr hallarda mәxfi vә qeyri-rәsmi
fәaliyyәt göstәrirdi.
219
Deyilәnlәrә әsasәn, aydın şәkildә başa düşmәk olar ki,
Cәfәri fiqhi İmam Sadiq (ә) dövrünün rәsmi fәqihlәrinin fiqhi
qarşısında yalnız bir fikir ayrılığı deyildi, eyni zamanda iki
etirazçı mәzmunu da ehtiva edirdi. Bunların birincisi vә daha
mühümü hakim qüvvәlәrin dini mәlumatsızlığının, xalqın
düşüncә idarәsinә acizliyinin - yәni әslindә xilafәt mәqamı
üçün sәlahiyyәtsizliyinin isbatı, digәri isә rәsmi fәqihlәrin öz
xeyirlәrini güdmәlәrindәn, hakim qüvvәlәrin istәk vә
әmrlәrinә tabe olmalarından doğan tәhrif nümunәlәrini bәlli
etmәk idi. İmam Sadiq (ә) hakimiyyәtә bağlı alimlәrdәn fәrqli
şәkildә elm mәrkәzi yaratmaqla, fiqh, İslam tәlimlәri vә Quran
tәfsiri dәrslәri demәklә faktiki olaraq rejimә qarşı çıxırdı. O
hәzrәt bununla xәlifәlәrin hakimiyyәtinin mühüm bir tәmәli
sayılan bütün rәsmi din vә fiqh tәşkilatının yanlışlığını üzә
çıxarır, hökumәtin dini legitimliyini sarsıdırdı.
Bәni-Ümәyyә hakimiyyәtinin İmam Sadiqin (ә) elm vә fiqh
fәaliyyәtinin etirazçı cәhәtinә nә qәdәr diqqәt yetirmәsinә dair
aydın vә qәti sәnәd yoxdur. Lakin böyük ehtimal budur ki,
Bәni-Abbas, xüsusәn dә güclü istedadı, bacarığı, hәm dә
xilafәtdәn qabaqkı bütün ömrünü Əmәvilәr әleyhinә
mübarizәdә keçirdiyinә görә Əli (ә) övladlarının mübarizә
taktikalarından dәqiq mәlumatı olan Mәnsurun dövründә
xilafәtin bu dolayı mübarizәnin rolundan xәbәrdar olduğunu
söylәmәk olar.
Mәnsurun İmam Sadiqin (ә) elmi fәaliyyәtlәrinә qarşı
sonsuz tәzyiq vә tәhdidlәri bu mәlumatdan irәli gәlmişdir.
Hicazın vә İraqın mәşhur fәqihlәrini öz hakimiyyәtinin
paytaxtına toplamaqda çox israrlı olması da hәmin ehtiyacdan
irәli gәlmişdir. İslama görә elmdәn uzaq bir şәxsin xәlifә vә
hakim olmağa haqqı yoxdur. İmam Sadiqin (ә) öz tәrәfdarları
vә yaxınları ilә müzakirә vә dәrslәrindә bu amildәn istifadә
etmәsi aydın görünür. Yәni imam özünün fiqh vә Quran
dәrslәrindә olan etirazçı mәzmunu açıq şәkildә dә söylәmişdir.
O hәzrәtdәn nәql olunan bir hәdisdә buyurur ki, biz Allah
tәrәfindәn itaәti vacib buyurulanlarıq; halbuki siz elә adamlara
220
itaәt göstәrirsiniz ki, insanlar onların cahilliyinә görә Allah
yanında üzürlü olmayacaqlar.
1
Yәni yanlış rәhbәrlәrin
cәhalәti sәbәbindәn yoldan çıxanlar, Allah yolundan
yayınanlar Allah yanında belә bir bәhanә gәtirә bilmәzlәr ki,
biz öz seçimimizlә yanlış yolu getmәmişik, rәhbәrlәrimiz bizi
bu yola sövq etmişlәr. Belә rәhbәrlәrә itaәt etmәyin özü
düzgün olmadığına görә sonrakı yanlış işlәrin gühanını da
götürә bilmәz.
İnqilabi İslam cәmiyyәtindә siyasi vә inqilabi rәhbәrliyin
zәruri olaraq dini-ideoloji rәhbәrliklә eyniliyi İmam Sadiqdәn
(ә) öncәki vә sonrakı imamların tәlimlәrindә dә açıqca
görünür. İmam Əli ibn Musa Riza (ә) babası İmam
Mәhәmmәd Baqirdәn (ә) nәql etdiyi rәvayәtdә imamlarda
olan silahı keçmiş Bәni-İsrail tayfaları arasında olan tabuta
bәnzәdir: "Bizim silahımız Bәni-İsrailin tabutu kimidir. Tabut
kimdә olsaydı, nübüvvәt – bir rәvayәtdә isә hökumәt – ona
mәxsus idi. Bizdә dә silah kimdә olsa, rәhbәr vә başçı odur".
Bu sözün çox dәrin mәfhumuna vә simvolik formasına diqqәt
yetirin. Rәvayәtçi soruşur ki, silahın elmsiz bir şәxsdә olması
mümkündürmü? İmam cavab verir ki, xeyr.
2
Yәni müsәlman
ümmәtin inqilabi vә siyasi rәhbәrliyi silaha vә elmә sahib
olana mәxsusdur.
Demәli, imam bir tәrәfdәn imamәtin şәrtini din elmi vә
Quranın düzgün dәrki bilir vә digәr tәrәfdәn elm mәrkәzi
yaratmaqla, din elminә maraq göstәrәn çoxlu insanları әtrafına
toplamaqla, fiqh, hәdis vә tәfsir elmlәrinin ümumi
vәziyyәtindәn, xilafәtә bağlı alim, hәdisşünas vә tәfsirçilәrdәn
fәrqli şәkildә din öyrәtmәklә әmәli olaraq öz dinşünaslığını,
xilafәtin isә bütün muzdur vә adlı-sanlı alimlәri ilә birgә
dinşünas olmadığını isbatlayır, bununla davamlı, güclü vә
sakit hücuma keçib mübarizәsinә yeni istiqamәt bәxş edir.
1
"Əl-Kafi", c. 1, sәh. 186
2
Yenә orada, sәh. 238
221
Qeyd etdiyim kimi, hakimiyyәtdәn öncә özlәri illәrlә Əli
(ә) övladlarının apardığı mübarizәlәrdә iştirak edәn, Əli (ә)
ailәsinin tәrәfdar vә ardıcıllarının kәnarında yaşayan vә
onların bir çox sirlәrinә vaqif olan ilk Abbasi hökmdarları bu
hәdis vә tәfsir dәrslәrinin siyasi әhәmiyyәtini öz Əmәvi
sәlәflәrindәn yaxşı anlayırdılar. Bәlkә elә buna görә Mәnsur
Abbasi İmam Sadiqlә (ә) mәkrli çәkişmәlәri әsnasında uzun
müddәt ona xalqla ünsiyyәti, onlara din öyrәtmәyi, xalqa da
onun yanına get-gәl etmәyi vә bir şey soruşmağı qadağan etdi.
Mәşhur Şiә şәxsiyyәtlәrindәn olan Müfәzzәl ibn Ömәrin
dediyinә görә, evlilik, talaq vә digәr bu kimi mәsәlәlәr qarşıya
çıxanda insanlar o hәzrәtin cavabını asanlıqla әldә edә
bilmirdilәr.
1
(Sadiq rәhbәr, sәh. 88-95)
Dostları ilə paylaş: |