5
Bölmə 1. İnformatikanın obyekti, predmeti və metodu
1.1 Dünyanın maddi-enerji mənzərəsi. Fizika və kimyanın
təsvir etdiyi dünya
mikro, makro və meqa aləmlər iyerarxiyasından ibarətdir. Bu təsvirə görə, Kainat maddi-
enerji mahiyyətli varlıqdır. Bu varlıq elementar zərrəciklərdən qalaktikalaradək, bioloji
sistemlərdən insana, cəmiyyətə və texnikayadək son
dərəcə mürəkkəb strukturlar
iyerarxiyasıdır.
1.2 Dünyanın informasiya mənzərəsi. Bizi əhatə edən aləm maddi-enerji mahiyyətli
olsa da onun informasiya təsviri daha əhəmiyyətlidir. Çünki müxtəlif təbiətli mürəkkəb
sistemlərin qurulması və fəaliyyət göstərməsi yalnız informasiya aspektində izah edilə
bilir. Bu
aspekt əvvəlcə kibernetikada, sonra isə biologiyada tədqiqat təməli kimi
seçilmişdir. 20-ci əsrin sonlarından etibarən isə bu təməl üzərində dünyanın informasiya
mənzərəsi yaradılmışdır. Beləliklə, informasiya mənzərəsi dünyanın
maddi-enerji
mənzərəsini tamamlamışdır.
1.3 İnformasiya təbiətdə. Termodinamikanın ikinci qanununa görə, qapalı sistemə
kənar təsir olmadıqda həmin sistem termodinamik tarazlığa can atır. Yəni quruluş dağılır,
qaydasızlıq, xaos yaranır. Qaydasızlıq ölçüsü olan entropiya artır, sahmanlılıq ölçüsü olan
neqentropiya
1
azalır. Bu baxımdan, Kainatı ―istilik ölümü‖ deyilən fəlakət gözləyir. Lakin
sonrakı tədqiqatlar bu təhlükənin əsassız olduğunu sübut etmişdir. Belə ki, təbiətdə gedən
proseslər
bir istiqamətli deyil, dissipativ xarakterlidir, yəni bir-birinə qarşı gedən iki
istiqamətli proseslərdir. Çünki yalnız bütövlükdə Kainat mütləq bütöv qapalı
sistemdir,
qalan bütün sistemlər hissəvi açıq sistemlərdir. Odur ki, Kainatın tərkibi və quruluşu daim
dəyişmədə, mütəmadi inkişafda mövcuddur. Lakin inkişaf heş də həmişə tərəqqi
anlamında başa düşülən deyil. Belə ki, inkişaf tərəqqi, durğunluq
və tənəzzül şəklində
təzahür edən prosesdir. Yalnız tərəqqi halında informasiya artır. Durğunluq və tənəzzül
hallarında isə entropiya artır. Kainatın vacib tərkib hissələrindən biri olan canlı aləm hələ
ki sadədən mürəkkəbə doğru inkişafda olduğundan, burada
entropiya daim azalmaqda,
informasiya isə artmaqdadır.
Artıq sübut olunmuşdur ki, informasiyanın alınması və emalı canlı orqanizmin həyat
fəaliyyəti üçün əsas şərtdir.
1
neqativ entropiya, anti entropiya,
informasiya