İsa Musayev, Mətləb Əlizadə


Canlı təbiət və informasiya



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə3/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   166
1.4 Canlı təbiət və informasiya. Canlı aləmin əsas və başlıca əlamətlərindən biri 
müxtəlif informasiyanı qəbul etmək, ötürmək, yadda saxlamaq və müəyyən mənada emal 
etmək qabiliyyətidir. Bu qabiliyyət heyvanlara, bitkilərə və hətta bakteriyalara da xasdır. 
Canlılar informasiyanı təkcə qəbul etmir, həm də ətrafa informasiya ötürə bilir. 
İnformasiya hiss üzvləri vasitəsilə dərk edilir ki, bunların da hər biri ayrıca informasiya 
daşıyıcısıdır. Bu baxımdan, informasiya daşıyıcısı dedikdə, informasiyanı saxlayan və ya 
ötürən ixtiyari maddi mühit nəzərdə tutulur. Bütün canlıların, o cümlədən, insanın həyat 
fəaliyyəti informasiya mübadiləsi mühitində baş verir. İnsanın danışıq dili canlı təbiətdə ən 
mükəmməl informasiya mübadiləsi üsuludur ki, bunun da tarixi milyon ilə yaxındır. 
İnformasiya mübadiləsi dedikdə, məzmununa məhəl qoyulmadan xəbər ötürmə və ya 
qəbuletmə prosesi nəzərdə tutulur. İnsanın danışıq dili, ilk növbədə, informasiya 
mübadiləsi funksiyasını icra etsə də, bununla yanaşı, bilik toplanmasının da mühüm 
vasitəsi kimi çıxış etməkdə idi. Bilik - predmet və hadisələrin dərk edilmiş və yadda 
saxlnılmış xassələri, əlaqə və münasibətləri sistemidir. İnformasiya mübadiləsi hiss 
üzvlərinin işidirsə, biliyin yaranması, yığılması və təkmilləşdirilməsi də beynin işidir. Bu 
baxımdan, bəşər tarixi həm də bilik toplanması tarixidir. İnsanın inkişafı informasiyanın 
qəbulu, saxlanması, emalı və ötürülməsinin vasitə və üsullarının inkişafı ilə birbaşa 
bağlıdır.
1.5 Genetik informasiya. İstənilən canlı orqanizm, o cümlədən, insan irsi ötürülən 
genetik informasiya daşıyıcısıdır. Genetik informasiya hüceyrəni təşkil edən DNK 
molekullarının ayrı-ayrı hissələrində (genlərdə) saxlanır. Hər bir gen orqanizmin müəyyən 
quruluş və fəaliyyət sahəsinə cavabdehdir. Orqanizmin təşkili səviyyəsi genlərin sayı ilə 
müəyyən edilir. İnsan orqanizmində 20 mindən artıq gen vardır.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin