Ayətullah Seyid Əli Xamenei



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
250-YAŞLI-İNSAN

On 
birinci 
fəsil: 
Bəni-Üməyyə 
hakimiyyətinin sonları və İmam Sadiqin 
(ə) imaməti 
İmam Baqir (ә) әn qüdrәtli Bәni-Ümәyyә xәlifәlәrindәn 
biri olan Hişam ibn Əbdülmәlikin şahlığı dövründә 57 yaşında 
vәfat etdi. Böyük müsәlman ölkәsinin hәr tәrәfindә mövcud 
olan 
gәrginlik, 
Əmәvi 
hökumәtinin 
saysız-hesabsız 
problemlәri Hişamın Şiә tәşkilatının döyünәn ürәyi İmam 
Baqirә (ә) qarşı tәxribat vә bәdxahlığına mane olmurdu. 
Muzdurları onun tövsiyәsi ilә imamı zәhәrlәdilәr, zalım 
Əmәvi tağutluğu ölkәnin qәrb vә şәrq sәrhәdlәrindәki 
zәfәrlәrinin hәzzini ölkә daxilindәki әn böyük vә әn tәhlükәli 
düşmәnini qәtlә yetirmәklә tamamladı. 
Bәni-Ümәyyә rejimi İmam Baqirin (ә) hәyatının son 
illәrindә vә övladı İmam Sadiqin (ә) imamlığının ilk illәrindә 
özünün әn macәralı dönәmlәrindәn birini yaşayırdı. Bir 
tәrәfdәn şimal-şәrq sәrhәdlәrindә yerlәşәn Türküstan vә 
Xorasana, şimalda yerlәşәn Ön Asiya vә Azәrbaycana, Qәrbdә 
yerlәşәn Afrika, Andalos vә Avropaya hәrbi yürüşlәr edilirdi, 
digәr tәrәfdәn dә Ərәb İraqı, Xorasan vә Şimali Afrika 
bölglәrindә әsasәn narazı vә mәzlum yerlilәr tәrәfindәn, bәzәn 
dә monqol Əmәvi sәrkәrdәlәrinin tәhriki, yaxud yardımı ilә 
ardıcıl qiyamlar baş verirdi. Hәmçinin hәr yerdә, xüsusәn dә 
Bәni-Ümәyyәnin böyük mülkәdarlarının mәskәni, әksәrәn 
xәlifәyә, yaxud digәr dövlәt başçılarına mәxsus mәhsuldar 
torpaq olan İraqın qarışıq etnik durumu, Hişamın vә onun 
İraqda qüdrәtli valisi olan Xalid ibn Abdullah Qәsrinin 
fantastik israfçılıqları, quraqlıq vә müxtәlif yerlәrdә, o 
cümlәdәn Xorasanda, İraqda vә Şamda yayılmış taun xәstәliyi 
Bәni-Ümәyyә rejimi vә onun әn mәşhur başçılarından biri 
tәrәfindәn idarә olunan böyük müsәlman mәmlәkәtinә qәribә 
görünüş verirdi. İslam dünyasının әn mühüm itkisini - mәnәvi, 


203
elmi vә düşüncә itkisini dә bütün bunlara әlavә etmәk 
lazımdır. 
Yoxsulluğun, 
müharibәnin 
vә 
xәstәliyin 
Əmәvi 
hökmdarlarının istibdadından yaranan bir ildırım kimi zavallı 
insanların başına çırpıldığı, yandırıb külә çevirdiyi pәrişan vә 
qәmli cәmiyyәtdә fәzilәt, tәqva, әxlaq vә mәnәviyyat ağacının 
cücәrmәsi qeyri-mümkünlәr sırasında idi. Yazıq vә mәzlum 
xalqa arxa durmalı olan ruhani, qazi, hәdisçi vә tәfsirçilәr 
nәinki düyün açmır, çox zaman özlәri dә bir şәkildә vә bәzәn 
siyasәt adamlarından da tәhlükәli formada xalqın 
problemlәrini artırırdılar. Fiqh, kәlam, hәdis elmlәrinin vә 
sufiliyin mәşhur şәxsiyyәtlәri, o cümlәdәn Hәsәn Bәsri
Qütadә ibn Diamә, Mәhәmmәd ibn Şahab Zöhri, İbn Bişr, 
Mәhәmmәd ibn әl-Münkәdir, İbn Əbi Leyla vә onlarla belә 
alim әslindә xilafәtin fiqurlarına, yaxud әmir vә hakimlәrin 
oyuncaqlarına çevrilmişdilәr. 
Tәәssüf doğurur ki, belә nüfuzlu şәxsiyyәtlәrin hәyatını 
araşdırarkәn insanda çirkin arzulara - vәzifә, ad-san, mal-
dövlәt istәyinә bulaşmış insanlar, yaxud qorxaq, әskik vә 
rahatlığını düşünәn zavallılar, yaxud riyakar vә axmaq 
zahidlәr, yaxud qanlı kәlam vә etiqad mübahisәlәri ilә mәşğul 
olan alimnümalar tәsәvvürü yaranır.
Yaxşı etiqad vә xarakterlәri dirçәltmәli olan Quran vә hәdis 
hakim qüvvәlәrin әlindә alәtә, yaxud belә bәdbәxt vә azğın 
ünsürlәrin sәmәrәsiz ömrünün mәşğulluğuna çevrilmişdi. 
Belә zәhәrli, qapalı vә qaranlıq mühitdә, ağır vә çәtin 
dövrdә İmam Sadiq (ә) ilahi әmanәt yükünü üzәrinә götürdü. 
Şiә әdәbiyyatında mövcud olan mütәrәqqi imamәt mәfhumu 
belә ağır vә qaranlıq dövrün sәrgәrdan, aldanmış, mәzlum vә 
çaşqın insanları üçün hәqiqәtәn çox zәruri vә hәyatidir. Dedik 
ki, imamәt iki hәyati amilin qaynağıdır: düzgün İslam 
tәfәkkürünün vә әdalәtli tövhid quruluşunun. İmamın üzәrinә 
dә bu iki vәzifә düşür. O әvvәlcә mәktәbi izah etmәli, başa 
salmalıdır. Bunun özü tәhriflәrlә, cahil vә qәrәzli 
fәaliyyәtlәrlә mübarizәyә dә şamil olur. Bundan sonra isә 


204
haqlı tövhid quruluşunun әsasını qoymaq, ona şәrait yaratmaq 
vә belә bir quruluşun olduğu tәqdirdә onu davam etdirmәk 
lazımdır. İndi belә bir әlverişsiz şәraitdә İmam Sadiq (ә) bu 
әmanәt yükünü vә sözügedәn iki vәzifәni üzәrinә götürür; hәr 
iki vәzifә eyni zamanda onun üzәrinә düşür. Hansına daha tez 
başlayacaq? Düzdür, siyasi işlәr çox çәtindir; elә bir şey deyil 
ki, Hişam Əmәvi bütün mәşğuliyyәt vә problemlәrinә 
baxmayaraq, onu bağışlasın vә ondan ağır intiqam almasın. 
Düşüncә fәaliyyәti, yәni tәhriflә mübarizә isә әslindә xilafәtin 
- tәhrif olunmuş dinә әsaslanmadan yaşamağa qadir olmayan 
rejimin şah damarını kәsmәk demәkdir. Demәli, bunu da ona 
bağışlamayacaqlar; nә Hişam, nә dә azğın cәmiyyәtin ümumi 
istiqamәtindә hәrәkәt edәn vә fәaliyyәt göstәrәn din alimlәri. 
Digәr tәrәfdәn, Şiә mәzhәbinin inqilabi tәfәkkürünü 
genişlәndirmәyә şәrait var. İnqilab doğuran üç amil kimi 
müharibә, yoxsulluq vә istibdad var, qabaqkı imamın 
fәaliyyәti dә yaxın vә hәtta uzaq bölgәlәrdә müәyyәn imkanlar 
yaratmışdır. 
İmamәtin ümumi strategiyası xalqın bir qrupunun imamәt 
ideologiyasını qәbul edib hәvәslә hәyata keçmәsini gözlәdiyi, 
başqa bir qrupun isә ciddi mübarizә tәşkilatına qoşulduğu 
cәmiyyәtdә tövhid vә Əli (ә) inqilabı etmәkdir. Bu ümumi 
prosesin mәntiqi şәrti Şiә tәfәkkürünü yaymaq vә mәxfi Şiә 
tәşkilatını bacarıqlı vә fәdakar kadrlarla tәmin etmәk üçün 
bütün İslam dünyasında ümumi tәbliğat aparmaqdır. Hәqiqi 
imamәt dәvәtinin çәtinliyi dә bundadır. Hakimiyyәti hәr növ 
zorakılıqdan, tәcavüzkarlıqdan, xalqın azadlıq hüququnu 
tapdamaqdan uzaq saxlayıb İslamın әsas prinsip vә 
meyarlarına cavab verәn ideal bir dәvәt mütlәq xalqın şüuruna 
güvәnmәli vә onların tәbii ehtiyac hissinin fonunda inkişaf 
etmәlidir. Əksinә, zahirdә ideoloji şüarlarla işә başlayan
әmәldә isә bütün hakim qüvvәlәr kimi dәyәnәk göstәrәn, 
özünün әxlaqi vә ictimai prinsiplәrinә göz yuman 
mübarizәlәrdә belә çәtinlik yoxdur. İmamәt hәrәkatının 
uzunluğunun, hәmçinin bu hәrәkata paralel hәrәkatların, 


205
mәsәlәn Abbasilәr hәrәkatının inkişafının vә nisbi 
mәğlubiyyәtinin sirri budur. Bu mәsәlәni tarixi faktlarla vә 
daha geniş şәkildә izah edәcәyik. 
Əlverişli şәrait, hәmçinin qabaqkı imamın yaratdığı 
imkanlar 
İmam Sadiqin (ә) Şiә hәrәkatının uzun 
mәşәqqәtlәrindәn sonra şiәlәrin illәrlә gözlәdiyi hәqiqi ümid 
vә öz sәlәflәrinin qәdim mübarizәsini sәmәrәyә çatdırıb Şiә 
inqilabını geniş İslam dünyası miqyasında hәyata keçirәcәk 
qaim - qiyamçı olmasına sәbәb olurdu. İmam Baqirin (ә) 
işarәlәri vә bәzәn hәtta açıq sözlәri bu arzunun yaranmasında 
tәsirli olmuşdu. Cabir ibn Yezid deyir ki, bir nәfәr İmam 
Baqirdәn (ә) ondan sonrakı qiyamçı haqda soruşdu. İmam әli 
ilә oğlu Əbu Abdullahın çiyninә vurub dedi ki, and olsun 
Allaha, Mәhәmmәd (s) ailәsinin qiyamçısı budur.
1
(Sadiq 
rәhbәr, sәh. 54-61) 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin